Ana qızından imtina etdi, ata onun boğazına bıçaq çəkdi, qonşu isə... - Bakıda DƏHŞƏT - FOTO

Ana qızından imtina etdi, ata onun boğazına bıçaq çəkdi, qonşu isə... - Bakıda DƏHŞƏT - FOTOBakının Xəzər rayonunda azyaşlı qızına işgəncə verməkdə ittiham olunan 1998-ci il təvəllüdlü Taleh Allahyarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Taleh 2018-ci il təvəllüdlü qızı Məryəm doğulduqdan sonrakı dövrlərdə yaşadıqları Qala qəsəbəsi, "Xaşaxuna" bağlar massivində yerləşən nömrəsiz evdə müxtəlif vaxtlarda, sonuncu dəfə isə 2022-ci ilin yanvarın əvvəllərində, ölümündən təxminən 2 həftə öncə mütəmadi olaraq onu döyüb, işgəncə verib.

İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

"Qardaşım 8 yaşlı qızı zorlayıb"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qala qəsəbəsi, "Xaşaxuna" bağlar massivində yerləşən nömrəsiz evdə atası, nənəsi, 11 yaşlı bacısı və qızı Məryəmlə birlikdə yaşayıblar: "Rəsmi olaraq heç bir yerdə işləməmişəm. Ofisiantlıq və kuryerliklə məşğul olaraq özümü və qızımı maddi cəhətdən dolandırmağa çalışmışam. 2017-ci ildə Günellə qeyri-rəsmi ailə qurmuşam.

2017-ci ilin təxminən dekabrında Güneli öz istəyi ilə qaçırdım. Güneli qaçırmazdan təxminən 7-8 ay əvvəl, yəni şagirdlərin yay tətilinə çıxmalarından təxminən 1 ay əvvəl "Xalqlar dostluğu" metrosu yaxınlığında, məhlədə transfarmator yerləşən dəmir kabinanın içərisində Günellə ilk dəfə təbii yolla cinsi əlaqədə oldum. Güneli qaçırdaraq qeyri-rəsmi arvadım etdikdən sonra birgə nikahmızdan Məryəm adlı qızımız anadan oldu.

Biz ailədə ümumiyyətlə 3 qardaş və iki bacı olmuşuq. Əmim Vüqarın övladı olmadığı üçün Rafiq adlı qardaşımızı Vüqara verdik. O biri qardaşım Vəhiyulla 2015-ci ildə 8 yaşlı qız uşağını zorladığına görə 15 il həbs cəzasına məhkum edildi. Hazırda səhv etmirəmsə, Qaradağ rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisələrinin birində cəza çəkir. Bacımın biri - Zəhra türk vətəndaşı ilə təxminən 2017-ci ildə ailə həyatı qurub və hazırda Türkiyədə yaşayır. 11 yaşlı bacım isə bizimlə qalır.

Atam narkotik aludəçisi olduğuna görə anam Gülənbər bizi tərk edərək gedib. Həmin vaxt bacım Zeynəbi anam özü ilə birlikdə aparsa da, sonradan atam Zeynəbi yaşadığımız yerə gətirib".

"Atam narkotik istifadəçisidir"

Təqsirləndirilən şəxs qeyd edib ki, azyaşlı Məryəmin qətlində ittiham olunan Mehmanı (bu şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilib - red.) təxminən 11 il bundan əvvəl bir qonşu kimi görüb və tanıyıb: "Mehman Xəyalə adlı xanımla qeyri-rəsmi birlikdə yaşayırdı. Xəyalənin əvvəlki nikahından 2 oğlan övladı vardı. Mehmanla, eləcə də onun ailə üzvləri ilə düşmənçilik və ədavətimiz olmayıb. Mehman atam Rövşənlə yaxın dostluq münasibəti saxlayıb, eyni zamanda mənimlə də dostluq edib.

Atam Rövşəni Mehman narkotik vasitələrə meyilləndirmişdi. Atam hazırda da narkotik istifadəçisidir. Son vaxtlar nənəm Zenfira yaşlaşdığından və evin xərclərini qarşılaya bilməməsi səbəbindən mənə qızım Məryəmi də götürərək evdən getməyimi, övladıma özümün baxmağımı məsləhət gördü".

"Məryəmdən xəbər çıxmadı"

Təqsirləndirilən qeyd edib ki, təxminən 2022-ci ildə o, qızı Məryəmi götürərək evdən gedib: "Həmin vaxt Kürdəxanıya işləmək üçün gedəcəyimdən qızım Məryəmin paltarlarını da yığaraq Mehmangilə qoydum və Kürdəxanıya getdim. Təxminən 4 gün sonra qayıtdım. Nənəmgilə işlərimin dayandığını bildirdim.

Dəfələrlə Mehmanın evinə getsəm də, Məryəmi görə bilmədim. Mehman müxtəlif bəhanələrlə Məryəmi mənə göstərmədi.

Nənəm Mehmana zəng vuraraq Məryəmi evimizə gətirməsini bildirdi. O, Məryəmi xalasının qızıgilə apardığını bildirdi və qızı gətirmək üçün getdiyini bildirdi. Lakin həmin gün nə Mehmandan, nə də Məryəmdən xəbər çıxdı. Axşam nənəm Məryəmin qonşuluqda yaşayan Mehman tərəfindən oğurlanması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verdi".

"Məryəmin kürəyi yanmışdı..."

Taleh deyib ki, növbəti günlərdə, axşam saatlarında Mehmanın qardaşı Yusif onların evlərinə gəlib və Məryəmin orada olub-olmamasını dəqiqləşdirib: "Məryəmin Mehmangildə də olmadığını dedi. Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsindən nənəm Zenfiraya zəng olundu. Mehmanın tutulduğu bildirildi. Biz də 1-ci polis şöbəsinə gəldik".

Taleh bildirib ki, bir neçə dəfə işləməyə gedəndə övladı Məryəmi Mehmangildə qoyub: "Mehman bir dəfə Məryəmin bədənini dişləyib, gömgöy etmişdi. Hətta bir dəfə Məryəmin kürəyi yanmış vəziyyətdə Mehmangildən gətirdim. Hətta Mehmanın arvadı Xəyaləni də döydüyünü bir neçə dəfə gözümlə görmüşdüm".

"Çox peşmanam"

Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, qeyri-rəsmi ar-arvad münasibətində yaşadığı Günelin rayon prokurorluğunda təqdim etdiyi videogörüntüyə baxıb: "Həmin görüntülərdə danışan şəxs özüm, azyaşlı qız isə övladım Məryəmdir. Məryəmin boğazına uzatma kabelini mən dolamışam. Həmin kabeli tavanın taxtasına bağlamışam, Məryəmin ayağının altına stulu da mən qoymuşam.

Bundan başqa, Günelin qeyd etdiyi kimi qızım Məryəmin boğazına bıçaq yaxınlaşdırmışam və başqa qorxulu hərəkətlər etmişəm ki, Güneli fikrindən daşındırıb, evə geri qaytara bilim. Fikrim yalnız Güneli qorxutmaq olub.

Bundan əlavə qızım Məryəm küçədə nalayiq sözlər öyrənərək evdə təkrarladığı üçün onu dəfələrlə döymüşəm. Sözə baxmadığı üçün çimdikləmişəm, hətta Məryəm ölməmişdən təxminən 2 həftə əvvəl cəzalandırmaq üçün siqaretin yanan ucu ilə bədəninin müxtəlif yerlərinə dağ basmışam. Lakin heç vaxt Məryəmi öldürmək niyyətim olmayıb. Çünki qızımı bir ata kimi çox istəmişəm. Qızıma qarşı etdiyim kobud hərəkətlərə görə çox peşmanam".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda qeyd edib ki, Mehman qızı Məryəmi döyərək öldürüb.

"Anam Türkiyə vətəndaşı ilə ailə həyatı qurub"

İş üzrə zərərçəkmiş qismində ifadə verən Günelin sözlərinə görə, sosial şəbəkə vasitəsilə tanış olduğu qızlarla birlikdə kirayədə yaşayır: "Hal-hazırda mağazada satıcı işləyirəm. Mərhum Məryəm mənim qızım olub. Təxminən 2017-ci ildə Talehlə sosial şəbəkə vasitəsilə tanış oldum və ailə qurdum. 2018-ci ildə Məryəm adlı qızımız dünyaya gəldi. Ailədə 3 bacı, 1 qardaş olmuşuq. Biz uşaq olanda atamla anam ayrılıb, daha sonra anam ikinci dəfə Türkiyə vətəndaşı ilə ailə həyatı qurub.

Ailə həyatı qurduqdan sonra ilk vaxtlar Xaşaxuna bağlar massivində Talehin ailəsi ilə bir evdə yaşadıq. Bir müddət sonra həmin evdən çıxaraq müxtəlif ünvanlarda kirayədə qaldıq.

Talehlə ilk vaxtlarmünasibətlərimiz normal olsa da, sonradan münasibətlərimiz soyuqlaşmağa başladı. Buna əsas səbəb Talehin heç bir yerdə işləməməsi və narkotikdən istifadə etməsi oldu".

Günel bildirib ki, 2019-cu ilin mayında artıq Talehin hərəkətlərinə dözə bilməyib və övladını Talehin himayəsində qoyaraq gedib: "Evdən çıxdıqdan sonra bir müddət anamgillə birlikdə yaşadım. Daha sonra anamgilin Türkiyəyə köçməsindən sonra sosial şəbəkə vasitəsilə tanıdığım xanımlarla birlikdə kirayə ev tutduq, onlarla yaşamağa başladım.

Həmin vaxtdan Taleh və onun ailəsi ilə heç bir formada əlaqə saxlamadım, övladım Məryəmdən də heç bir məlumatım olmadı".

"Uşaqdan imtina etdim"

Günel qeyd edib ki, 2020-ci ildə Bakı Metropoliteninin "Əhmədli" metostansiyasının yaxınlığında küçədə getdiyi vaxt Talehin yaxınlıqda yerləşən marketdən çıxdığını görüb: "Taleh də həmin vaxt məni gördü. Taleh ardımca gələrək söhbət etmək, mənimlə barışmaq istədiyini bildirdi. Mən isə heç bir zaman onunla barışmayacağımı, birlikdə olmaq istəmədiyimi bildirdim.

Taleh cibindən çıxardığı bıçaqla mənə zərbələr endirməyə başladı. Sabunçu 3 saylı şəhər Kliniki Xəstəxanaya aparıldım. Taleh isə polis əməkdaşları tərəfindən saxlanıldı. Daha sonra anamgillə birlikdə Türkiyəyə getdim. 2021-ci ilin dekabrında geri qayıtdım.

2021-ci ilin dekabrında övladımdan imtina etməyimlə bağlı notariat kontorunda ərizə yazdım. Əslində uşaqdan imtina etməyimə səbəb Talehin Məryəmin sənədlərini düzəltdirmək istəməsi olub. Çünki həmin vaxta qədər Məryəm mənim soyadımı daşıyırdı".

"Qızımızı öldürəcəyi ilə hədələyirdi"

Günelin ifadəsinə görə, 2022-ci ildə təxminən saat 21 radələrində işdən evə gəlib: "Evdə olan zaman sosial şəbəkədə övladımın ölü halda quyudan tapıldığını oxudum. Televiziya proqramından bu haqda eşitdikdən sonra xəbərin doğruluğuna əmin oldum.

Taleh mənimlə bir yerdə yaşadığımız vaxtlarda qızımıza qarşı mehriban olub. Lakin ayrıldıqdan sonra onunla barışmayacağım təqdirdə özünü və qızımızı öldürəcəyi ilə hədələyirdi. Hətta mənə 2 dəfə qızımız Məryəmi öldürəcəyi ilə bağlı hədə-qorxu videoları çəkərək göndərmişdi.

Bir neçə dəfə Məryəmin boğazına bışaq dirəyərək qayıtmayacağım təqdirdə onu öldürəcəyi ilə bağlı hədə-qorxu videoları da yollamışdı. Lakin telefonu itirdiyimdən həmin görüntüləri istintaqa təqdim edə bilmədim. Yalnız Talehin Məryəmin boğazına uzatma kabeli bağlayaraq ona işgəncə verməsi ilə bağlı göndərdiyi videogörüntüləri CD formasında istintaqa qeyd edə bilmişəm".

Günel ifadəsində həmin videogörüntüdəki məkanı tanımadığını, işgəncə verilən azyaşlının qızı Məryəm, görüntüdə fonda olan səsin keçmiş əri Talehə məxsus olduğunu bildirib.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Taleh 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, azyaşlı Məryəmi qətlə yetirməkdə ittiham olunan Mehman Mansurov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Məlum olub ki, 1990-cı il təvəllüdlü Mehman Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb.

Uşağın öldüyünü görən Mehman Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

Ana qızından imtina etdi, ata onun boğazına bıçaq çəkdi, qonşu isə... - Bakıda DƏHŞƏT - FOTOAna qızından imtina etdi, ata onun boğazına bıçaq çəkdi, qonşu isə... - Bakıda DƏHŞƏT - FOTOAna qızından imtina etdi, ata onun boğazına bıçaq çəkdi, qonşu isə... - Bakıda DƏHŞƏT - FOTOAna qızından imtina etdi, ata onun boğazına bıçaq çəkdi, qonşu isə... - Bakıda DƏHŞƏT - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1712   Tarix: 06 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Paşinyan Azərbaycana gəlmək istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin 2028-ci ildə Azərbaycanda keçiriləcək sammitində iştirak etmək üçün ölkəyə səfər etmək istəyir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Paşinyan İrəvanda Avropa Siyasi Birliyinin 8-ci sammitinin açılı

04.05.2026 375
.

Prezident Melonini belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Qeyd edək ki, İlham Əliyev və Ciorcia Meloninin təkbətək görüşü keçirilib

04.05.2026 300
.

Bu şəxslərə Rusiya vətəndaşlığı rüsumsuz verilə bilər

Vətəndaşlığı olmayan keçmiş SSRİ vətəndaşlarının Rusiya vətəndaşlığı alması üçün rüsumun ləğv edilməsi təklif olunur. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib. Qanun layihəsi həmçinin Ukraynaya qarşı müharibədə iştirak edən əcnəbilərin vətəndaşlı

04.05.2026 270
.

ABŞ İranı yenidən bombalayacaq

Son günlərdə ABŞ hərbi fəaliyyətini artıraraq Hörmüz boğazında əməliyyatlara başlayıb və bölgəyə minlərlə hərbçi, hərbi gəmi və texnika göndərib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, rəsmi Vaşinqton bunu "humanitar missiya" kimi təqdim etsə də, İran bu addımı açıq hərbi təhdid kimi qiymətləndiri

04.05.2026 261
.

Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!

imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200 00-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada. Rəqəmsal təhsil həlləri sahəsində yeni nəsil platforma olan daha ağıllı, əlçatan və effektiv hazırlıq mühiti təqdim edir. Süni intellekt əsaslı b

04.05.2026 211
.

Kondisionerlər orta hesabla nə qədərişləyir? - Onların ömrünü uzatmaq yolları

Kondisionelər bəzən sıradan çıxır və çox vaxt ən uyğun olmayan anda işləməz hala gəlir. Mütəxəssislərin fikrincə, hər bir kondisionerin müəyyən istismar müddəti mövcuddur. xarici mediaya istinadla xəbər verir ki, ənənəvi pəncərə tipli kondisionerlər adətən 8-10 il xidmət göstərir. Daha müasir divar tipl

04.05.2026 197
.

Ukraynanın Aİ-yə üzvlük yolu: danışıqlar 2027-ci ildə başa çata bilər - POLİTOLOQDAN AÇIQLAMA

Ukraynanın Avropa İttifaqına üzvlük prosesi yeni mərhələyə qədəm qoyub. Brüssel və Kiyev arasında aparılan danışıqlara əsasən, ölkənin Avropa Birliyinə inteqrasiyası üzrə müzakirələrin 2027-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Müharibə şəraitinə baxmayaraq, Ukrayna islahatlar paketin

04.05.2026 229
.

16 yaşına çatmayan qızı nişanlamaq istədilər - Atası həbs edildi

Şəkidə 16 yaşına çatmayan qızın valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu paylaşım edib. O bildirib ki, məsələ il

04.05.2026 309
.

"Ermənistana 28 min ton yük çatdırılıb" - Prezident

"Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bildirib. İlk dəfə olaraq Ermənistana neft məhsullarımızı

04.05.2026 207
.

TOP MP3