Özündən 40 yaş kiçik qızla eşq yaşayır
Rusiyalı müğənni Qriqori Leps həyat yoldaşından boşandıqdan sonra özünə yeni sevgili tapıb.
Axşam.az xəbər verir ki, 61 yaşlı müğənni hazırda adını açıqlamadığı 20 yaşlı qızla münasibətdə olduğunu bildirib.
"Bir sevgilim var, ona sadiqəm. O, nə qədər gəncdir? Təxminən 40 yaş məndən cavandır. Onun nə etdiyi məni, mənim isə nə etdiyim onu maraqlandırmır. Biz azad insanlarıq" deyə, Leps bildirib.
Leps keçmiş həyat yoldaşı Anna Şaplıkova ilə mütəmadi olaraq ünsiyyət qurduğunu da qeyd edib:
"Mənim kifayət qədər sərt həyat yoldaşım var, mən hələ də onu ailə hesab edirəm, gündəlik ünsiyyətdə oluruq".
Bir müddət əvvəl Qriqori Leps 20 illik evliliyindən sonra ayrıldığı həyat yoldaşı Anna Şaplıkovadan boşanması barədə açıq danışıb. Müğənninin sözlərinə görə, boşanmada günahkar özüdür və bu vəziyyətə görə peşmandır.
"Geri istəməyəcəyəm. Birincisi, məni qəbul etməyəcəklər. İkincisi, buna görə özümü heç vaxt bağışlamayacağam. Əziz və sadiq bir insana xəyanət etdiyim üçün boşanmaq qaçılmaz idi. Boşanmağımız isə faciədir" deyə, ifaçı əlavə edib.
Qriqori Leps və Anna Şaplıkovanın boşanması 2021-ci ilin dekabrında məlum olub. Onlar bildirdilər ki, dost olaraq qalırlar və mülkü bölüşmək, ictimai qaydada məsələni həll etmək və uşaqlarla bağlı məsələlərdə münaqişə etmək fikrində deyillər.
Anna Şaplykova ilə evlilik Qriqori Leps üçün ikinci oldu. 2000-ci ildə Laima Vaikulenin ad günündə tanış oldular - o zaman Anna Vaikule şousu baletində rəqqasə idi. Onların tanışlığı zamanı Şaplıkovanın 29, müğənninin 39 yaşı var idi. Evlilikdə üç uşaq dünyaya gəldi: qızları Eva və Nikol və oğlu İvan. Qriqori Lepsin Svetlana Dubinskaya ilə ilk evliliyindən 36 yaşlı İnqa adlı böyük qızı da var. Keçən il Qriqori Leps ilk dəfə baba oldu: onun böyük qızı İnqa bir oğul doğdu.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1012 Tarix: 08 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb
20:15 146 Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
19:10 188 "Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video
Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir. Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyin
10:55 198 İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
11:30 197 Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
10:56 202 Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun
15:10 218 Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
18:40 195 Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin
19:20 177 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
21:45 48