Aliment fondunun yaradılması hansı problemləri aradan qaldırır?-AÇIQLAMA

Aliment fondunun yaradılması hansı problemləri aradan qaldırır?-AÇIQLAMASon zamanlarda ölkədə aliment fondunun yaradılması məsələsi gündəmə gəlib. Nəzərə alaq ki, aliment məsələsi Azərbaycanda daim müzakirə mövzüsü olub. Mövzu ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev BiG.AZ-a açıqlama verib:

"Son illərdə Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı çox geniş müzakirələr açılmışdır. Ombudsman, Ailə, Qadın və Uşaq komitəsi fondun yaradılması ilə bağlı təkliflər olmuşdur. Son günlər bu təkliflər yenidən səsləndirildi. Eyni zamanda bizim tərəfimizdən təkliflər səsləndirilib. Təəssüf ki, son illərdə Azərbaycanda nikahın pozulması halları daha da sürətlənib. Bu əlbəttə ki, birgə nikahdan olan uşaqlar üçün bir çox fəsadlar yaradır. Bu fəsadlardan biri də alimentlə bağlı öhdəliyin icra edilməməsidir. Belə ki, məhkəmələr tərəfindən alimentin müəyyən edilməsi ilə bağlı qərar qəbul edilir. Amma bu qərarların icra edilməsi ilə bağlı problem var. Çünki bir çox hallarda borclu tərəfin alimentin ödənilməsindən bilərəkdən imtina olunur. Bəzən alimenti ödəmək üçün gəlirlər olmur. Beləliklə uşaqlar köməksiz vəziyyətdə qalır. Uşaqların qayğısına qalmaq valideynin borcudur. Bu həm "Ailə Məcəlləsi"də, həm də Konstitusiyada olan bir öhdəlikdir. Valideynindən ayrı yaşayan yaxud bir valideyn ilə yaşayan uşaqlar üçün aliment verilməlidir. Uşaqların rifahını təmin etmək, onların təhsildən, inkişafdan geri qalmaması üçün tədbirlər icra olunmalıdır. Dünya ölkələrinin praktikasında aliment fondlarının yaradılması vardır. Dövlət aliment fondunu yaradır və alimentdən yayınmış uşaqlara vəsait ayırır. Dövlət eyni zamanda borcluya qarşı iddia qaldıra bilər. Borcludan həmin alimenti ödəməsini tələb edir.

Dövlətin hazırkı iqtisadi inkişafı aliment fondunun yaradılmasına imkan verir. Aliment fondunun yaradılmasının müsbət nəticələri ilə yanaşı neqativ fəsadlarıda ola bilər. Aliment fondunun yaradılması dövlətin maddi imkanları hesabına bağlı olan bir məsələ ollmalıdır. İkinci məsələ fond yaradılarkən aliment verməkdən yayınan valideynlar daha məsuliyyətsiz yanaşacaqlar. Bunun sayının genişlənməsi prosesi baş verə bilər. Sanki valideynlər öz öhdəliklərini unuda bilərlər. Azərbaycan Respublikası qanunvericiliyində alimentdən yayınmağa görə birbaşa məsuliyyət məhkəmə qərarlarının icra edilməməsindən irəli gəlir. Əgər məhkəmə qərarı icra olunmursa "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi"də inzibati məsuliyyət nəzərdə tutulub. Həmin məsuliyyətə görə, cərimələr və yaxud bir aya qədər həbs cəzası müəyyən olunur. Əgər inzibati məsuliyyətdən sonra yenidən həmin şəxs aliemnti ödəməkdən boyun qaçırırsa, cinayət məsuliyyəti yarana bilir. Cinayət məsuliyyəti zamanı cərimələr, 1 ildən 3 ilə qədər azdlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Qanun tətbiq edilməsi məsələsinə ciddi yanaşılmalıdır. Hazırda belə bir fondun yaradılması günümüzün reallıqları ilə bağlı məsələdir. Əgər ölkəmizdə uşaqların rifahını təmin etmək, əqli-mədəni inkişafına, təhsildən yayınmaqlarının qarşısını almaq üçün belə bir fond yaxşı alətlərdən biri ola bilər. Bu amillərdən yayınma həmin uşaqların potensial cinayətkara çevrilməsi hallarını artırır. Narkotik maddələrdən istifadə və onların satışı imkanlarının artmasına səbəb ola bilər. Bu hallar uşaqların sağlamlığınada təsir göstərə bilər. Fondun mailiyyələşdirilməsi mexanizmi geniş olmalıdır. Aliment fondunun yaradılması hazırki vəziyyət üçün yaxşı çıxış yolu ola bilər".

Səfərova Sevda


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 10 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb

20:45 0
.

Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı

Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində

19:10 0
.

NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa

12:00 176
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində

17:19 241
.

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin

19:20 0
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

13:15 233
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

15:30 172
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

21:00 0
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

12:51 212
.