Ermənistanın rəsmi statistikası da azərbaycanlılara qarşı deportasiya faktını təsdiq edir - RƏY
"Qərbi Azərbaycan İcması İctimai Birliyinin BMT-nin İnsan hüquqları üzrə Ali Komissarına müraciəti Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarının bərpasına çağırışdır. Bu müraciətin mətnində əksini tapmış bütün tələblər beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
O qeyd edib ki, ötən müddət ərzində Qərbi Azərbaycan İcması tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə ünvanlanmış müraciətlərdə, yayılmış bəyanat və açıqlamalarda 1987-91-ci illərdə Ermənistandan məcburi şəkildə deportasiya edilmiş azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin nəticələri barədə kifayət qədər tutarlı faktlar öz əksini tapıb.
R.Məmmədov deyib ki, İnsan Hüquqları üzrə Ali Komissarlığın əsas fəaliyyət istiqamətlərindən biri ciddi insan hüquqları pozuntularına qarşı tədbir görməkdir:
"Ali Komissar insan hüquqları sahəsində yeni standartların, normaların hazırlanmasında iştirak etməklə yanaşı, eyni zamanda, beynəlxalq birlik tərəfindən qəbul edilmiş ümumi qaydalara riayət olunmasına nəzarət edir. Bu sahədə problemlərin aşkara çıxarılıb zəruri tədbirlər görülməsi üçün BMT-nin digər təsisatları ilə əlaqələndirilmiş fəaliyyət göstərir. Bu baxımdan, yüzminlərlə azərbaycanlının Ermənistandan kütləvi deportasiyası faktına insan hüquqları ilə məşğul olan BMT institutu olaraq, bu qurumun münasibət bildirməsi bilavasitə onun üzərinə düşən vəzifədir".
Deputatın sözlərinə görə, Qərbi Azərbaycan İcmasının müraciətində Ermənistan tərəfindən qovulmuş azərbaycanlıların hüquqlarının pozulması, onların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaq hüququnun bərpasının zəruriliyi vurğulanıb. BMT-nin İnsan hüquqları üzrə Ali Komissarından bu məsələ ilə bağlı informasiya mübadiləsi, hesabatların hazırlanması, ictimai vəkillik fəaliyyətinin aparılması və birgə iştirakın təşviq edilməsi çağırışı qeyd edilib:
"Bu çağırışın, ümumilikdə müraciətin əsas motivi ondan ibarətdir ki, azərbaycanlıların Ermənistandan deportasiyası tarixi faktdır və beynəlxalq ictimaiyyətin bu etnik təmizləmə faktına konkret formada, beynəlxalq hüquqa uyğun ədalətli qiymət verməsinə ehtiyac var. 1988-ci ilə qədər Ermənistan ərazisində 250 min nəfərdən çox azərbaycanlı yaşayıb və bu fakt bir çox tarixi sənədlərdə öz təsdiqini tapıb. 1991-ci ildən sonra isə Ermənistan ərazisində bir nəfər də azərbaycanlı qalmayıb. Ermənistanda aparılan əhalinin siyahıyaalınmasına dair sənədlər də bunu təsdiq edir. Yəni faktiki olaraq, tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövlətinin özünün rəsmi təsdiq etdiyi statistika belə azərbaycanlılara qarşı deportasiya faktını açıq şəkildə ortaya qoyur. Deportasiya isə insanlıq əleyhinə cinayətdir, ona görə də Ermənistandan qovulmuş azərbaycanlılar bu məsələyə beynəlxalq birlikdən ədalətli, obyektiv qiymət gözləyirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 560 Tarix: 12 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video
Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir. Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyin
10:55 190 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
13:20 190 Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu
Türkiyənin Mersin şəhərində 19 il əvvəl bir evin həyətində, üzəri betonla örtülmüş soyuducunun içərisində meyiti tapılan 49 yaşlı Bahaddin Seferin qətli ilə bağlı cinayət işi yenidən açılıb. İllərdir üstü açılmayan cinayətlə əlaqədar 6 nəfər saxlanılıb. xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akı
17:50 134 Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
16:20 159 İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
11:30 189 Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir
Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə
14:30 183 Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
17:17 139 Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər
ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat
10:30 189 Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin
13:30 189