Yevlaxda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Yevlaxda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblarYevlaxda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə rayonun Qaramanlı kəndindəki fermaların birindən 20 baş xırdabuynuzlu heyvanın itməsi ilə bağlı məlumat verilib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və heyvanların həmin fermada əvvəllər işləyən şəxslər tərəfindən oğurlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini İlqar Həşimov saxlanılıb, onunla əlbir olan digər şəxsin isə şəxsiyyəti müəyyən edilib və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bundan başqa, rayonun Yuxarı Bucaq kəndində yerləşən şəxsi təsərrüfatdan isə iki baş iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, həmin kənd sakinləri Zaur Əjdərli və Vüsal Cəfərov saxlanılıblar. Onların iribuynuzlu heyvanları mal bazarında dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib. Həmin heyvanlar aşkarlanaraq sahibinə qaytarılıb.
Bu əməliyyatlar zamanı vətəndaşlara altı min manatdan artıq ziyan dəydiyi aşkar edilib. Dəymiş ziyanın tam aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.

Faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 534   Tarix: 12 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir

Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb

12:21 182
.

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs

14:51 170
.

Mənzil alarkən bu səhvə yol verməyin - "Söküləcək" deyilən binalarla bağlı xəbərdarlıq

"Yeni tikili, yoxsa köhnə tikili: vətəndaş üçün hansı daha sərfəlidir?" sualını yalnız "yeni" və "köhnə" anlayışları ilə müəyyənləşdirmək düzgün deyil. Əsas məsələ mənzilin real bazar dəyəri ilə onun alıcıya verdiyi üstünlüklər arasındakı nisbətdir". Bunu BİG.AZ-a açıqlamasınd

12:36 218
.

Trampdan diqqətçəkən açıqlama: ABŞ qırıcıları Ukraynaya verilə bilər

Avropa İttifaqı ABŞ-dan aldığı qırıcı təyyarələri Ukraynaya verə bilər. xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu ehtimalı televiziya aparıcısı Allin Rutla YouTube-da yayımlanan müsahibəsində səsləndirib. "Biz sursat satırıq, Avropa İttifaqına qırıcı təyyarələr satırıq və onlar istədiklərin

12:06 167
.

ŞOK ARAŞDIRMA: Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar - SƏNƏDLƏR NƏ DEYİR?

Son dövrlərdə ölkədə səhiyyə sahəsində aparılan ciddi yoxlamalar və nəzarət tədbirləri şoka salan gerçəklikləri üzə çıxarmaqdadır. Xüsusilə estetik və plastik cərrahiyyə adı altında vətəndaşların sağlamlığını təhlükəyə atan şəxslərin əməlləri sərt şəkildə ifşa olunur. Səhiyyə Nazirliyinin rəsmi reyestrlər

18:58 93
.

Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi

Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib. BİG.AZ Unikal-a istinadən xəbər verir ki, güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb

10:10 157
.

Sabah güclü külək olacaq - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 15-i Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad

17:30 135
.

Azərbaycanda yeni informasiya sistemi yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, sözügedən Fərmana əsasən, "Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə"

15:32 163
.

Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt

"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Ukrayna-Rusya, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr və yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların, artilleriyanı

15:27 172
.

TOP MP3