Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika cəlb edir: Növbəti təxribata hazırlıq gedir?

Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika cəlb edir: Növbəti təxribata hazırlıq gedir?Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində, Qorunzurda əlavə qüvvə və hərbi texnika toplayır.

Bu barədə "Caliber.Az" "Telegram" kanalı məlumat verib.

Texniki müşahidə vasitəsilə lentə alınan videoda aydın görünür ki, Ermənistan ordusuna məxsus olan və artilleriya qurğuları daşıyan dörd "KamAZ" markalı hərbi maşın, həmçinin döyüş sursatları daşıyan iki "KamAZ" markalı avtomobil komanda heyəti ilə birgə kolon şəklində hərəkət edir.

Maraqlıdır ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribat törətməsinə qədər olan müddətdə də ermənilər tərəfindən analoji hərəkətlər müşahidə olunurdu.
Bütün bunlar Ermənistanın Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa cəhd etməklə faktiki olaraq danışıqlar prosesindən çıxması fonunda baş verir. İstisna deyil ki, Ermənistan hakimiyyəti öz beynəlxalq tərəfdaşları üçün sərhəddə yeni qanlı "şou" hazırlayır.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 626   Tarix: 12 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video

Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir. Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyin

10:55 190
.

İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər

13:20 190
.

Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu

Türkiyənin Mersin şəhərində 19 il əvvəl bir evin həyətində, üzəri betonla örtülmüş soyuducunun içərisində meyiti tapılan 49 yaşlı Bahaddin Seferin qətli ilə bağlı cinayət işi yenidən açılıb. İllərdir üstü açılmayan cinayətlə əlaqədar 6 nəfər saxlanılıb. xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akı

17:50 134
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

16:20 159
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin

11:30 189
.

Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir

Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə

14:30 183
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

17:17 139
.

Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat

10:30 189
.

Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır

İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin

13:30 189
.