"Müharibə etməyə gücü, sülh bağlamağa cəsarəti çatmayan Paşinyan siyasi oyunların kölgəsinə sığınır" - RƏY
"Müharibə etməyə gücü, sülh bağlamağa isə cəsarəti çatmayan Paşinyan üçün yeganə çıxış yolu məhz siyasi oyunların kölgəsinə sığınmağa qalıb".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın ötən gün hökumətin iclasında çıxışı zamanı növbəti dəfə bölgədə "gərgin humanitar vəziyyət" barədə iddiaları təkrarlaması İrəvanın bu şouya sülh prosesini ləngitmək üçün fürsət kimi yanaşdığını sübut edir:
"Ermənistan 44 günlük savaşda ordusunu və döyüş ruhunu itirdikdən sonra yaxşı anlayır ki, təcavüzkar niyyətlərini yeni müharibə yolu ilə həyata keçirmək şansı sıfıra bərabərdir. Sürətli silahlanmaqla hərbi büdcəsi bütövlükdə Ermənistanın dövlət büdcəsindən çox olan Azərbaycanla balansı bərpa etməsi mümkün deyil. Ordunun qalıqları isə fərarilərdən təşkil olunub. Paşinyan yaxşı anlayır ki, Ermənistan üçün sülh hava və su kimi lazımdır. Lakin erməni baş nazir onu da anlayır ki, erməni cəmiyyətinin çirkab ideologiyadan qısa müddətdə qurtulması mümkün deyil. Müharibə etməyə gücü, sülh bağlamağa isə cəsarəti çatmayan Paşinyan üçün yeganə çıxış yolu məhz bu kimi siyasi oyunların kölgəsinə sığınmağa qalıb. Əlbəttə, biz on illərlə davam etmiş və Ermənistan üçün milli ideologiyaya çevrilmiş düşmənçiliyin dərhal bitə biləcəyi qənaətində deyilik. Lakin İrəvanın bu düşmənçiliyi davam etdirmək üçün cəsarət aldığı meyarlar, miflər Vətən müharibəsi ilə aradan qaldırıldıqdan və Fransanın timsalında işğal və separatizm havadarları bölgədən qovulduqdan sonra yekun sülh üçün nisbi uyğun mühit yaranıb. Belə bir şəraitdə, Ermənistan tərəfindən "humanitar yük" adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı "etnik təmizləmə" kimi qələmə vermək cəhdi və bu cəhdlərə bəzi beynəlxalq subyektlərdən gələn "dəstək" prosesləri pozmaqla regionda sülh perspektivlərini heçə endirir. Bu bizi narahat edir, lakin regionda əməliyyat şəraitinə və hərbi-siyasi gündəmə nəzarət edən Azərbaycan üçün Ermənistanla İrəvanın arzu etmədiyi sülhdən daha vacibi suverenliyimiz və milli maraqlarımızdır. Biz nə ən azı son yüz ildə 5 qanlı etnik təmizləmə, 10-dan artıq soyqırımı aktı, çoxsaylı sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmiş Ermənistana, nə də onun cinayətkar havadarlarına Azərbaycana əsassız, absurd ittihamlarla təzyiq mühiti yaratmaq və bununla nəyə isə nail olmaq cəhdlərinə imkan verməyəcəyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 520 Tarix: 12 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video
Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir. Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyin
10:55 190 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
13:20 190 Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu
Türkiyənin Mersin şəhərində 19 il əvvəl bir evin həyətində, üzəri betonla örtülmüş soyuducunun içərisində meyiti tapılan 49 yaşlı Bahaddin Seferin qətli ilə bağlı cinayət işi yenidən açılıb. İllərdir üstü açılmayan cinayətlə əlaqədar 6 nəfər saxlanılıb. xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akı
17:50 134 Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
16:20 159 İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksin
11:30 189 Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir
Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə
14:30 183 Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
17:17 139 Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər
ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat
10:30 189 Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin
13:30 189