Qazaxıstan Rusiyadan uzaqlaşmaq istəyir - ŞƏRH

Qazaxıstan Rusiyadan uzaqlaşmaq istəyir - ŞƏRHQazaxıstan Rusiyanın məruz qaldığı sanksiyalardan ziyan çəkməməyə çalışır, Qərblə yaxınlaşma siyasətinə üstünlük verir. Rusiya isə qonşusunun bu müstəqil addımlarını, Ukraynanın ərazi bütövlüyünü tanımasını, hərbi əməliyyatları dəstəkləməməsini həzm edə bilmir. Bu səbəbdən, Qazaxıstanda gərginlik yaratmağa çalışır, rusiyapərəst qüvvələri fəallaşdırır.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Qazaxıstan-Rusiya münasibətlərində hiss olunacaq gərginlik yaşanır. Hər iki tərəf bunu təkzib etməyə çalışsa da, proseslər açıq müstəviyə keçir. İllər uzunu iki ölkə arasında münasibətlər strateji xarakter alsa da, Rusiyanın Ukraynaya təcavüzündən sonra vəziyyət dəyişib. Qazaxıstan Rusiyanın məruz qaldığı sanksiyalardan ziyan çəkməməyə çalışır, Qərblə yaxınlaşma siyasətinə üstünlük verir. Bu da cavabsız qalmır. Rusiya Qazaxıstanın Ukraynanın ərazi bütövlüyünü tanımasını, hərbi əməliyyatları dəstəkləməməsini həzm edə bilmir. Bu səbəbdən, Qazaxıstanda gərginlik yaratmağa çalışır, rusiyapərəst qüvvələri fəallaşdırır.

"Hakimiyyəti bəyənməyən varlılar"

Neçə gündür ki, qazax cəmiyyəti Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş sədri Amangeldi Şabdarbayevi müzakirə edir. Bu şəxs qalmaqallı açıqlamalarla, sensasiyalı ittihamlarla gündəmə gəlməyə çalışır. "Abay Live" kanalında müzakirəyə səbəb olan müsahibəsində Şabdarbayev, əsasən, xüsusi xidmət orqanının rəhbəri olduğu dövrlərdə və sonrakı illərdə baş verən hadisələrə toxunub. 2022-ci ilin yanvarında ölkədə yaşanan qanlı yanvar hadisələrinə toxunaraq bu proseslərin arxasında "hakimiyyəti bəyənməyən varlıların" olduğunu etiraf edib. Yayılan informasiyalara görə, keçmiş DTK rəhbəri Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilir. Onun hadisələrdə ölkə rəsmilərini ittiham etməsi Rusiyanın planı kimi qələmə verilir. Bir növ ölkədə informasiya gərginliyi yaratmaq istədiyi vurğulanır.

Qazaxıstanla Rusiya arasında gərginlik digər sahələri də əhatə etməyə başlayıb. Buraya Qərblə yaxınlıq, Xəzərdə hərbi donanmanı gücləndirmək və s. daxildir.

Kreml Astananı müharibəyə cəlb etmək istəyir

Kremlin Qazaxıstanda gərginlik yaratmaq cəhdinə daha bir misal kimi Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanan və dövriyyəyə buraxılan elanları göstərmək olar. Rusiya ordusuna qoşulanlara dərhal beş min dollar ödəniş vəd edilən elanlar Qazaxıstan internet istifadəçilərinin ekranlarını bürüyüb. Keçmiş sovet respublikası olan Qazaxıstan əhalisinin üç milyonu etnik ruslardır. Qazaxıstanda əhəmiyyətli sayda etnik rusun olmasına baxmayaraq, sözügedən elanların məhz etnik qazaxları hədəflədiyi görünür. Belə ki, reklamlarda Rusiya və Qazaxıstan bayraqları təsvir edilib, habelə "çiyin-çiyinə" şüarı yazılıb. Elanlar Rusiya ordusu ilə müqavilə bağlayanlara birdəfəlik ödənişlə 495 min rubl (5 300 dollar) avans, habelə 190 min rubl (2 000 dollar) aylıq maaş vəd edir. Elanlarda göstərilir ki, yeni səfərbər olunanlar Rusiya Silahlı Qüvvələrinə Uzaq Şərq regionundakı Saxalin adasında qoşulacaqlar. Qazaxıstan qanunları vətəndaşlara başqa ölkələrdə ödənişli hərbi xidməti qadağan edir. Qazaxıstanın İnformasiya və Sosial İnkişaf Nazirliyi də bu məsələyə dair sorğulara cavab verməyib.

Qazaxıstan Xəzərdə möhkəmlənir
İkitərəfli münasibətlərdə başqa bir gərginlik Xəzərdə yaşana bilər. Qərb nəşrləri bildirir ki, Türkiyə Qazaxıstana Xəzər dənizində donanmasını gücləndirməyə kömək etmək niyyətindədir.

Amerikalı analitik Pol Qobl ABŞ-nin Ceymstaun Fondunun saytında sual edir: Bəs Ankara və Astananın planı bu su anbarında ən güclü donanmaya sahib olan Rusiyanın hökmranlığına necə təsir edəcək?

Rusiyanın Xəzər donanması uzun illərdir ki, akvatoriyada üstünlük təşkil edir. İndiyədək digər sahilyanı ölkələr öz donanmalarından müdafiə üçün deyil, axtarış-xilasetmə əməliyyatları və ya dənizdə qazma platformalarının və boru kəmərlərinin mühafizəsi üçün istifadə ediblər. Lakin Qazaxıstan bu vəziyyəti dəyişə bilər. Qoblun sözlərinə görə, Sovet İttifaqının dağılmasından sonra Qazaxıstan Xəzərdə gəmilər qəbul etməyib, əksinə, dənizdəki imkanlarını sürətlə artıraraq inventarını başqa dövlətlərdən alınan gəmilərlə doldurub. İndi ölkənin siyasəti yeni səviyyəyə çatır və Astana tək sahil xəttinin deyil, həm də dəniz dəhlizlərinin müdafiəsinə diqqət yetirəcək.

Qazaxıstanın dövlətə məxsus "Zenit" zavodu Türkiyənin "Asfar" və "YDA Group" şirkətləri ilə Uralskda hərbi gəmilərin inşası üçün müqavilə imzalayıb. Qobl bildirib ki, bu tənzimləmə bir neçə səbəbə görə vacibdir. Birincisi, bu, Moskvanın Qazaxıstanın gəmiqayırma sənayesində dominant oyunçu olaraq qalmaq planına "zərbədir". 2010-cu ildə Rusiyanın Astana üçün gəmilər tikəcəyinə dair müqavilə imzalanandan bəri Moskva bu ölkədə sənayedə əsas oyunçu olduğunu iddia edir. Lakin o vaxtdan bəri cəmi iki minaaxtaran gəmi tikildiyindən Qazaxıstan başqa tərəfdaşlar axtarmağa başladı. İkincisi, Türkiyə ilə razılaşma Ankaranın Astana ilə müdafiə əməkdaşlığını gücləndirəcək. Türkiyə hökuməti Mərkəzi Asiya dövlətlərinin silahlı qüvvələrinin inkişafında aparıcı rol almağa çalışır. Qobl hesab edir ki, Qazaxıstanla gəmilərin tikintisinə dair razılaşma bu planın bir hissəsidir.

Türkiyə ilə razılaşma Qazaxıstana strateji üstünlük verə bilər

Üçüncüsü, həm Rusiya, həm də Qazaxıstan Xəzər dənizinin şimal hissəsində dayazlaşmanın strateji və iqtisadi nəticələrindən narahatdır. Gələcəkdə Türkiyə ilə razılaşma Qazaxıstana strateji üstünlük verə bilər, çünki onun sərəncamında dayaz sularda manevr etmək üçün daha uyğun olan kiçik gəmilər olacaq.

Beləliklə, gəlinən qənaət bundan ibarətdir ki, Moskva ilə Astana arasında gərginlik Ukrayna müharibəsi fonunda daha da artacaq. Qazaxıstanın Qərbin aparıcı şirkətləri ilə milyardlıq investisiyaları və əməkdaşlıq sazişləri onu çoxvektorlu siyasət aparmağa sövq edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 525   Tarix: 12 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

16 yaşına çatmayan qızı nişanlamaq istədilər - Atası həbs edildi

Şəkidə 16 yaşına çatmayan qızın valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu paylaşım edib. O bildirib ki, məsələ il

04.05.2026 177
.

Elgizin verilişinin yerinə bu proqram başladı

ARB TV-də yeni proqram yayıma başlayıb. Axşam.az xəbər verir ki, aparıcılığını Elgiz Əkbərin etdiyi və yayımı dayandırılan "Elgizlə izlə" verilişinin yerinə "Təhsil arenası" adlı proqram yayıma başlayıb. Proqrama İlkin Abbas adlı şəxs aparıcılıq edir. Proqram eyni zamanda "Elgizl

04.05.2026 351
.

Minillik sirrin üstü açıldı: Vikinqlərə aid tapıntı

Norveçdə arxeoloqlar ölkə tarixində Vikinq dövrünə aid ən böyük sikkə xəzinəsini - 300-ə yaxın gümüş sikkə aşkar ediblər. Tapıntı Esterdalen bölgəsindəki Rena yaxınlığında, bir tarlada tapılıb və ərazidə qazıntı işləri hələ də davam edir. Ölkə.Az "KHM"ə istinadən xəbər verir ki, sikkələri

04.05.2026 136
.

Xatirələri dəyərə çevirən komanda-Dola Gövhər

"Biz tədbir təşkilatında qiymətdən daha çox güvən və dəyərə önəm veririk. Komandamız uzun illərin təcrübəsinə əsaslanaraq fəaliyyət göstərir və insanların ən özəl günlərinin yaddaqalan olması üçün böyük səylə çalışır". BİG.AZ-ın "Səmimi söhbət" proqramının qonağı "Xarıbülbü

04.05.2026 272
.

Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Bakıda külli miqdarda narkotiklə tutulan fitnes məşqçisi Anar Mirbabayevə hökm oxunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətklər Məhkəməsində 44 yaşlı məşqçinin təqsirləndirildiyi proses başa çatıb. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olara

04.05.2026 232
.

Kolleclərdə bu ixtisas ləğv olunur

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb. xəbə

04.05.2026 279
.

Pensiya yaşı azaldılır? - MÜHÜM AÇIQLAMA

Pensiya yaşı ən yüksək olan MDB ölkələri sırasında Azərbaycanın da adı yer alır. Bu səbəbdən sosial şəbəkələrdə pensiya yaşının azaldılması ilə bağlı müzakirə gedir. Xüsusilə iş tapmaqda çətinlik çəkən, sağlamlıq problemləri ilə üzləşən vətəndaşlar pensiya yaşının azaldılmasının zəruriliyini qeyd edirlər

04.05.2026 184
.

Mauri İkardi Super Liqaya yüksələn kluba transfer olur?

Super Liqaya yüksələn "Amedspor"un "Qalatasaray"ın futbolçusu Mauro İkardini transfer etmək istədiyi iddia edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Super Liqaya yüksələn "Amedspor" yeni mövsümdən əvvəl iddialı transfer planı üzərində işləyir. Diyarbəkir təmsilçis

04.05.2026 174
.

İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirildi - Fotolar

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

04.05.2026 161
.

TOP MP3