Qışa hazırlıq: Qaz limiti ləğv olunacaq?
Azərbaycanda istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb.
Bunu Dövlət Statistika Komitəsi açıqlayıb. Bildirilib ki, bu ilin yanvar-iyun aylarında 11 milyard 800 milyon kubmetr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% çox təbii qaz ixrac edilib. Əhali tərəfindən 2 milyard 527,7 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1% çox təbii qaz istehlak edilib. Onun 38,6%-i Bakı şəhərinin, 2,8%-i Naxçıvan Muxtar Respublikasının, 11,3 %-i Abşeron-Xızı, 6,1%-i Gəncə-Daşkəsən, 5,9%-i Lənkəran-Astara, 5,8%-i Qazax-Tovuz, 5,7%-i Mərkəzi Aran, 5%-i Quba-Xaçmaz, 4,9%-i Şəki-Zaqatala,4,5%-i Qarabağ, 3,6%-i Mil-Muğan, 3,4%-i Şirvan-Salyan, 2,4%-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Statistika Azərbaycanda kifayət qədər təbii qaz ehtiyatı olduğunu göstərir. Belə bir vəziyyətdə qazın əhaliyə limitlə verilməsi də narazılığa səbəb olur.
"Cümhuriyət"-ə açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, dünyada təbii sərvəti olan ölkələrdə həmin sərvət daxildə əhaliyə maya dəyərinə verilir:
"Bir çox ölkələrdə təbii qazın vətəndaşlara maya dəyərinə verildiyini görürük. Həmçinin təbii qazı olan ölkələr daxildə satdığı qiymətlə dünya bazarındakı qiyməti müqayisə etmir. Amma Azərbaycanda qazın qiymətini qaldıranda bunu dünya bazarındakı bahalaşma ilə əlaqələndirirlər. Əslində, dünyada təbii qaz baha olanda, biz daha çox qazanc əldə edirik. Yəni dünyada təbii qaz bahalaşanda, bizdə ucuzlaşmalıdır. Lakin biz bunun əksini müşahidə edirik. Dünyada bahalaşma olanda ölkəmizdə də qiymət qalxır.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda istehsal olunan təbii qazın üçdə biri ölkə daxilində istifadə olunur, üçdə ikisi isə xaricə ixrac edilir. Həmçinin ölkəmizdə istehsal edilən təbii qazın yarıya qədəri də "Əsrin müqaviləsi"nə uyğun olaraq, "BP" şirkəti tərəfindən hədiyyə edilir. Bu, səmt qazı adlanır. Yəni bu qaz müqaviləyə əsasən, pulsuz olaraq bizə verilir. Ölkəmizdə həmin qazdan məişətdə istifadə olunur".
Ekspert müqayisə üçün bildirib ki, İranda qazın bir kubunu Azərbaycan pulu ilə 2 qəpiyə verirlər:
"Azərbaycanda isə təbii qazın kubu 20-25 qəpiyə təklif olunur. Heç 1200 kub 2 aya belə bəs etmir. Nəticədə limit keçilir. Yəni bizdəki ortalama qiymət İrandan belə 10 dəfə bahadır. Buna görə də ya qiymət ucuzlaşmalı, ya da limit ləğv olunmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 686 Tarix: 13 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir
Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə
14:30 176 Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb
Hindistanın Benqaluru şəhərində yerləşən "Conrad" beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir. "Report" "NDTV"yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzd
16:30 142 Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
17:17 110 Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
12:10 183 XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
12:53 385 Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
10:56 190 Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun
15:10 188 Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd
11:15 193 10-dan çox ölkədən "hazır ol" ÇAĞIRIŞI: Ərzaq, su toplanılır - NƏ BAŞ VERİR?
ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə - müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəli
00:15 348