"Ərazimizdə xaos vəziyyəti davam edərsə ordumuzun əraziyə girmək və nəzarəti öz üzərinə götürmək hüququ var"-AÇIQLAMA

"Ərazimizdə xaos vəziyyəti davam edərsə ordumuzun əraziyə girmək və nəzarəti öz üzərinə götürmək hüququ var"-AÇIQLAMAXəbər verdiyimiz kimi, sentyabrın 7-si saat 10:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bununla bağlı BiG.AZ-a danışan politioloq Turan Rzayev bildirib ki, separatçıların lideri Arayik Arutyunyanın "istefasından" sonra Xankəndi və ətraf ərazilərdə siyasi xaos hökm sürməkdədir. Faktiki olaraq separatçıların yeni liderinin kim olacağı hələki bəlli deyil:

"Arayik Arutyunyandan sonra hazırkı nəzarəti əlində saxlayan rejim prezident seçkilərinə hazırlaşır. Prezident seçkilərində Samvel Babayan başda olmaqla, bir sıra namizədlər başa keçmək istəyirlər. Xüsusilə, Nikol Paşinyan seçkilər zamanı öz namizədlərdən birini yenidən başa gətirmək istəyir. Belə olan təqdirdə, hazırda qeyri-müəyyənlik və xaos vəziyyətində olan separatçılar narahatdır. Ən çox narahat olduqları məqam isə ayın 8-də Samvel Babayanın mitinq keçirməsidir. Bu mitinqlər zamanı yaxud prezident seçkilərindən sonra ola bilər ki, Xankəndi və ətraf ərazilərdə silahlı qarşıdurmalar başlasın. Samvel Babayan seçilməsə etiraz edəcək və öz dəstəkçilərini mitinqə çağıraraq hazırda seçkilərdə qələbə qazanmaq üçün təzyiq etməyə çalışacaq. O ki qaldı separatçıların Ağdam istiqamətində səngər qazması və istehkamı düzləşdirməsi, 8 senytabr mitinqi zamanı ehtimal gərginliyin artması, Xankəndində silahlı qarşıdurmanın baş verməsi fonunda rəsmi Bakının əraziyə müdaxilə ehtimallarıdır".

Politoloq qeyd edib ki, prinsip etibarilə Xankəndində əgər silahlı insidentlər baş versə, xaos vəziyyəti davam edərsə Azərbaycan Ordusunun əraziyə girmək və nəzarəti öz üzərinə götürmək kimi hüququ var:

"Faktiki olaraq bu torpaqlar bizim ərazimizdir. Biz öz ərazimizdə qeyri-sabitliyi və bu tipli qeyri-müəyyənliyi qəbul edə bilmərik. Buna görə də Azərbaycan tərəfinin ehtimal prosesə müdaxilə etməsinin qarşısını almaq üçün bu tipli səngər yolları qazmağa başlanılıb. Bənzər insident baş verərsə Azərbaycan tərəfi səssiz qalmayacaq və əraziyə müdaxilə edəcəkdir. Xankəndində bayrağımızın qaldırılmasının, cənab Prezidentin məruzə edilməsinin belə şahidi ola bilərik. Azərbaycan torpaqlarında qeyri-müəyyənlik ilə barışa bilmərik. Bu xunta rejimi, separatçılıq artıq anlamalıdır. Cənab Hikmət Hacıyevin sözləri ilə yekunlaşdırsaq, Azərbaycan öz ərazisində "boz" zonası olmasına icazə verməyəcək. Qarabağ artıq "boz" zona olmayacaq. Azərbaycan burada digər ərazilərdə olduğu kimi öz hüquqlarını bərpa etdikdən sonra, Azərbaycan Respublikası Konstitusiyasını realizə edən hüquqlarını erməni icmasına verəcəkdir.

Son olaraq Turan Rzayev deyib ki, Samvel Babayan başda olmaqla, hər hansı bir separatçının erməni icmasının başına gətirilməsi doğru deyil. Bütün hallarda Azərbaycan tərəfi Xankəndiyə müdaxilə edəndən sonra burada öz hüquqlarımız bərpa edilən zaman icmanın başçısı təyin edilməlidir. Bu başçı ya Bakı ermənilərindən biri olmalıdır, yaxud Azərbaycanın təyin edəcəyi bir şəxs olmalıdır".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2012   Tarix: 07 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi

Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçü

14:53 212
.

Keçmişdə qalan münaqişə

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqiş

15:25 173
.

Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib

19:50 162
.

Gəncədə "BakuBus"un avtobusu qəza törətdi - Foto

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzigar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən "BakuBus"a məxsus avtobus KIA markalı minik maşını ilə toqquşub

15:05 182
.

Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla

18:50 180
.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy

11:25 201
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

19:30 172
.

Angela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"

Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind

22:30 0
.

İşıqlı gələcəyə yol açan Şanlı Qələbə

Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrı

15:24 191
.