"Tədris prosesimizdə riyaziyyata baxış dəyişməlidir"-AÇIQLAMA
"Orta ümumtəhsil müəssisələrində, xüsusilə ibtidai siniflərdə riyaziyyat fənninin tədrisi birmənalı qarşılanmır. Riyaziyyatın yüksək səviyyədə tədris olduğunu düşünənlər də var. Əksini zənn edənlərdə az deyil. Real durum ondan ibarətdir ki, bu il 9-cu sinif buraxılış imtahanlarında uşaqların riyaziyyat fənni üzrə göstəriciləri aşağı səviyyəlidir. Riyaziyyat fənninə aid olan situasiya tipli suallar, yəni açıq cavab tələb edən suallar ilə bağlı nəticələr bərbad vəziyyətdədir".
Bu sözləri BiG.AZ-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib:
"Hansısa ayrı-ayrı məktəblərdə yaxşı riyaziyyat müəllimlər, riyaziyyat fənnini yaxşı oxuyan şagirdlər ola bilər. Amma ölkə miqyasında riyaziyyat fənninin tədrisi ilə bağlı durum buraxılış imtahanlarında və "PİSA" göstəricilərində nəticələr göz önündədir. Çünki bir neçə məzmun göstəriciləri var ki, onlardan biri riyaziyyat-həndəsə məzmun göstəriciləridir. Bu məzmun göstəricisi nədir?. Şagirdlər analitiki təfəkkür, məntiqi-mühakimə, situasiyaya görə hərəkət etmə qabiliyyəti tələb edən məzmun xəttidir. Yəni riyaziyyat-həndəsə o demək deyil ki, çevrədə düsturu biləsən, yaxud ən kiçik ortaq bölənu hesablayasan. Bu doğru deyil. Riyaziyyatın ana qayəsi şagirdlərdə məntiqi mühakimə bacarıqlarını, analitik keyfiyyətlərini və situasiyaya görə hərəkət etmə qabiliyyətini artırmaqdır".
Elmin Nuri qeyd edib ki, riyaziyyat məhz bu səbəblər üzərindən keçirilmədiyinə görə bu gün riyaziyyat fənninin tədrisini qənaətbəxş hesab etmək olmaz. Çünki riyaziyyatın tədrisi sovet dövründəki riyaziyyatın tədrisindən qətiyyən fərqlənmir. O dövrdə də qaydalar, çalışmalar, şablon standartlar üzərində aparılırdı:
Modern dünyada, modern riyaziyyatın tədrisində müəyyən fərqlər var. Orada əsasən "niyə" sualı üzərində gəzişmələr var. Şagird bu amillərə görə fənni sevə-sevə öyrənir. Amma biz nə edirik? Biz riyaziyyatın tədrisində akademik göstəricilərdən çıxa bilmirik. Əvvəla riyaziyyatın hesab bölməsi onun ana elementar səviyyəsidir. Riyaziyyat ümumi həyati hesablama bacarığıdır. Hadisələrin, proseslərin hesablanmasını öyrətməlidir. Bu gün bizim məktəblərdə sevimli riyaziyyat müəllimlərimiz heç biri bu detal üzərində dərslərini aparmırlar. Çətin düsturlar, teoremlər, şablon qaydalar ilə dərsi akademik səviyyədə keçirlər. Təbii ki bu dərsin nəticəsi olmayacaq. Dərsin nəticəsi 9 və 11-ci sinif buraxılış imtahanlarında özünü göstərir. Həmçinin, ali təhsil müəssisələrinin bütün ixtisas qruplarında riyaziyyat fənni var. Birinci və ikinci ixtisas qrupunu çıxmaq şərtilə, digər qruplarda riyaziyyatın vəziyyəti illərdir düzəlmir. Bizim bu gün tədris prosesimizdə riyaziyyata baxış dəyişməlidir. Riyaziyyatin tədrisi analitik düşüncə meyarı üzrə inkişaf etməlidir. Rəqəmlərin, düsturları, akademik dillərin tədrisi ilə yox".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2199 Tarix: 07 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
18:00 184 Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir
Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib
19:50 162 Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
21:30 114 Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq
Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla
19:00 189 Azərbaycanlı alim vəfat etdi - Fotolar
Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik
11:30 244 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu
16:40 197 Şahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy
11:25 201 Türkiyədə ata təcavüzə uğramış qızını öldürmək üçün xəstəxanaya basqın etdi
Türkiyənin Adana şəhərində cinsi istismara məruz qalan qızını öldürmək istəyən ata məhkəmə zalında həbs olunub. "Haber Global"a istinadən xəbər verir ki, cinsi zorakılıq qurbanı olan qız polisə şikayət etdikdən sonra atası onu öldürmək qərarına gəlib. Polis əməkdaşları onu tibbi müayinə üçü
14:53 212 İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün
13:30 200