"Regionda hərbi qarşıdurma baş versə bütün məsuliyyət Ermənistan və Fransanın üzərinə düşəcək"-DEPUTAT

"Regionda hərbi qarşıdurma baş versə bütün məsuliyyət Ermənistan və Fransanın üzərinə düşəcək"-DEPUTATErmənistan tərəfinin artmaqda davam edən təxribatları ve sentyabr ayının 9-da separatçıların qondarma seçkilər keçirməsi sülh danışıqlarının üzərindən xətt çəkdi. Qarşı tərəf təxribatçı əməlini həmişə olduğu kimi, Azərbaycanın üzərinə atır, informasiya kirliliyinə əl atır. Bununla bağlı, BiG.AZ-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin Azərbaycana qarşı təxribatları sistemli və ardıcıl xarakter kəsb edir. Laçın yolu boyunca yaratdıqları humanitar yardım şousunun ardınca, indi Qarabağda Azərbaycanın nəzarətindən hələki kənarda qalan və hələ ki Rusiya sülhməramlıların nəzarətində olan ərazidə qondarma seçkilər keçirdilər. Bu seçkilərin nəticəsini, şübhəsiz ki heç bir dünya dövləti tanımır:

"Keçirilən seçkilər qeyri-legitimdir. Belə olan vəziyyətdə heç şübhəsiz ki Ermənistanın atdığı addımlar sülhün əldə edilməsinə olan kövrək ümidlərin üzərindən xətt çəkir. Ermənistanın baş naziri Nikol Paşinyan bir yandan Azərbaycanın bütövlüyünü tanıyırıq deyir. Hətta ərazinin parametrlərinə diqqət çəkir və 86,6 min kvadrat kilometr ifadəsini işlədir. Qarabağı Azərbaycan ərazisi sayır. Amma digər tərəfdən 2 senytabr tarixində qondarma rejimin il dönümü ilə bağlı separatçıları təbrik edir və ötən əsrin 80-ci illərinin abu-havasında təbrik məktubu göndərir. Ardınca müxtəlif səpgili təxribatları reallaşdırır".

Deputat qeyd edib ki, Ermənistan eyni zamanda Azərbaycanla şərti sərhəddə insidentlər törədir. Bütün bunlar sülh müqaviləsinin imzalanmasına olan ümidləri məhv edir:

"Artıq ilin sonuna qədər sülhün imzalanması ilə bağlı nikbin yanaşmalar öz aktuallığını itirir. Belə olan vəziyyətdə hadisələr ən gözlənilməz ssenarilər üzrə inkişaf edə bilər. Əgər regionda yenidən hərbi qarşıdurma baş versə bütün məsuliyyət Ermənistana və başda Fransa olmaq şərtilə, ona himayədarlıq edənlərin üzərinə düşəcək. Azərbaycan heç bir məsuliyyət daşımayacaq. Azərbaycan güclü dövlətdir. Bizim işimiz haqq işidir. Biz öz suveren hüquqlarımızın Ermənistan tərəfindən tanınmasını tələb edirik. Bunda israrlıyıq və sona qədər gedəcəyik. Ermənistanın siyasi-hərbi rəhbərliyi papağını qarşısına qoyub düşünsün".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1496   Tarix: 14 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

30.10.2026 395
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30.10.2026 359
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 312
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

11:07 214
.

Lavrov ABŞ-a gedib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir

30.10.2026 346
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

11:30 176
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30.10.2026 355
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

30.10.2026 383
.

Avropada sərt qış vəd edən qədim təqvim

XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"

13:57 93
.