"Lalə, sən o dünyada məndən üzr istəyəcəksən"
Əməkdar artist Cavanşir Məmmədovla aparıcısı Lalə Azərtaş arasındakı qalmaqal bitmək bilmir.
Axşam.az xəbər verir ki, C.Məmmədov aparıcının "Heç yuxunuzda da sizdən üzr istəməyəcəyəm" sözlərinə cavab verib. "Yaxşıya doğru" verilişində qonaq olan müğənni Axərtaşa səslənərək, bunları deyib:
"Lalə, sənin mənimlə nə qəsdi-qərəzliyin var? Deyirsən ki, xalqın gözü tərəzidir. Amma sənin gözün tərəzi deyil. Sən tərəzini düzgün görə bilmirsən. Sosial şəbəkədə xalqın nümayəndələrinin mənim məsələmlə bağlı yazdıqları şərhlərə gəldikdə isə onların kimliyini bilmirəm ki, soruşum sən niyə bu sözləri yazmısan.
Elə şey etsəm, üzümə tüpürərlər. Xalqın gözü tərəzi idi, onlar da fikirlərini şərhlərdə yazdılar. Lalənin yerində olsaydım, yazılan şərhlərdən nəticə çıxarardım və deyərdim ki, "bu məsələ məhkəmə tərəfindən sübuta yetirilib, bu insan dələduzdur ( keçmiş kürəkəni, Türkiyə vətəndaşı Mustafa Kemal İbli – red.). Hansı söhbətlər olubsa, mənə halal edin. Məlumatı belə dedilər, mən də belə çatdırdım". Amma sən elə danışmalı deyildin. Sən gözləməli idin nəticəni. Lalə, verilişində zərərçəkən olan mənə 10, zərərvurana isə 30 dəqiqə zaman ayırırsan danışmağa. Olmaz belə şeylər etmək. Mən bura şikayətə gəlməmişəm. Sən Lalə, verilişində gərək düzgün mövqe tutardın. Mənim səninlə nə işim var?
Sən məndən üzr istəyəcəksən. Bilirsən harada? O dünyada Lalə, sən məndən üzr istəyəcəksən. O dünyada sənə təhlil edəcəklər ki, neyləmisən və nə səhvlər görmüsən. Başının üstündə dayananda məndən üzr istəyəcəksən. Qəbirdə insandan hesabat alırlar... Sən istədin-istəmədin, mənə artıq maraqlı deyil. Sənin adını çəkmirəm, sən çıxıb haqqımda danışırsan. Xahişsiz mən bu məsələyə nöqtə qoyuram".
Qeyd edək ki, C.Məmmədovla L.Azərtaş arasındakı qalmaqala səbəb ifaçının keçmiş kürəkəni, Türkiyə vətəndaşı Kemal Mustafa İblini verilişinə çıxartması olub. Mustafa aparıcıdan ona şər atıldığını deyərək, yardım istəyib.
Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1850 Tarix: 21 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı
"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar
30.10.2026 296 Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30.10.2026 215 "Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları
Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns
30.10.2026 319 Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30.10.2026 232 Oktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
30.10.2026 351 Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
30.10.2026 404 Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı
Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl
30.10.2026 243 Leysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30.10.2026 314 Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış
Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla
30.10.2026 241