"İlham Əliyev ermənilərin 200 illik "Böyük Ermənistan" planlarını darmadağın etdi" - RƏY

"İlham Əliyev ermənilərin 200 illik "Böyük Ermənistan" planlarını darmadağın etdi" - RƏY"Prezident İlham Əliyev ermənilərin 200 illik "Böyük Ermənistan" planlarını darmadağın etdi".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O söyləyib ki, Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri həyata keçirməklə ermənilərin "Böyük Ermənistan" yaratmaq planlarına nöqtə qoyub: "Ermənilərin "Böyük Ermənistan" planları son 200 ildə regionda sabitliyin yaranmasına imkan verməyib. Onlar zaman-zaman qonşu ölkələrin ərazilərini müxtəlif yollarla işğal edib və özlərinə dövlətçilik quraraq ərazilərin genişləndirilməsinə nail olublar. 100 il əvvəl Azərbaycanın Qərbi Zəngəzur ərazilərini özününküləşdirən Ermənistan bu illər ərzində qonşuları Türkiyə və Gürcüstana qarşı da ərazi iddiaları irəli sürürdü. Amma bu dövlət Azərbaycan əraziləri üzərində qurulub".

Deputatın sözlərinə görə, Ermənistanın 60-70 il əvvəlki toponimlərini araşdıranda məlum olur ki, bütün ərazi və yaşayış məntəqələrinin adları azərbaycanlılara məxsusdur: "Ermənistan bəzən azərbaycanlı adları dəyişdirərək erməniləşdirib. Ermənistan 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarını işğal edəndə bu ərazilərdəki yaşayış məntəqələrinin adlarını yenə dəyişərək erməniləşdirmiş, məqsədlərinin isə dənizdən-dənizə qədər "Böyük Ermənistan" qurmaq olduğunu açıqlayaraq, yeni ərazilər uğrunda yeni müharibələr etmək arzusuna düşmüşdü.

İlham Əliyev Prezident seçiləndən sonra ermənilərin arzuları ürəklərində qaldı. Çünki Prezident İlham Əliyevin vətəninə, torpağına olan böyük sevgisi, ölkənin milli maraqlarını hər şeydən üstün tutması və regionun tarixini yaxşı bilməsi, beynəlxalq siyasət və diplomatiya sahəsində peşəkar olması düşmənləri bütün platformalarda tərksilah etməsinə və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına yol açdı. Bununla da ölkədə milli birlik və həmrəylik güclənir, iqtisadi və siyasi müstəqillik təmin olunur və müasir ordu yaradılır. Beləliklə, Azərbaycan 2020-ci ildə sözünü demiş, öz gücünü düşmənlərə göstərməklə Ermənistanın "Böyük Ermənistan" ideyasını cəhənnəmə göndərmiş oldu".

"Azərbaycan son 200 illik tarixində işğallara məruz qaldığı halda, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ilk dəfə öz torpaqlarını işğaldan azad edə bildi. Torpaqlarını işğaldan azad etməsi və Ermənistanla sərhədlərin nəzarətə alınması heç də daxildə qara yara kimi qalmış erməni separatizmi problemini bitirməmişdi. Yəni, zamanı yetişməmişdi. Prezident İlham Əliyevin dediyi "Nəyi, necə və nə zaman etmək lazımdırsa, mən bilirəm" ifadəsinin doğruluğunu zaman sübut etdi", - Milli Məclisin üzvü xatırladıb.

A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyev müharibənin başa çatdığı üç ilə yaxın bir zamanda beynəlxalq müstəvidə məsələləri çox diplomatik formada tənzimləyib və sentyabrın 19-da ermənilərin törətdiyi mina terrorunun cavabı olaraq antiterror tədbirlərinin keçirilməsinə tapşırıq verib: "Ordumuz 24 saata yaxın bir müddətdə Ermənistanın 10 min qeyri-qanuni silahlısının tutduğu mövqelərin böyük bir hissəsini məhv etməklə separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Ermənistan uzun illər xain fikirlərini özündə yaşatdığına görə bir daha məğlubiyyətə düçar oldu. Ermənistanın "Böyük Ermənistan" xülyalarına birdəfəlik nöqtə qoyuldu. Azərbaycan hər zaman "Qarabağ Azərbaycandır!" deyirdi, lakin separatçılar bu ərazilərdə qondarma dövlətlər qurur və müxtəlif şoular düzəldərək beynəlxalq ictimaiyyəti yalan məlumatlara inandırmağa çalışırdı.

Yalanın ayaq tutub yerimədiyini zaman bir daha sübut etdi. Bu gün Azərbaycan erməni separatizminin yuvasını dağıtmaqla özünün bütün suverən ərazilərində konstitusion dövlət quruluşunu bərpa edib. Azərbaycan bu illər ərzində təkcə Ermənistana qarşı vuruşmayıb, həm də Ermənistanı dəstəkləyən böyük güclərə qarşı mübarizə apararaq qalib gəldi və öz ədalətli haqqını bərpa etdi. Dünyada Azərbaycan kimi ədaləti öz gücü ilə bərpa edən dövlətlər çox azdır. Biz bu imzanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında atdıq. Biz öz torpaqlarımızı azad etməklə ermənilərin region ölkələrinə olan ərazi iddialarını da məhv etmiş olduq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 620   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ba

30.10.2026 397
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30.10.2026 358
.

Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir

Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses

30.10.2026 257
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 254
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

30.10.2026 204
.

Atasının vəfatından sonra bu fotonu paylaşdı

Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi

30.10.2026 416
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30.10.2026 314
.

Lavrov ABŞ-a gedib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir

30.10.2026 198
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30.10.2026 205
.