Roland Bicamov: "Problemlərin həllini Qərbə yönəltmək erməni dövlətçiliyinin yox olmasına aparıb çıxara bilər"
"İran, həqiqətən də, Azərbaycana qarşı ritorikasını dəyişib. Amma bu, daha çox etiraz faktoru ilə deyil, Türkiyə-İran-Rusiya üçbucağında münasibətlərin inkişafı və Ermənistanın davranışı ilə bağlıdır".
Bu sözləri tanınmış rusiyalı şərqşünas, siyasi elmlər namizədi Roland Bicamov Oxu.Az-a şərhində deyib.
"Biz görürük ki, Ankara, Tehran və Moskva - üç regional aktor bir-biri ilə əməkdaşlıq edir. Bu isə Ermənistan rəhbərliyinin qeyri-sabit xarici siyasət kursu fonunda baş verir. İrəvanda bu və ya digər istiqamətdə böyük dəyişikliklər var. İran bundan narahatdır, çünki Ermənistanın qərbə meyli açıq şəkildə görünür və bu da açıq şəkildə bəyan edilir. Amma nədənsə İrəvanda Cənubi Qafqazda yerləşdiklərini anlaya bilmirlər. Ermənistan sözün birbaşa mənasında Qərbə gedə bilər. Ancaq bu, bir halda baş verə bilər ki, əhali kütləvi şəkildə Qərb dövlətlərinə köçsün və bu ölkələrdə diaspora çevrilsin", - deyə Bicamov sözlərinə aydınlıq gətirib.
O, ermənilərin Ermənistan dövlətinin saxlanmasında maraqlı olduğu durumda, qonşuları - Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İranla münasibətlər qurmalı olduğunu da vurğulayıb.
"Problemlərinin həllini Fransaya, ABŞ-yə və s. tərəfə yönəltmək yaxşı heç nəyə gətirməyəcək. Ola bilsin ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində erməni xalqı tərəfindən qorunub-saxlanılan erməni dövlətçiliyinin yox olmasına gətirib çıxaracaq. Və biz artıq Qarabağdan danışmırıq, çünki məsələ artıq həll olunub - bura Azərbaycandır. Qarabağın erməni sakinlərinin gələcəyi isə Azərbaycanın yurisdiksiyası çərçivəsində həll olunacaq", - deyə şərqşünas bildirib.
Fikirlərinə əlavə olaraq Roland Bicamov deyib:
"İran anladı ki, Azərbaycanla dost olmaq onun üçün "Paşinyan Ermənistanı" ilə dost olmaqdan daha vacibdir. Tehran Bakı ilə mehriban qonşuluq kursunu müəyyənləşdirsə, bir çox problemlərini həll edə bilər. Və burada mühüm amil İrandakı etnik azərbaycanlılardır ki, onlar İran hakimiyyətinin bu cür addımlarını alqışlayacaqlar. "Şimal-Cənub" dəhlizinin böyük iqtisadi üstünlükləri və bir çox imtiyazları var. İran iqtisadiyyatında vəziyyət nə qədər yaxşı olsa, ölkədə ideoloji prinsiplərdən daha çox sosial-iqtisadi, humanitar və ekoloji problemlərdən qaynaqlanan etiraz fəallığını azaltmaq bir o qədər asan olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 512 Tarix: 23 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNoyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ba
30.10.2026 397 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
30.10.2026 358 Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir
Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses
30.10.2026 257 Şəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30.10.2026 254 Tarixdə ilk yaşıl ulduz aşkarlandı
Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W
30.10.2026 204 Atasının vəfatından sonra bu fotonu paylaşdı
Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi
30.10.2026 416 Leysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30.10.2026 314 Lavrov ABŞ-a gedib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir
30.10.2026 198 Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
30.10.2026 205