Vətəndaşlara SEVİNDİRİCİ XƏBƏR - Bu şəxslərin vergisi AZALDILACAQ
Əhalinin vergi yükü azaldılacaq. Bu barədə İqtisadi Şuranın vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklərə həsr olunmuş iclasında bildirilib. Qeyd edilib ki, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükü azaldılacaq. sentyabırn 20-də keçirilən iclasın gündəliyində 2024-cü ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış vergi və gömrük sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsi müzakirə olunub.
İclasda maliyyə naziri Samir Şərifovun və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib. İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Məsələni Referans.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, detallarla bağlı məlumat vermək çətindir, amma biz iki ildir ki, buna nail olunmasına çalışırıq:
"Hələ ki, detallarla bağlı məlumat vermək çətindir. Amma biz iki ilə yaxındır ki, rəsmi olaraq təkliflər də səsləndirmişdik ki, heç olmasa ərzaq və dərman pereparatlarında əlavə dəyər vergisinin 18 faizdən 2 faizə azaldılması ilə bağlı qərar verilsin. Çünki Azərbaycan büdcəsi bunu qaldıracaq gücdədir. Çox güman ki, bu yöndə qərar verilsə, daha yaxşı olar. Bu qiymətlərə də əsir edər".
İqtisadçı hesab edir ki, VEÖN-lə çalışanların, yəni orta-kiçik sahibkarların əsasən də kiçik sahibkarların social müdafiə ödədiyi vəsait də vergi növüdür, onların da azaldılması vacibdir: "Bu vergi növü kifayət qədər yüksəkdir. Bunun da səbəbi odur ki, minimum əməkhaqqına bağlıdır. Minimum əməkhaqqı artan kimi avtomatik olaraq ödənişlər də artır. Ola bilər ki, bununla bağlı da qərar olsun. Bu qərarın qəbul olunması kiçik və orta sahibkarların vergi yükünün azaldılmasında mühüm rol oynaya bilər".
Yəni, əslində istiqamət və ideya doğrudur, amma hansı formada və hansı sahələrdə reallaşacağını indidən söyləmək çətindir. Çünki detalları haqqında hələlik heç bir məlumat verilmir – deyə Natiq Cəfərli qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1170 Tarix: 23 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNoyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Noyabr ayında Azərbaycanda soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi ba
30.10.2026 397 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
30.10.2026 358 Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir
Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses
30.10.2026 257 Şəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30.10.2026 254 Tarixdə ilk yaşıl ulduz aşkarlandı
Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W
30.10.2026 204 Atasının vəfatından sonra bu fotonu paylaşdı
Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi
30.10.2026 416 Leysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30.10.2026 314 Lavrov ABŞ-a gedib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir
30.10.2026 198 Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
30.10.2026 205