"Vətən müharibəsi Azərbaycan müasir tarixinin ən parlaq nümunələrindən biridir"-EKSPERT

"Vətən müharibəsi Azərbaycan müasir tarixinin ən parlaq nümunələrindən biridir"-EKSPERT"2020-ci ilin sentyabr ayının 27-də mənfur erməni qonşularımızın təxribatı nəticəsində Azərbaycan hökuməti son olaraq qərar verdi ki, qoşunları və ordusunu təxribatların qarşısını almaqdan ötrü genişmiqyaslı əməliyyatlara başlasın. Bu əməliyyatlar başlanan gündən 44 gün müddət ərzində başa çatdı. Vətən müharibəsi ordumuzun zəfəri ilə Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazıldı. Çox suallar yaranır ki, ordumuzun bu qədər gücü var idisə, nə üçün öncədən düşmənə cavab verilmədi? Ona görə həmin suallara cavab olaraq bildirirəm ki, hər şeyin öz zamanı və vaxtı var. Həmin vaxt özü yetişməlidir. Əgər meyvəni yetişməmiş vaxtından tez dərsən onu yeməyəcəksən. Ona görə hər şeyin öz müddəti var. Müharibə və siyasətdə belədir. İstər 44 günlük müharibəyə qədər, 2016-cı ilin 4 günlük əməliyyatları, istərsə də Tovuz döyüşləri olsun bunlar onu göstərir ki, ordumuz işğal altında qalan əraziləri azad etməyə qadirdir. Azərbaycan ordusu yeni dövrə uyğun silahlar və texnologiya ilə bütünlüklə qələbəni əldə etməyə müvəffəq oldu. Bu mənada müharibə zamanı təsəvvür edin ki, Azərbaycan qoşunları qısa müddət ərzində Füzuli istiqamətindən əməliyyata başladı. Qaraxanbəyli istiqamətində düşmənin ön xəttini yardıq".

Bu sözləri BiG.AZ-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib. Ekspert bildirib ki, Füzulinin Qaraxanlı kəndi ilə üzbəüz olan düşmənin ön xətti olan 300 nömrəli "Cons" postu, 300 metr məsafədə olan düşmənin 400 nömrəli hərbi komandan müşahidə məntəqəsi, üstəlik artilleriya mərkəzi orada idi. Həmin gün bu postlar mərkəzlər darmadağın edildi.Bu postları ələ keçirdikdən sonra düşmən artıq demək olar ki, vahiməyə düşdü. Artıq anladılar ki, Azərbaycan onlarla zarafat etmir və hansı gücə malikdir: "Düşmən postları Xocavənd rayonunda ermənilərin alayına aid idi. Oradakı erməni alayı və artilleriya mərkəzi istiqamətdə idi. Bu istiqamətdə gedən döyüşlər ilə paralel olaraq Ağdərə istiqamətində Seysulan, Talış kəndini bir göz qırpımında azad edə bildik. Seysulan ərazisini vaxtilə ermənilər adını dəyişib Madagiz qoymuşdular. Madagiz ermənilərin gözlərində arzu kimi qaldı. Cənab prezidentin əmri ilə Madagiz Seysulan adına qaytarıldı. Azərbaycan ordusu böyük bir taktiki və strateji əməliyyatı həyata keçirdi. Taktikamız fərqli də olsa strategiyamız eyni idi. Əsas məqsədimiz işğal olunan hər bir ərazimizi azad etməkdir".

Telman Qasımov vurğulayıb ki, xüsusi təyinatlılarımızın şücaətini müharibə ərəfəsində xüsusi qeyd etmək lazımdır. Ağır texnikasız, yüngül silahlar ilə Şuşanı fəth etdik. Bu məqam tarixi bir hadisədir:

"Bütövlükdə dünya hərb tarixində Şuşa fəthi ilə bağlı məruzələr oxunur. Araşdırmalar aparılır. Gedən qısa bir müddətdə 44 günlük müharibə zamanı belə nailiyyətlər əldə etdik. O dövrdə biz hər şey ilə məlumatlandırıldıq. Düşmən hansı gücə malikdir, harada silahları, texnikaları, anbarları hərbi-təyinatlı infrastrukturları varsa məhv etdik. Əməliyyatda iştirak edən hərbiçilərimiz, əsgərlərimiz çox gözəl bilirlər ki, bu əməliyyat hansı səviyyədə keçirildi. Xüsusən taktikalarimizdan biri "Nal" əməliyyatı idi. Alparslanın dövründən türklərin "Nal" əməliyyatı dünya hərb tarixində hələ də haqqında danışılır. Düşmən bizi Ağdam istiqamətdə hücumlarımızı daha çox gözləyirdi. Çünki əsas güclərini bütövlükdə ora cəmləşdirib, həmin sahələri minalamişdılar. Aldadıcı taktika biz onları demək olar ki birdəfəlik darmadağın etdik".

Ekspert qeyd edib ki, çox xoşbəxtdir ki biz bu tarixi anı yaşadıq: Ayın 19-u lokal antiterror tədbirləri nəticəsində birdəfəlik separatçıların onurğasını məhv etdik. Bu qəhrəmanlıq, şücaəti ilk olaraq Ali Baş Komandanımızdan aldıq ki, biz bu gücü göstərə bildik. Cənab prezidentin fərmanı ilə 27 senytabr "Anım günü" kimi qeyd olunur. Vətən müharibəsi Azərbaycan müasir tarixinin ən parlaq nümunələrindən biridir".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1952   Tarix: 27 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30.10.2026 314
.

Atasının vəfatından sonra bu fotonu paylaşdı

Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi

30.10.2026 416
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 254
.

Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir

Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses

30.10.2026 257
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30.10.2026 291
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30.10.2026 205
.

ABŞ-da iki helikopter toqquşdu: ölənlər var

ABŞ-ın Oreqon ştatında iki helikopterin toqquşması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. "Oktyabrın 29-da yerli vaxtla təxminən saat 14:10-da Makminvilla şəhərinin şimalında, Emiti-Deyton şosesi ilə Krinkshenk yolunun kəsişməsi yaxınlığında "Robinso

30.10.2026 179
.

Ermənistan Türkiyə ilə normallaşma istəyir: Bakı-Ankara müttəfiqliyi İrəvanın hesablamalarına necə təsir edir?

İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır. Lakin Bakı ilə Ankaranın strateji müttəfiqliyinin yaratdığı regional reallıqları da nəzərə almaq məcburiyyətindədir. Azərbaycan-Türkiyə münasibətləri Ermənistanın siyasi dairələrində və ictimai müzakirələrində xüsusi diqqətlə izlənilən məsələlərdəndir

30.10.2026 264
.

Prezident oyunu stadiondan izlədi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy

30.10.2026 158
.