Qənirə Paşayevanın nəşi yuyulmaq üçün Heydər Məscidinə aparılıb - YENİLƏNİB + VİDEO
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın nəşi yuyulmaq üçün Heydər Məscidinə aparılıb.
"Report" xəbər verir ki, hazırda mərhumun ailə üzvləri, yaxınları, millət vəkilləri və bir sıra ictimaiyyət nümayəndələri ora toplaşıblar.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
21:41
Vəfat edən millət vəkili Qənirə Paşayevanın dəfn yeri açıqlanıb.
Bu barədə "Qafqazinfo"ya mərhumun qardaşı Hüseyn Paşayev məlumat verib.
Onun sözlərinə görə, dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq.
20:58
Baku TV millət vəkili Qənirə Paşayevanın vəfat etdiyi Mərkəzi Klinikadan canlı yayıma çıxıb.
Qeyd edək ki, Tovuzun Düz Qırıqlı kəndində anadan olan Qənirə Paşayeva bir vaxtlar ANS televiziyasında müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. O, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub. Mərhum Qənirə Paşayeva həm də Gürcüstanın fəxri vətəndaşı idi.


20:28
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Bunu "Report"a açıqlamasında deputatın ailə üzvləri deyib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Məlumat üçün bildirək ki, Paşayeva Qənirə Ələsgər qızı 1975-ci ildə anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub. Bununla bərabər, Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsində çalışıb. "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən" və "Səndən sonra" kitablarının, "Bülbül kimi gül aşiqi" adlı məqalənin sahibidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 8311 Tarix: 28 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Kardaşyanın "geyim muzeyi" — 60 milyonluq malikanəsini nümayiş etdirdi
Karyerasına dünyanın ən məşhur televiziya ulduzlarından biri kimi başlayan, daha sonra isə öz brendlərini yaradaraq uğurlu iş qadınına çevrilən Kim Kardaşyan bu dəfə dəbdəbəsi ilə gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, Kardaşyan Los-Ancelesdə yerləşən 60 milyon dollarlıq malikanəsini
03.06.2025 583 Hökumət başçısı istefa verdi
Hollandiyada siyasi gərginlik daha da dərinləşib. xarici mediaya istinadən xəbər verir ki, ifrat sağ ritorikası ilə tanınan Azadlıq Partiyasının (PVV) lideri Geert Wilders koalisiya hökumətindən çəkildiyini elan edib. Wildersin bu qərarına immiqrasiya və sığınacaq siyasətləri ilə bağlı fikir ayrılıqlar
03.06.2025 259 "Blok imtahan mexanizmi ləğv edilməlidir" – Ekspertdən sistemlə bağlı sərt tənqid
I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən təqdim olunan bir sualda texniki səhvə yol verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, məsələ ilə bağlı abituriyentlərin xeyrinə qərar veriləcək. Lakin bu hal ictimaiyyətdə və xüsusilə valideynlə
03.06.2025 687 Metroda gedişhaqqı ilə bağlı yenilik
"Metro ödənişlərinin "Google Pay", "Apple Pay" və digər elektron cüzdanlarla inteqrasiyası planlaşdırılır". Qaynarinfo xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib. O qeyd edib ki, "Bakı Metropoliteni"ni
03.06.2025 1103 Bakıda məşhur "Pub"da DAVA: qadın müştəri HƏBS OLUNDU
Bakıda kafedə insident olub. xəbər verir ki, hadisə Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən "Sherlock Music Pub"da baş verib. Gecəyarı müştərilə arasında dava düşüb. Sərxoş qadın digər masada əyləşən şəxsi uca səslə söyüb. Hadisə yerinə polislər gəlsə də, həmin qadın tabesizlik göstərib
03.06.2025 416 "Oğluma deyiblər ki, anandan pul götür gəl"
Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqət çəkib. BİG.AZ " "a istinadən xəbər verir ki, o, övladının başına gələn hadisədən danışıb. "Nə dərəcədə sırtlıq baş alıb gedir. Övladım məhləyə düşəndə o qədər tərbiyəsiz uşaqlar olur orada. 10-12 yaşlı yeniyetmələrdir. Oğlumun isə 9 yaşı var
02.06.2025 697 İlkin Əhmədov qız atası oldu - Video
Əməkdar artist İlkin Əhmədov yenidən ata olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı aparıcı Aytəkin Mərdanova muğam ifaçısının da dəvət olunduğu "Qonaqcanlı" verilişində açıqlayıb. Müğənninin qız övladı dünyaya gəlib. Körpəyə Elisa adı qoyulub. Qeyd edək ki, Əməkdar artisti
03.06.2025 483 Rəqsanə keçmiş kürəkəninə belə söz atdı: "Sən öləsən, yaxşı işdir" - VİDEO
"Məşhur olmaq istəyən ya mənim, ya da qızımın yanına gəlsin". Bu sözləri müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında paylaşdığı videoda deyib. İzləyicilər onun bu sözlərinin keçmiş kürəkəni Ramil Vəliyevə ünvanlandığını iddia edirlər. İfaçı sözlərinə belə davam edib:. "Deyirəm
03.06.2025 4437 Prezidentdən yeni təyinatlar (SİYAHI)
Bir sıra birinci instansiya məhkəmələrə hakimlər təyin edilib, bəzi birinci instansiya məhkəmələri hakimlərinin isə vəzifələri dəyişdirilib. Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrini
03.06.2025 524