"Blok imtahan mexanizmi ləğv edilməlidir" – Ekspertdən sistemlə bağlı sərt tənqid

"Blok imtahan mexanizmi ləğv edilməlidir" – Ekspertdən sistemlə bağlı sərt tənqidI ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən təqdim olunan bir sualda texniki səhvə yol verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, məsələ ilə bağlı abituriyentlərin xeyrinə qərar veriləcək.

Lakin bu hal ictimaiyyətdə və xüsusilə valideynlər arasında narahatlıq yaradıb. Onlar imtahan kimi gərgin və stresli bir mühitdə suallarda texniki səhvlərin olmasının, şagirdlərin onsuz da məhdud olan vaxtını almasının ədalətsiz olduğunu bildirirlər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Elşən Qafarov məsələni daha geniş aspektdən şərh edib. O bildirib ki, texniki səhvlərlə bağlı apelyasiya komissiyasına müraciət etmək mümkündür və sualda problem aşkarlanarsa, həmin sual bütün abituriyentlər üçün düzgün cavab kimi qiymətləndirilir:

"Blok imtahan mexanizmi ləğv edilməlidir" – Ekspertdən sistemlə bağlı sərt tənqid"Dövlət İmtahan Mərkəzi artıq 33 ildir ki, bu işlə məşğuldur. Əgər hər hansı bir nəzarətsizlik varsa, bu sübut olunmalıdır. Abituriyentlər apelyasiya komissiyasına müraciət etməlidirlər."

Ekspertin fikrincə, problemin kökündə mövcud blok imtahan mexanizmi dayanır və bu sistem köklü şəkildə dəyişdirilməlidir:

"Blok imtahan mexanizmi ləğv edilməlidir. Hər kəs arzuladığı ixtisas üzrə sənəd verməlidir. Hazırda hər 100 abituriyentdən yalnız 5-i istədiyi ixtisasa qəbul ola bilir. Bu, doğru mexanizm deyil."

Elşən Qafarov həmçinin testlərin hazırlanması prosesinə də toxunub və Dövlət İmtahan Mərkəzinin bu sahədəki rolunun yenidən nəzərdən keçirilməsini təklif edib:

"Blok imtahan mexanizmi ləğv edilməlidir" – Ekspertdən sistemlə bağlı sərt tənqid"DİM imtahanları keçirən qurum olaraq qalmalıdır, amma testlərin hazırlanması başqa bir müstəqil institutun səlahiyyətində olmalıdır. Məsələn, bu məqsədlə Nazirlər Kabineti və ya Prezident yanında ayrıca test hazırlığı institutu yaradıla bilər."

Ekspert həmçinin vurğulayıb ki, təkcə texniki səhvləri deyil, ümumilikdə imtahan sisteminin yenilənməsi məsələsini müzakirə etmək zamanıdır:

"Şagirdlərin sualların çətinliyi və ya səhvliyi ilə bağlı şikayətləri yalnız bu ilə aid deyil. Bütün bu problemlər sistemin dəyişməsinin vacibliyini bir daha ortaya qoyur."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1302   Tarix: 03 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini

11.10.2026 167
.

Dava zamanı qohumlarını ayıran polis öldürüldü

Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay

11.10.2026 211
.

Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb

Fransada oğurlanmış şəxsi məlumatların yayıldığı internet resursunu idarə etməkdə şübhəli bilinən üç azyaşlı saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "20 Minutes" portalı Paris prokurorluğuna istinadən məlumat yayıb. İstintaqın məlumatına görə, sayt mart ayında "Reacher"

11.10.2026 140
.

"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy

11.10.2026 180
.

Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb

Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat

11.10.2026 158
.

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür

11.10.2026 160
.

İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi

İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili

11.10.2026 169
.

İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"

11.10.2026 198
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11.10.2026 178
.