"Qənirə xanıma dedim ki, evlən, övladın olsun, dedi ki..." - FOTO

"Qənirə xanıma dedim ki, evlən, övladın olsun, dedi ki..." - FOTO"Qənirə xanımın sözlərinə olan "Qapını aç bu quluna ya rəbbim" adlı mahnını mən oxumuşam. Bu mahnını oxuyandan sonra Qənirə xanım o qədər kövrəldi ki. Dedi ki, mahnının nəbzini tuta bilmisən, ona xarakter vermisən. Əlavə etdi ki, elə bil mənim hisslərimi, duyğularımı bilərək oxumusan. Bu ilahiyə olan böyük bir eşq, sevgidir. Qənirə xanım bu mahnını belə yazmışdı".

BiG.AZ Moderator.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında əməkdar artist Nuriyyə Hüseynova deyib.

O daha sonra millət vəkili Qənirə Paşayeva ilə bağlı xatirələrini bizimlə bölüşüb.

"O mənim can dostum idi. Biz onunla hər mövzuda söhbətlər edirdik. Mənə güvənirdi, bütün mövzularda danışırdı. Deyirdi ki, yeganə insansan ki, səfərə çıxanda çox rahatlıqla səninlə bir otaqda qala bilirəm, özümə başqa bir otaq istəmirəm. Səninlə rahat oluram, sən fərqli bir adamsan.

Xətrimi həmişə çox istəyib. 15 ildən çoxdur ki, bir yerdə Azərbaycan həqiqətlərini, Qarabağ problemlərini bütün dünyaya yayırdıq, birlikdə tədbirlərə, konfranslara gedirdik. Mən vətənpərvər mahnılar oxuyurdum, o isə Azərbaycan həqiqətlərini izah edirdi.

Heç yadımdan çıxmaz, biz Xocalı qətliamı ilə bağlı Türkiyənin 20 şəhərində tədbirlərdə olduq. Bu şəhərdə tədbir bitən kimi, o biri şəhərə gedirdik. Demək olar ki, yollarda, təyyarələrdə yatırdıq. Çox yorulurduq. Mənə deyirdi ki, özümlə bərabər səni də yoruram. Amma mənim üçün çox xoş idi. Vətənpərvər bir insan idi, türk dünyasını, ölkəsini çox sevirdi. Ümumbəşəri dəyərlərə çox hörmətlə yanaşırdı. Mən belə deyərdim ki, Qənirə xanım həm də millətini, ölkəsini, dövlətini sevirdi. Ona xidmət edirdi. Bu tərəfdən isə onun musiqi, ədəbiyyat, incəsənətlə çox bağlılığı var idi. Türkiyədən çox qonaqları gəlirdi, hamımızı evinə yığırdı. Oxuyurduq, şeir söyləyirdik, bir poeziya gecəsi təşkil olunurdu. Bütün bunlar yadıma düşəndə o qədər kövrəlirəm ki (kövrəlir).

Bütün konsertlərimdə, tədbirlərimdə öncədən gəlib çıxış edirdi, xeyir-dua verirdi. Onu zalda görəndə güc alırdım sanki. Onsuz tədbirləri, konsertləri belə təsəvvür etmək mümkün deyildi. Bir başqa insan idi. Böyüklə böyük, uşaqla uşaq idi. Çalışırdı hamıya yaxşılıq etsin. Mən illərdir onun yanında idim.

Mənə sual verirdilər ki, belə bir dəyərli millət vəkil kimi dostun var, bəzi şeylərdə sən niyə gecikirsən?! Onlara deyirdim ki, biz heç vaxt özümüz haqqında, mən özüm öz haqqımda onunla söhbət edib, bu məsələləri həll etmirdik.

Qənirə xanım heç vaxt düşünmürdü ki, ətrafında olan çox yaxınları üçün nəsə etsin. Çalışırdı ki, başqalarına dəstək olsun. Deyirdi ki, siz özünüz öz ayaqlarınız üstündə dura bilirsiniz, biz elə insanlara dəstək olmalıyıq ki, onlar bunu bacarmırlar, əziyyət çəkirlər. Həmişə belə düşünürdü.

1 həftədir xəstəxanaya gedirdim, orada ona olan sevgini görürdüm. Siz inanın ki, xəstəxana bu 1 həftə ərzində o qədər qonaqlı-qaralı oldu ki. Adam əlindən tərpənmək olmurdu. Bu bir sevgi idi. Sevgini heç nə ilə qazanmaq olmur. Qənirə xanım öz canını fəda etdi, amma insanların, Türk dünyasının sevgisini, nüfuzunu qazandı.

Mənim telefonum susmur, məni onun yanında görən insanlar dünyanın dörd bir yanından mesajlar yazır, zəng edirlər. Heç biri onun ölümünə inanmır. Xarakteri, həyata baxışı ilə tam fərqli bir xasiyyətə malik insan idi. O tam özü olduğu üçün yerini doldura biləcək biri yoxdur və olmayacaq da. Təbii ki, həyat davam edir. Yenə də insanlar yetişəcək, yenə də şəxsiyyətlər dünyaya gələcək. Amma Qənirə xanımdan bir də bu dünyaya gəlməyəcək.

Təəssüflər olsun ki, onu tez itirdik. Bir gün hamı bu dünyanı tərk edib gedəcək, ölüm anidir.

Ən çox məni üzən onun erkən yaşda dünyasını dəyişməsi oldu. Onun da nisgilli tərəfləri var idi. Arzu edərdim ki, ailəsi, özündən sonra bir övladı olsun.

Bir gün mən ona "Qənirə xanım, niyə ailə həyatı qurmursan? Yaş gedir axı?" deyəndə mənə dedi ki, "ay bacı bilirsən necədir? Mən ailə üçün, ev üçün yaranmadım. Allah məni bunun üçün yaratmayıb. Mən toplum üçün yaranmışam, o qədər oğlum, qızım var ki, bunlar mənə bəs edir" (kövrəlir)". Bir də məni üzən bir səbəb var. Qənirə xanım torpaqlarımızın separatçılardan tam təmizləndiyi günü görmədi. Bu bilirsiniz nəyə bənzəyir? Əkib-becərdiyin, böyüyüb boya-başa çatdığın bir ağacın meyvəsi tam da yeyilən zaman onu yeyə bilmirsən. Bu məni çox üzür. Qənirə xanımın rəhmətə getməsi, ölümünün belə bir məqamda olması məni çox üzdü. Məkanı cənnət, ruhu şad olsun. Allah bizə bir də belə acılar yaşatmasın" deyə Nuriyyə Hüseynova bildirib.

"Qənirə xanıma dedim ki, evlən, övladın olsun, dedi ki..." - FOTO"Qənirə xanıma dedim ki, evlən, övladın olsun, dedi ki..." - FOTO"Qənirə xanıma dedim ki, evlən, övladın olsun, dedi ki..." - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2323   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.