Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub - VİDEOAzərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, mərasimdə dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

DTX rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib ki, onun axtarışı hər zaman bizim diqqətimizdə olub. 44 günlük müharibədən sonra isə DTX və Dövlət Komitəsi tərəfindən azad olunmuş ərazilərdə axtarışlar aparılıb: "Dövlət Təhülükəsizliyi Xidmətinin Tibbi İdarəsinin tərkibində laboratoriyalarda 25 şəhidin eynilləşməsini həyata keçirilib. Proses hələ də davam edir. Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb".

Vida mərasimində Milli Qəhrəmanın bacısı Mehriban Əhmədova deyib ki, Riad Qarabağda döyüş başlayandan evdə tapılmayıb.

"Biz hər səfər qapının zəngi çalınanda elə bilirdik odur. Lakin olmadı. Anamın gözü yolda qalaraq bu dünyadan köçdü. Ancaq Riad cismən bizimlə olmasa da, ruhən bizimlədir", - deyə o bildirib.

Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xarici Kəşfiyyat İdarəsinin rəisi Orxan Sultanov, ictimaiyyət nümayəndələri, döyüş yoldaşı və ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər yeri müəyyən olunmayıb. Bu il sentyabrın 18-də Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığı və müəyyən edildiyi açıqlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1398   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı

Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl

30.10.2026 236
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30.10.2026 381
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30.10.2026 332
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30.10.2026 269
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

30.10.2026 232
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 244
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

30.10.2026 149
.

Onlara xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir

30.10.2026 352
.

Məktəblilər arasında zorakılıq halları ciddi narahatlıq doğurur: Məktəb təhlükəsizliyi və valideyn məsuliyyəti ön plana çıxmalıdır

Məktəblilər arasında bir-birinə qarşı fiziki və psixoloji zorakılıq hallarının baş verməsi cəmiyyəti narahat edən aktual problemlərdən biridir. Təhsil müəssisələri uşaqların yalnız bilik əldə etdiyi məkan deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, sağlam ünsiyyət, qarşılıqlı hörmət, tolerantlı

30.10.2026 249
.