Arayik Arutyunyanı hansı cəza gözləyir? - Komitə üzvü AÇIQLADI

Arayik Arutyunyanı hansı cəza gözləyir? - Komitə üzvü AÇIQLADI"Postmünaqişə dövrünün ən mühüm məsələləri sırasında müharibə canilərinin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması xüsusi əhəmiyyət daşıyır. İkinci Dünya müharibəsindən sonra formalaşan hüquqi mexanizm çərçivəsində soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin təqibi ilk növbədə milli səviyyədə həyata keçirilir".

Bu barədə "Trend"ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

O qeyd edib ki, hətta 1998-ci ilin iyun-iyul aylarında Roma diplomatik konfransında Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması bu qaydanı dəyişməyib. Çünki beynəlxalq birliyin narahatlığına səbəb olan cinayətlərin təqibinə görə əsas məsuliyyət dövlətdaxili hüquq sisteminin üzərinə düşür.

"Bu mənada Azərbaycan uzun illərdən bəri Qarabağ regionu və ölkəmizin digər yerlərində sülh və insanlığa qarşı cinayət törətmiş şəxslərin cəzalandırılması üzrə zəruri tədbirləri həyata keçirərkən, eyni zamanda, dövlətlərin dünya birliyi qarşısında duran qlobal miqyasda qanunun aliliyi prinsipinin təmin edilməsinə ciddi töhfə verir.

Separatist rejimin rəhbərlərindən olan, qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" və digər adlar altında ən ağır cinayətlər törədən Arayik Arutyunyanın məsuliyyətə cəlb edilməsi bir daha əyani formada təsdiq edir ki, Azərbaycan müharibə canilərinin cəzasızlığına heç bir halda imkan verməyəcək və bu mənada ölkəmizin hüquq-mühafizə sistemi ən yüksək səviyyədə fəaliyyətini həyata keçirir. Həbs edilən qatı caniyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ittiham irəli sürülüb. Bunları şərti olaraq bir neçə kateqoriyaya bölmək olar:

Birincisi, beynəlxalq cinayətlər - təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama (maddə 100); silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma (maddə 116); silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə (maddə 117);

İkincisi, ağır transmilli cinayətlər - terrorçuluq (maddə 214); terrorçuluğu maliyyələşdirmə (maddə 214-1); terrorçuluq məqsədi ilə təlim keçmə (maddə 214-3);

Üçüncüsü, ümumi cinayət xarakterli xüsusilə ağır cinayət əməlləri - qəsdən adamöldürmə (maddə 120); cinayətkar birlik (təşkilat) yaratma (maddə 218); qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (maddə 279). Bu cinayət əməllərinə görə məsuliyyət müəyyən edən maddələrin sanksiyaları uzunmüddətli, yəni iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur", - deyə o bildirib.

N.Səfərov, həmçinin əlavə edib ki, digər mühüm məsələ beynəlxalq cinayətlərə görə müddətlərin tətbiq edilməməsidir.

"Məlum olduğu kimi, BMT 26 noyabr 1968-ci ildə "Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə müddətlərin tətbiq edilməməsi haqqında" Konvensiya qəbul edib. Azərbaycan Respublikası həmin Konvensiyaya 1996-cı ildə qoşulub və onun tələblərini Cinayət Məcəlləsinin 75.5-ci maddəsində implementasiya edib. Həmin maddəyə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. Ən yüksək beynəlxalq standartlara cavab verən milli cinayət qanunvericiliyi imkan verir ki, soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri, terrorçuluq və başqa ağır əməllər törədən heç bir şəxs cəzasız qalmasın", - deyə o əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1473   Tarix: 05 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı

Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl

11:43 204
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

16:50 194
.

Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl

15:12 255
.

Quruda gəzən və hava ilə nəfəs alan qeyri-adi balıq

Dünyanın müxtəlif bölgələrində yayılan ilanbaş balığı qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Bu balıq atmosfer havası ilə nəfəs ala, qısa məsafələrdə quruda hərəkət edə və sürətlə çoxala bilir. Dişi ilanbaş balığı bir dəfəyə 50 minə qədər kürü qoya bilir. xarici mediaya istinadən xəbər verir ki

18:45 1
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

12:55 301
.

Onlara xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir

11:17 277
.

Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir

Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses

12:02 201
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

12:05 287
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

15:57 156
.