Novella Cəfəroğlu: "İki nəvəm hərbçi, oğlum isə həkim kimi İsraildə müharibədə iştirak edir"
"Həmişə demişəm, yenə də deyirəm ki, ölkəmizin çətin günlərində kim yanımızda olub, müharibədə kim dəstək göstərib, kömək edibsə, biz onların yanındayıq. Baxın, ermənilər sosial şəbəkələrdə nələr paylaşırlar, İranda Fələstin bayrağı ilə küçələrdə gəzirlər. Qarabağ savaşında bizə dəstək olmayan, kömək etməyən heç bir dövlətin yanında deyiləm. Görürəm ki, Azərbaycan dövləti də hələlik özünü neytral aparır. Müharibənin qanunları var. Müharibəni əsgərlərlə aparmalısan. İslamı o qədər biabır ediblər ki. "Allahu-Əkbər" deyib, qadınları, qocaları, mülki camaatı öldürmək, uşaqları it qəfəsinə salmaq, insanlara işgəncə vermək, onların şəkillərini çəkib paylaşmaq... Bütün bunlar mənə o qədər pis təsir edir. Axı buna bütün dünya baxır. Sənin nə ixtiyarın var ki, İslamı, müsəlmanlığı belə biabır edəsən? Sən bomba atırsan, o bomba atır - bunu başa düşdük. Qarşılıqlı müharibə aparırsınız, amma insanlarla belə rəftar etmələrini heç vaxt bağışlamaram. Ermənilərin tərəfində duran, onları dəstəkləyən həmin Mahmud Abbasdır də, erməni keşişləri ilə öpüşən..."
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O bildirib ki, Azərbaycan dövləti İsraillə Fələstin arasında körpü ola bilər: "Başa düşürəm, Fələstində də insanlar həlak olur, amma müharibədə özünü kişi kimi göstər ki, sən müharibə aparırsan. Bu günə, sabaha hər bir millətə, doğrudan da, böyük faciə olacaq. İstəyərdim ki, bizim dövlətimiz Fələstin və İsrail arasında bir körpü qoysun, məhz bizim dövlətimiz. Bu gün İlham Əliyevin imkanları hamıdan çoxdur. Onlarla danışıqlara getsin, bir araya gətirsin ki, hansısa müqavilə ilə müharibəni saxlasınlar. Bircə bunu istəyərdim, çünki iki nəvəm hərbçi kimi, oğlum isə həkim kimi müharibədədir. Bomba atırlar, yoldaşları, uşaqları qaçır. Hər gün danışırıq, amma vəziyyət pis olaraq qalır. İsraildə təkcə ailəm olduğu üçün yox, həm də Fəlsətinin faşistliyini gördüyüm üçün İsrailin tərəfindəyəm. Bizdən İsrailə dəstək lazımdır. Çünki ən çətin günlərimizdə İsrail gəlib "mənim" yanımda durdu, bizə dəstək oldu, Fələstin yox..."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1035 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər Günü və Şuşa Günü: Tarixi qələbədən milli dirçəlişə, hərbi zəfərdən dövlətçilik salnaməsinə
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü yalnız əlamətdar təqvim tarixləri deyil. Bu günlər xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin, tarixi yaddaşının və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticəsini özündə birləşdirən mühüm tarixi hadisələrdir
10:57 166 Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
12:55 212 Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir
ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin
10:26 176 Atasının vəfatından sonra bu fotonu paylaşdı
Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi
14:05 196 Dünyanın ən bahalı tablosunun müəllifi Leonardo da Vinçi olmaya bilər
2017-ci ildə hərracda 450 milyon dollara satılan "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyin
29.10.2026 353 Hərbçilərə xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək
Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir
11:17 186 Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
10:32 223 "Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə
"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə
11:37 182 "Anamın verdiyi ad illər sonra məni onunla görüşdürdü…"
Ötən axşam Azərbaycan musiqi sənətinə ağır itki üz verdi. Xalq artisti, sevilən sənətkar Zaur Rzayev dünyasını dəyişdi. Aparıcı Zaur Baxşəliyev sənətkarla bağlı xatirələrini, onun şəxsiyyəti və sənət yoluna dair düşüncələrini qələmə alıb. "Qafqazinfo" həmin yazını təqdim edir:. "Bəzə
12:30 215