Xəstənin qarnında tənzif unutdu, məsuliyyətdən azad edildi
Mingəçevir Şəhər Məhkəməsində Mingəçevir Şəhər Xəstəxananın Doğum-Ginekologiya şöbəsinin həkimi, mama-ginekoloq Leyla Cəfərova barəsindəki cinayət işinə baxılıb.
"Qafqazinfo" xəbər verir ki, qeysəriyyə əməliyyatı vaxtı qadının qarın boşluğunda tənzifi unudan həkim Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə təqsirləndirilib. Belə ki, araşdırmalar zamanı tənzifin 7 ay müddətində 25 yaşlı Aysel Qurbanovanın qarnında qalması məlum olub. Nəticədə onun bağırsağı deşilib.
Bildirilib ki, 25 yaşlı A.Qurbanova 2021-ci ilin sentyabrında qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Doğuşdan 3 gün sonra xəstəxanadan evə buraxılan ananın qarın nahiyəsində bir müddət sonra kəskin ağrılar başlayıb. Bir neçə ay davam edən ağrılardan sonra Aysel Qurbanova yaxınları tərəfindən yenidən ginekoloq L.Cəfərovanın yanına gətirilib.
A.Qurbanova ifadəsində bildirib ki, həkim ona soyuqdəymə diaqnozu ilə müalicə yazıb. Lakin onun ağrıları daha da artıb. Bundan sonra Bakıdakı "Xəzər" klinikasına gətirilən qadının qarın boşluğunda yad cismin olması müəyyən edilib və o, təcili əməliyyata götürülüb.
Burada əməliyyat edilən gənc ananın qarın boşluğundan tənzif götürülüb, lakin daha sonra qadının bağırsağının deşilməsi məlum olub və o, bir il ərzində 3-cü dəfə əməliyyat edilməli olub. Nəticədə Respublika Klinik Xəstəxanasında bağırsağından əməliyyat olunan qadının bağırsağının çürümüş hissəsi götürülüb.
A.Qurbanovanın şikayətindan sonra onun qarın boşluğunda tənzifi unudan, uzun müddət sağlamlığının pozulmasına və bağırsağının deşilməsinə səbəb olan ginekoloq barəsində cinayət işi açılıb. Məhkəmədə L.Cəfərova özünü təqsirli bilib və zərərçəkmiş şəxsin sağalması üçün əlindən gələni etdiyini bildirib. O, A.Qurbanovanı şəxsi maşını ilə Bakıya müayinələrə apardığını, maddi dəstək verdiyini deyib. A.Qurbanova da həkimlə barışdığını, artıq ona qarşı şikayət və ya tələbinin olmadığını bildirib.
Mingəçevir şəhər Məhkəməsində keçirilən prosesin yekununda Leyla Cəfərova barəsindəki cinayət işi üzrə onun cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsas götürülüb. Məhkəmə həkimin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1133 Tarix: 13 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi yaddaşında əbədi yaşayacaq qələbə salnaməsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli iradəsini, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Milli Qurtuluş Günü deyil, məhz 15 May - Şuşa Şəhəri Günü Azərbaycanı
10:11 140 Məşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29.10.2026 475 Melaniya Tramp Aleşkidə ABŞ jurnalistlərinin müşahidəçi kimi iştirakını təsdiqləyib
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna tərəflərinin iştirakı ilə Xerson vilayətinin Aleşki şəhərində keçiriləcək humanitar missiyanı ABŞ jurnalistlərinin müşahidə edəcəyini təsdiqləyib. xəbər verir ki, Melaniya Tramp bu barədə "X" sosial şəbəkəsində Rusiya Prezidentinin beynəlxal
29.10.2026 312 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb
29.10.2026 451 Putin Makron və Merzlə telefon danışığına hazırdır
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merzlə telefon danışığı aparmağa hazırdır. xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun açıqlamasını jurnalist Aleksandr Yunaşev "Telegram" kanalında yayımlayıb
11:00 135 Ürəyi "öldürən" qidaların qara siyahısı
Gündəlik qidalanma ürək və damar sağlamlığına təsir göstərir. Duz, doymuş yağ və əlavə şəkərlə zəngin məhsulların tez-tez, çox miqdarda istehlakı yüksək təzyiq, xolesterin və artıq çəki kimi risk amillərini artıra bilər. xarici mediaya istinadla kardioloqların öz rasionlarında məhdudlaşdırdıqları qidala
29.10.2026 406 Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli
29.10.2026 540 Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlılıq prinsipi önə çəkildi
Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı
11:52 87 Ceyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. BİG.AZ -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nu
29.10.2026 602