İnsanların COVID-19-a qarşı immunitet əldə etməsi fonunda "Pfizer"in gəlirləri azalır

İnsanların COVID-19-a qarşı immunitet əldə etməsi fonunda "Pfizer"in gəlirləri azalır"Pfizer" illik gəlir proqnozunu 13 % azaldıb və COVID-19-un peyvəndi və müalicəsindən gözləniləndən aşağı satış səbəbindən iş yerlərinin ixtisarı və 3,5 milyard dollarlıq xərcləri azaldacağını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentlik xatırladıb ki, "Pfizer" alman tərəfdaşı "BioNTech SE" ilə birgə "Comirnaty" peyvəndini və təkbaşına "Paxlovid" antiviral preparatı hazırladıqdan sonra 2021 və 2022-ci illərdə keçən il 100 milyard dolları ötən rekord gəlir əldə edib. Keçən il bu iki məhsuldan əldə edilən gəlir 56 milyard dolları ötüb.

Lakin 2021-ci ildən bəri illik aşılanma göstəriciləri kəskin şəkildə düşüb və peyvənd və əvvəlki infeksiyalar səbəbindən əhalinin immuniteti artdığı üçün müalicələrə tələbat azalıb. "Pfizer" və rəqibləri bu payız üçün yenilənmiş COVID-19 vaksini satmağa başlayıblar.

"Biz qürur duyuruq ki, elmi nailiyyətlərimiz qlobal sağlamlıq böhranının nəzarət altına alınmasında mühüm rol oynayıb", - "Pfizer"in baş direktoru Albert Bura bildirib.

Onun sözlərinə görə, şirkət, "COVID-19-un peyvəndi və müalicəsinin göstəricilərinin nisbətinə aydınlıq əldə etdikcə, tələbatı ödəmək üçün müvafiq təklif səviyyəsini daha yaxşı qiymətləndirə biləcək".

Dərman istehsalçısı daha öncə 2023-cü il üçün 67 milyarddan 70 milyardadək gəlir proqnozu versə də, hazırda bu nisbəti 58 milyard dollardan 61 milyard dollara qədər diapazonuna salıb. Şirkətin izahına görə, azalma yalnız COVID-19 ilə bağlı məhsullar üçün gözləntilərin azalması ilə əlaqədardır.

"Pfizer" bildirib ki, üçüncü rübdə şirkətin 5,5 milyard dollar dəyərində nağdsız xərclərə girməli olacaq ki, bunun 4,6 milyard dolları "Paxlovid"in silinməsi, 900 milyon dolları isə ehtiyatların silinməsi ilə digər vaksin xərcləmələridir.

Şirkət 2024-cü ilin sonuna qədər hər il azı 3,5 milyard dollar qənaət etməyi hədəfləyən xərclərin azaldılması proqramına işdən azadetmələri də daxil etsə də, bunların nə qədər işçi sayını və ya hansı sahələri əhatə edəcəyi açıqlamayıb. Qənaətə nail olmaq üçün birdəfəlik xərclərin təxminən 3 milyard dollar olacağı gözlənilir.

"Reuters"in məlumatına görə, şirkətin səhmləri genişlənmiş hərracda təxminən 7 % ucuzlaşıb.

"Pfizer" "Paxlovid" antiviral dərmanı üçün satış proqnozunu təxminən 7 milyard dollar, o cümlədən 4,2 milyard dollar nağdsız gəlir itkisi ilə azaldıb, çünki şirkət ABŞ hökuməti tərəfindən satın alınan 7,9 milyon kursun qaytarılmasına icazə verməyə razılaşıb. Şirkət əvvəllər "Paxlovid"in illik gəlirinin təxminən 8 milyard dollar olacağını gözləyirdi.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1588   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27.10.2026 1111
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

08.11.2026 525
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1180
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 896
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 472
.

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə

Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj

16.11.2026 383
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

01.11.2026 796
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 1084
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 797
.