Azərbaycanda quş əti istehsalının azalmasının səbəbləri - ARAŞDIRMA

Azərbaycanda quş əti istehsalının azalmasının səbəbləri - ARAŞDIRMA2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 57,5 min ton quş əti və 764,5 milyon ədəd yumurta istehsal olunub. Dövlət Statistika Komitəsi xəbər verir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən quş əti istehsalı 2,9 faiz azalıb, yumurta istehsalı isə 27,5 faiz artıb. Ötən ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 59,2 min ton quş əti və 599,4 milyon ədəd yumurta istehsal olunub.

Rəqəmlərdən də göründüyü kimi, quş əti istehsalımızda azalma müşahidə olunur. Bəs bu azalmanın səbəbləri nələrdir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Statistika ilə bizim rəqəmlər uyğun deyil"

"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, azalmaya baxmayaraq bu sahədə ciddi problem yoxdur:

"Statistika ilə bizim rəqəmlər uyğun deyil. Hazırda respublikada 300-350 min ədəd toyuq kəsilir. Bu, aylıq 10-12 ton quş əti deməkdir. Amma qeyd edilən statistikada rəqəmlər daha az göstərir. Həmçinin, hazırda yemin qiymətinin aşağı olması, digər quş əti istehsalı üçün vacib olan hər şeyin ölkəmizdə mövcudluğu istehsalın azalmasına əsas verə bilməz. Bazarlarda kifayət qədər quş əti satılır. Bütün böyük fabriklərin ehtiyat anbarlarında da donmuş şəkildə quş əti mövcuddur. Bu səbəbdən, istehsalın azalmasına səbəb yoxdur. Süfrə yumurtasında isə artım var. Hətta ilin ilk yeddi ayı ərazində xaricə 34 milyon yumurta ixrac etmişik. Keçən il isə bu rəqəm yeddi milyon idi. Bütün bunları ümumiləşdirsək, bu qənaətə gələrik ki, bu sahədə elə bir ciddi problem yoxdur".

Rəqəmlərin statistika ilə uyğun gəlməməsi mövzusunda isə müsahibimiz bildirib ki, rəqəmlərin belə az göstərilməsinə səbəb yerli fabriklərin statistikasını gizlətməsi ola bilər. Çünki, kiçik fabriklər bəzən statistikalarını gizlədirlər.

Qırmızı ətin bahalaşması quş ətinə tələbatı artırıb

M.Həsənlinin sözlərinə görə, nə quş əti, nə də yumurta istehsalında sonrakı illər üçün də ciddi bir problem görünmür, əksinə, tələbat daha da artacaq:

"Gələcək dövr üçün də ölkədə kifayət qədər quş əti istehsalı potensialı var. Bu gün ölkədə quş əti istehsalı ilə məşğul olan 787-dən çox fermer təsərrüfatı var. Hansı ki, onların müəyyən qismi çalışır ki, aylıq 10-12 min ton arasında quş əti istehsal olunsun. Süfrə yumurtası ilə bağlı mövcud durum da kifayət qədər rəqabətlidir. Gündəlik yumurta tələbatımız üç milyon 600 ədəddir. İstehsal isə dörd milyon 500 min və beş milyon arasıdır. Bu sahə ilə bağlı gələcəkdə həm quş ətində, həm də süfrə yumurtasında artım olacaq. Ona görə ki, bu məhsullara tələbat gündən-günə artır. Keçən il quş ətinə tələbatımız 150 min ton idisə, bu il həmin göstərici 165-170 min tona qədər qalxıb. O cümlədən, yumurtaya olan tələbat illik adam başına 147 ədəd idisə, bu il artıq 157-ni keçib. Bu məhsullara tələbatın artmasının da səbəbi əhalinin tələbatının bu istiqamətdə olmasıdır. Yəni qırmızı ətin bir az baha olması ağ ətə meylliliyə səbəbə ola bilər".
Fermerlər üstünlüyü yumurta istehsalına veriblər

İqtisadçı Emin Qəriblinin fikrincə, quş əti istehsalında azalmanın səbəbi yumurta istehsalına diqqətin daha çox artması ola bilər:

"2,9 faiz azalma normaldır. Çünki bazar özü dalğavarı inkişaf edir. Göründüyü kimi, yumurtada artım mövcuddur. Bazara baxdıqda görərik ki, quş əti yetərli qədər çoxdur. Yəqin ki, fermerlər bunu nəzərə alaraq yumurta istehsalına daha çox diqqət ayırıblar. Çünki bu sahədə xaricdə də qıtlıq yaranmışdı. Əgər azalma ilə bağlı yüksək rəqəmlər qeydə alınsaydı, səbəblər daha ciddi olardı".

Kiçik istehsalçılar böyük biznesə uduzurlar

İqtisadçı Rauf Qarayev isə qeyd edib ki, istehsalın zəifləməsinə səbəb müxtəlif ola bilər:

"Bəzən sahibkar bazarda öz malını sata bilmir. Nəticədə məcburdur fəaliyyətini dondursun. Bundan sonra müəyyən məqam gözləsin ki, bazar nə vaxt əlverişli olacaq. İstehsalın azalmasında monopoliya da öz rolunu oynaya bilər.

Bu səbəbdən kiçik sahibkarlar bazarda olan rəqabətə dözə bilmir, biznesini daha iri müəssisələrə satırlar. Bəzən sahibkar biznes qurmaq üçün kredit götürür. Uğurlu ola bilmir və borcu ödəmək imkanı olmur. Bu səbəbdən məcburən biznesini satır. İstehsalın azalması müvəqqəti də ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 29 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pezeşkianın ana dili sevgisi: İranda Azərbaycan məktəbləri üçün yeni ümid

Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi varlığının ən mühüm dayaqlarından biridir. İnsan öz ana dilində düşünür, duyğularını ifadə edir, xalqının tarixini, mədəniyyətini və ədəbiyyatını gələcək nəsillərə ötürür. Bu baxımdan İranda yaşayan milyonlarla azərbaycanlının öz an

19:30 78
.

"Azərbaycanla sülh ən azı 400 illik bağlanmalıdır" - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini bildirib. "News-Armenia"-a istinadən xəbər verir ki, o, hökumət başçısı vəzifəsində əsas prioritetinin dönməz və uzunmüddətli sülhün təmin edilməs

18:30 149
.

8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir

8 Noyabr zəfəri yalnız müasir dövrümüzün deyil, bütün dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir. Bizə bu zəfəri yaşadan Azərbaycan xalqının Prezidenti, Silahlı Qüvvələrimiz, şəhid və qazilərimiz, xalqımızın birliyi və həmrəyliyi olub. 8 Noyabr zəfərini təmin edən milli birli

16:43 193
.

Melaniya Trampdan Oleşkidəki humanitar missiya ilə bağlı açıqlama

ABŞ-ın birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Oleşki şəhərində həyata keçirilən missiyanın sənədləşdirilməsi ilə bağlı təfərrüatları açıqlayıb. xəbər verir ki, o, bu barədə özünün X sosial şəbəkə hesabında paylaşım edib. Melaniya Tramp yazıb ki, "Newsmax" telekanalından olan dör

10:54 223
.

Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa verildi

Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib. Axşam.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidə

11:14 276
.

Zəfər Günü və Şuşa Günü: Azərbaycanın tarixi qələbəsi, milli qüruru və əbədi yaddaşı

Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü milli iradənin, qəhrəmanlığın, dövlətçilik əzminin və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi yer tutur. Bu tarixlər yalnız keçmişdə qazanılmış qələbəni xatırlatmır, həm də Azərbaycanın gələcəyini müəyyənləşdirən milli birlik

12:45 236
.

Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır

225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur

14:59 225
.

Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli

20:15 0
.

Canavarlar ov etmək üçün meşə yanğınlarından istifadə edirlər - Maraqlı kəşf

Alimlər müəyyən ediblər ki, canavarlar meşə yanğınlarından qaçmaq əvəzinə, bəzən alovun yaxınlığına gedərək ov imkanlarından yararlana bilirlər. xarici mediaya istinadən xəbər verir ki, adətən vəhşi heyvanların, xüsusilə yırtıcıların oddan qorxduğu düşünülür. Buna görə də ovçular gecələr vəhşi heyvanlar

18:45 124
.