Coğrafiya İnstitutu havanın isti keçməsinə aydınlıq gətirib
Oktyabr və noyabr ayının əvvəlində havanın isti keçməsi normal haldır.
BiG.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib. O bildirib ki, bu tip təbiət hadisəsi hava kütlələrinin hərəkət xarakterindən asılıdır:
"Bilirik ki, hansısa əraziyə hava kütlələri şimaldan daxil olarsa, orada hava soyuyur, bu hərəkətlilik cənubdan şimala doğru olduğu zaman isə, hansı ay olmasından asılı olmayaraq, havanın qəfil isindiyini müşahidə edirik. Buna görə bəzən nəinki oktyabr, noyabr ayında, eləcə də yanvar, fevral aylarında da havanın qəfil isindiyini görə bilirik. Yəni bu cür hallar havanın hərəkət istiqaməti ilə bağlıdır. Buna təəccüblənmək lazım deyil".
Lokal istiləşmələr barədə danışan Səid Səfərov deyib ki, bu, fyon hadisəsi ilə əlaqədardır:
"Fyon hadisəsi zamanı hava kütlələri hər hansı bir maneəni, məsələn, təpəni və ya dağ silsilələrini aşandan sonra havanın temperaturu artmağa başlayır və bu, güclü küləklə müşayiət olunur. Bu hadisə Bakı şəhəri üçün xarakterik olmasa da, daha çox dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur".
Havanın payız aylarında isti keçməsinin qlobal istiləşmənin təzahürü olub-olmaması barədə sualımızı cavablandıran Səid Səfərov deyib ki, qlobal istiləşmə ümumi bir fondur və bütün dünyada bunun təzahürləri özünü göstərir, lakin bu, bütün aylar üçün eyni deyil:
"Orta statistik rəqəmlərə görə, havanın orta temperaturunun artması mart, avqust və oktyabr ayında daha çox müşahidə olunur. Bu hal bəzən noyabr ayında da müşahidə edilsə də, nəzərəçarpacaq qədər deyil. Məsələn, son 30 ildə Bakı şəhəri üzrə oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına nisbətən artması, təxminən, 1.5 dərəcə olubsa, noyabr ayında bu rəqəm 0-a yaxın olub. Yəni hansısa ay daxilində ayrı-ayrı günlərdə və ya müddətdə havanın temperaturunun bu və ya digər dərəcədə artması və ya azalması qlobal istiləşmə ilə bağlı deyil. Bu, atmosferin ümumi sirkulyasiyası xüsusiyyətləri ilə əlaqədardır, bunu birbaşa qlobal istiləşmə ilə əlaqələndirmək doğru deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 677 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeni işi bəlli oldu
Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib
28.10.2026 348 Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi - Foto
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, paylaşımda deyilir:. "Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm
10:49 231 The Guardian: "Britaniyada ailələrə enerji xərcləri üçün 100 funt veriləcək"
Britaniya hökuməti müəyyən vergi kateqoriyalarına daxil olan 20 milyon ailəyə yanvar ayında birdəfəlik 100 funt sterlinq ödəməyi planlaşdırır. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökumət həmçinin qaz üzrə sabit ödənişləri ləğv etməyi və enerji xərclərini azaltmaq üçün güzəştli kreditlər təqdi
13:30 201 Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind
14:14 223 Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə
17:06 127 Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı
Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə
17:03 115 Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa verildi
Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib. Axşam.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidə
11:14 269 Le Monde: Avropa İttifaqı Kanada ilə yaxınlaşma məsələsində fikir ayrılığı yaşayır
Avropa İttifaqı ilə Kanada arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunur. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, lakin Kanadaya Aİ-də xüsusi assosiativ status verilməsi təklifi Fransa və Almaniyanın etirazı ilə qarşılaşıb. Tərəflər ticarət, müdafiə, enerji və süni intellekt sahələrind
13:37 194 Pərviz Abubəkirov işdən çıxarıldı
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. Bizim.Media-ya istinadən xəbər verir ki, Pərviz Abubəkirov bu gün artıq rəsmi şəkildə işindən uzaqlaşdırılıb. Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ild
10:31 259