Meyxanaçı Samirə AĞLADI: "2 il 6 ay oğlumun alın sümüyünü soyuducuda saxladım"
"Oğluma görə 3 ay xəstəxananın qapısında yatmışam. Çox mücadilə aparmışam. Hər şeyimi satmışam. Bu günə kimi də onun borclarını verirəm (ağlayır)".
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı və müğənni Samirə Yusifqızı qonaq olduğu "Yaxşıya doğru" ictimai-sosial verilişində deyib.
Oğlunun yaşadığı bədbəxt hadisədən söz açan sənətçi bildirib ki, onun sağ qalması üçün 120 minlik evini 45 min manata satmaq məcburiyyətində qalıb:
"Dostları oğlumla zarafatlaşmışdı. Onlar onu hovuza itələmişdirlər ki, sən də gir suya. Həmin an isə onun ayağında altı sürüşkən ləpik olub. Onu tullamaq istəyəndə o arxası üstə gedib, başı dəyib hovuzun kənarına. Hadisə baş verəndə nəinki oğlumun dostları, nə mənim, nə də ki atasının qohumları yaxın durmadılar. Hamısı kənara çəkildi.
Nəslimiz böyükdür. Biz bakılılar qohumluqda bir-birimizə soyuq oluruq. Heç kim oğluma yardım etmədi. Çox pis vaxtda başımıza belə bir hadisə gəldi. Həmin vaxt evdə təmir gedirdi, qarşıda bir həftədən sonra Məhərrəm ayı gəlirdi. 120 min manatlıq evimi bir gecənin içində 45 min manata satdım. Yük düşdü mənim, anamın və qızımın üstünə. Allahın verdiyi hər bir dərdə də həmd olsun".
Sənətçi dəhşətli hadisə nəticəsində övladının alın sümüyünü xüsusi məhlulun içində 2 il 6 ay soyuducuda saxlayıb:
"Ərzaq götürmək üçün gündə bir neçə dəfə soyuducunu açırsan. Hər dəfə də soyuducu açanda oğlumun kəllə sümüyünü orada görürdüm. Çünki həkim mənə söylədi ki, oğlumun alın sümüyünü 2 il 6 ay soyuducuda saxlamalıyam. Alın sümüyünü xüsusi məhlulun içində soyuducuda saxladım. 2 il 6 ay oğlum alın sümüksüz vəziyyətdə qaldı. Qorxunc bir vəziyyət idi.
Allah bizi mükəmməl yaradıb. Təsəvvür edin, əzanın biri olmayanda insan necə görünür? Oğlum əməliyyatdan çıxandan sonra onun üzünün nə boyda olduğunu gördüm. Kiçik üzü masa ölçüsündə idi. Qorxumdan oğlumun üzünə belə baxmırdım. Çünki baxa bilmirdim. Onları yaşamışam".
Qeyd edək ki, hadisə 2019-cu il yay aylarında baş verib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDoğuş Xoşqədəmin qısqanclığından DANIŞDI
Müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının qısqanclığı ilə bağlı zarafat edib. Sənətçi canlı yayım zamanı bu barədə danışıb. Doğuş bildirib ki, Xoşqədəm ona tez-tez görüntülü zəng edir:. "Yatıram, yatıram, birdən görüntülü zəng edib deyir ki, "Mənə Kütahyanı göstər"
08.08.2026 411 Rəşad Dağlı azadlığa çıxır? - VİDEO
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Rəşad Dağlının mümkün əfv olunması ilə bağlı səslənən fikirlərə münasibət bildirib. xəbər verir ki, o, hüquq müdafiəçisi Novella Cəfəroğlunun açıqlamalarının tam başa düşülmədiyini deyərək qeyd edib ki, Əfv Məsələlər
08.08.2026 292 Rəqsanənin I Elizabet obrazı
Rəqsanə İsmayılovanın yeni fotoları sosial mediada müzakirə edilib. OLAY yazır ki, Kraliça I Elizabetdən ilhamlanan obrazını paylaşan müğənninin tarixi estetikanı müasir səhnə dili ilə birləşdirən bu fərqli görünüşü izləyicilərin diqqətini çəkib. Onun "Aycan Aycan" adlı mahnı üçün kamera qarşısın
08.08.2026 225 Türkan Şoray yenidən Bakıya gələcək
Türkiyəli məşhur aktrisa Türkan Şoray yenidən Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisa oktyabrın 25-də Bakıda olacağını açıqlayıb. Qeyd edək ki, Türkan Şoray bundan əvvəl bir neçə dəfə şəhərin qonağı olub
09.08.2026 141 Gülay Zeynallı TANINMAZ HALDA - FOTOLAR
Azərbaycanın tanınmış simalarının uşaqlıq illərinə aid fotoları sosial şəbəkələrdə yayılaraq izləyicilərin diqqətini çəkib. BİG.AZ -a istinadla xəbər verir ki, paylaşılan arxiv şəkillərində məşhur müğənnilər, aktyor və aktrisalar, aparıcılar, eləcə də digər sənət nümayəndələrinin illər əvvəl çəkilmi
01.08.2026 666 Türkiyəli məşhur aktyor vəfat etdi
"Yeşilçam"ın aktyoru Can Kolukısa vəvat edib. Axşam.az xəbər verir ki, aktyor 92 yaşında dünyasını dəyişib. Qeyd edək ki, C.Kolukısa son olaraq "Mehmed: Fetihler Sultanı" serialında rol alıb. Aktyor "İnci taneleri", "Gibi", "Alef", "Muhteşem Yüzyıl"
02.08.2026 361 Aygün Kazımovanın şok edən ARXİV GÖRÜNTÜLƏRİ YAYILDI
Xalq artisti Aygün Kazımovanın 26 il əvvəl səhnədə yaşadığı maraqlı və yaddaqalan hadisənin görüntüləri sosial şəbəkələrdə yenidən yayılıb. xəbər verir ki, kadrlarda pop ulduzunun çıxışı zamanı fonoqramın gözlənilmədən dayanması əks olunub. Gözlənilməz texniki nasazlığa baxmayaraq, Aygün Kazımova peşəkarlı
09.08.2026 383 Şan-şöhrəti atıb qoz istehsalçısı oldu: Burak Hakkının kənd həyatı
"Dudaktan Kalbe" və "Kaybolan Yıllar" serialları ilə yaddaşlara həkk olunan Burak Hakkı illər əvvəl verdiyi qərarla şəhər həyatını geridə qoyaraq Çanakkalaya köçmüşdü. Aktyorluq karyerasını davam etdirən Hakkı ilin böyük hissəsini təsərrüfatında keçirərək üzvi kənd təsərrüfatı v
08.08.2026 295 Pittin sevgilisi paparassilər tərəfindən görüntüləndi
Hollivud aktyoru Bred Pittin sevgilisi İnes de Ramon paparassilərin obyektivinə tuş gəlib. Axşam.az xəbər verir ki, İnes de Ramon rəfiqəsi ilə birlikdə Qərbi Hollivudda Melrouz prospektində alış-veriş edərkən görüntülənib. Paparassilərin lentə aldığı kadrlarda onun mağazaları gəzdiyi və bir neçə alış-veri
01.08.2026 258