Qalmaqallı psixoloq: Kamil Zeynallıya zəng etdim, şam yeməyi...
"Gözəlliyim sayəsində mənə jestlər edilib, bu bəlkə də daşıdığım xüsusiyyətlərə görə olub. Çünki elə adam var ki, xarici gözəlliyi ilə daşıdığı xüsusiyyətlər üst-üstə düşmür. Gözəlliyim başıma bəla da olub və olmaqda da davam edir. Əfsuslar olsun ki, bunu şəxsən yaşamışam..."
BiG.AZ yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri psixoloq Samirə Bağırova qonaq olduğu "Künc-Bucaq" layihəsində deyib.
Gözəlliyinin başına bəla olduğunu bildirən psixoloq bəzən vəzifəli şəxslərdən buna görə "şam yeməyi" təklifləri aldığını da etiraf edib:
"Mən real hadisələr əsasında bir kitab yazmışam, az qalıb, bu yaxınlarda işıq üzü görəcək. Həmin kitabın nəşrinə dəstək üçün çox yerlərə müraciət etdim və sözün əsl mənasında şok yaşadım. Hara müraciət etdimsə, hamısı dedi ki, mənimlə şam yeməyinə gedək, ondan sonra dəstək olum. Təəccübdə qalmışdım ki, ölkədə nə baş verir?
Çox yorulmuşdum, istər dövlət məmurlarına, istər iş adamlarına müraciət etmişdim. İndi biz mədəni şəkildə buna "şam yeməyi" deyirik. Çox məyus oldum".
S.Bağırova kitabının nəşri üçün idmançı Kamil Zeynallının ona yardımçı olduğunu açıqlayıb:
"Sonda Kamil Zeynallı mənə yardım etdi, ona sadəcə bir zəng etdim. Şam yeməyi filan təklif etmədi, dedi ki, kitab nəşridirsə, yardım edərəm və bir saat ərzində başqa bir nəfərlə danışıb mənə kömək etdi. Həmin adam isə adının çəkilməsini istəmədi, Kamil Zeynallı vasitəsilə bu işdə mənə dəstək oldu.
İnsanın özü necə şərait yaradırsa, o cür də olur. Buna razılaşan və bundan çox məmnun olan xanımlar da var. Elə xanımlar var, yanıma gəlib deyirlər ki, mən işə düzəlmək istəyirəm və eyni zamanda, həmin şirkətin rəhbəri ilə münasibətimin də olmasını istəyirəm, iş müsahibəsinə necə getməliyəm? Hər şey insanın özündən asılıdır. Çox şey təklif oluna bilər, məsələ ondadır ki, sən bunu qəbul edirsən, ya yox".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBunun üçün 4 milyon ödəyib
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy
25.10.2026 477 "Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir
Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 00+Mən" Mill
24.10.2026 404 "Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14.10.2026 788 "Sakitliyim xəbərsizliyim deyil"
"Mən hadisələri kənardan sakit və həlim baxışlarla izləməyi sevirəm. Çünki bilirəm, zaman ən gözəl cavabı verən, həqiqəti ən səssiz şəkildə üzə çıxaran hakimdir". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş sosial şəbəkədəki paylaşımında yazıb. O, bəzi həqiqətlərin zamanla üz
17.10.2026 490 Ərindən sonra qızı da vəfat etdi
2004-cü ildə "Miss Turkey" gözəllik müsabiqəsinin ikincisi olan Fatoş Seğmen ağır itki ilə üzləşib. Axşam.az xəbər verir ki, model qızı Alyanın vəfat etdiyini açıqlayıb. O, sosial şəbəkədə övladı ilə bağlı duyğusal paylaşım edib. "Canım qızım, sən mənə analıq hissinin həyatımın ən gözə
17.10.2026 518 Bacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14.10.2026 647 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24.10.2026 391 "Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı
"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind
28.10.2026 321 Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11.10.2026 948