Kərim: ""Lider" telekanalında çalışanda "torbamı" tikənlərdən biri də Rəhim idi" - VİDEO

Kərim: ""Lider" telekanalında çalışanda "torbamı" tikənlərdən biri də Rəhim idi" - VİDEOMüğənni Kərim Abbasov uzun illərdir küsülü olduğu mərhum həmkarı bəstəkar-müğənni Rəhim Rəhimlidən söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Xəbəriniz var?" maqazin verilişində bildirib ki, Rəhimlə heç zaman düşmən münasibətində olmayıb.

"Rəhim vəfat edəndə sosial şəbəkədə rəqsimi paylaşmışdım. Amma mən onu hamının başa düşdüyü kimi, o niyyətlə paylaşmamışdım. Mənim niyyətim də vacibdir. Kimin nə düşündüyü isə mənim üçün önəmli deyil. Rəhimin dünyasını dəyişməsindən həmin gün xəbərim vardı. Səhər eşitmişəm ki, Rəhim vəfat edib. Allah rəhmət eləsin! Axşam mən rəqs videomu izləyicilərim ilə bölüşmək istəyirdim... Mənim də qardaşım, anam və atam dünyasını dəyişdi.

Hansı həmkarım mənim üçün yas saxladı?

Heç kim... Yalnız ailə üzvlərim. Hamı öz mahnı oxumasını, rəqs etməsini sosial şəbəkə hesablarında paylaşmışdılar. Evimdə olan insan mənə zəng edib başsağlığı belə vermədi. Hərə öz işində idi... Onda niyə onları qınamadılar ki, Kərimin valideynləri rəhmətə gedib, ayıbdır, belə şeylər paylaşmayın. Mən o niyyətlə rəqs videomu paylaşmamışam ki, Rəhim ölüb... Nə aidiyyatı var ki? Biz Rəhimlə heç zaman düşmən olmamışıq, sadəcə aramızda küsülülük olub. Bizim aramızda sənət rəqabəti vardı. Rəhim də, mən də "şoumen" idik. İkimiz də səhnə perfomansını və şounu sevirdik.

Rəhim istəmirdi ki, bu mövzuda kimsə önə keçsin. Bunu konkret olaraq da sağlığında bir sıra insanların əhatəsində olanda söyləmişdi. O demişdi ki, Kərimi özümə rəqib görürəm. Adımı belə çəkmişdi. Mən isə bu haqda danışmamışam. Mən öləndən sonra kim istəsə lap "diskoteka"da rəqslərini paylaşsınlar. Rəhim hərəkətləri ilə göstərirdi ki, mən ona rəqibəm.

Efirdə adım çəkiləndə onda qıcıq yaranırdı və bunu hətta biruzə də verirdi. Hətta Rəhimlə keçmiş "Lider" televiziyasında çalışanda "torbamı" tikənlərdən biri də Rəhim idi. Rəqabətimiz onunla güclü olub. Onunla heç bir şəxsi zəmində problemimiz olmayıb. Sırf sənət üstündə küsülülüyümüz olub. Bizdə sağlam rəqabət olub. İşimi burmayıb, vurmayıb da. O, mədəni sürətdə işimi əngəlləyib. Allah ona rəhmət elesin", - deyə Kərim vurğulayıb.

Qeyd edək ki, Rəhim Rəhimli ötən il sentyabrın 30-da dünyasını dəyişib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub. İfaçı, eyni zamanda qaraciyər sirrozundan əziyyət çəkirmiş.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1911   Tarix: 23 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.