Bakıda baş vermiş dəhşətli YANĞINLAR-SİYAHI

Bakıda baş vermiş dəhşətli YANĞINLAR-SİYAHIPaytaxtda baş verən yanğınlar gündəmin ən mühüm mövzusu olmaqda davam edir. Xəbərdən sonra yanğınsöndürmə qrupları tərəfindən Taxta bazarında və Binəqədi ticarət obyektində baş vermiş yanğın söndürülüb. Vətəndaşların ən çox verdiyi suallar "Yanğınlar niyə çıxır? "Paytaxtda obyektlərdə baş verən yanğınların səbəbi nədir?" olub. BiG.AZ paytaxtda baş vermiş dəhşətli yanğınların siyahısını təqdim edir:

Diqlas Ticarət Mərkəzində yanğın — Bakıda, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində baş vermiş yanğındır. Baş vermiş yanğın nəticəsində, , ticarət mərkəzi yararsız hala düşüb. Alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb. Bakının 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub. Daha sonra, , ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb. 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkiminin verdiyi məlumata görə yanğında 10 nəfər tüstüdən zəhərlənib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb. Yanğın elektrik naqillərini də sıradan çıxarıb. Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib]. Elə həmin gün Azərbaycan Respublikası Prezidenti "Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında" Sərəncam imzalamışdı.
Bakıda baş vermiş dəhşətli YANĞINLAR-SİYAHIXətai rayonu məişət tullantıları və qamışlıq sahəsində yanğın – 25 iyul 2023-cü ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub. Qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb. Qeyd edək ki, havanın güclü küləkli olmasına baxmayaraq hadisəyə çevik və peşəkar reaksiya sayəsində yanğının yaxınlıqda yerləşən neft çənləri və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan verilməyib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov da hadisə yerində iştirak edib.
Bakıda baş vermiş dəhşətli YANĞINLAR-SİYAHITəkər təmiri sexində yanğın- sözügedən müəssisədə işlənmiş avtomobil şinlərinin yaxınlıqdakı obyektlərin damı üzərinə yığılaraq yanğın təhlükəsi yaratdığı müəyyən edilib. Göstərilən məsələ ilə bağlı obyekt sahibi ilə aparılan profilaktik söhbət zamanı təmir sexində yanğın təhlükəsizliyi qaydalarına dair tələblərin kobud şəkildə pozulduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, kiçik səhlənkarlıqdan, yaxud ehtiyatsızlıqdan təkər tullantılarında baş verə biləcək yanğın hadisəsi böyük faciə ilə nəticələnə bilər. Belə ki, ehtimal edilən yanğın genişlənərək müəssisənin yaxınlığında yerləşən fərdi yaşayış evlərinə və digər obyektlərə keçə, eyni zamanda təkər məmulatlarının yanması nəticəsində yaranan kəskin tüstülənmə ekologiyaya böyük ziyan vura bilər. Görülən tədbirlər nəticəsində sahibkar tərəfindən təkər tullantıları ərazidən daşınaraq, yaranmış yanğın təhlükəsi aradan qaldırılıb.
Bakıda baş vermiş dəhşətli YANĞINLAR-SİYAHI"Dərnəgül" taxta bazarı yanğını - Noyabrın 23-də Nərimanov rayonu, Dərnəgül şossesində yerləşən, Bakı şəhəri Ticarət və xidmət departamentinin Yeraltı keçidlər üzrə ticarət birliyinin mülkiyyətində olmaqla icarəyə verilmiş ticarət mərkəzinin ("Dərnəgül taxta bazarı") ərazisində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb. Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları, həmçinin, Razi Qasımovun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilib. Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.
Bakıda baş vermiş dəhşətli YANĞINLAR-SİYAHIÜçmərtəbəli ticarət obyektində yanğın - Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin qüvvələri cəlb olunublar. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.
Bakıda baş vermiş dəhşətli YANĞINLAR-SİYAHI


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1041   Tarix: 24 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi

Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v

11:40 280
.

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını

13:03 523
.

Azərbaycanın multikulturalizm modeli dünyanın diqqətindədir

Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir. XX əsri

11:45 263
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin

11:54 208
.

Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin

14:22 220
.

İlham Əliyev çexiyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev çexiyalı həmkarı Petr Pavelə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubun mətnində deyilir:. "Hörmətli cənab Prezident,. Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:30 95
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

12:00 293
.

Xuraman Əlizadəyə ağır itki

Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

17:07 108
.

İntihar baş verən məktəbə psixoloqlar cəlb olunub

Bu gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.D.-nin intihar etməsi ilə bağlı xəbər vermişdik. "Qafqazinfo" xəbər verir ki, hadisədən sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələr

16:50 124
.