Azərbaycan toylarında möhtəşəm ənənə
Canını ana vətən uğrunda fəda edən, qanıyla şanlı tarix yazan şəhidlərimizin xatirəsi müxtəlif tədbirlər xüsusi əlamətdar günlərdə, təhsil ocaqlarında və yerlərdə bir sözlə əlimizin çatıb ünümüzün yetdiyi bütün mötəbər yerlərdə ehtiramla yad edilir.
Yeni qurulan yuvaların ilk şad günü olan toylarda da öncə şəhidlərimiz dərin ehtiramla anılır, daha sonra toy məclisinə keçid baş verir. Bu ənənə İkinci Qarabağ müharibəsindən sonra geniş vüsət alıb. Demək olar ki, heç bir toy mərasimi bir dəqiqəlik sükut olmadan başlamır.
Yazıçı-kulturoloq Aydın Xan Əbilov Modern.az-a açıqlamasında bütün bu addımların vacibliyini vurğulayıb.
"Bu çox önəmlidir, çünki hər millətin müqəddəsləri var. Ölkəmizin var olması uğrunda öz əməyini əsirgəməmiş, mübarizə aparmış şəxslərin hər birinin ruhları qarşısında salavat çevirməli və yad edilməlidir. Azərbaycanda da bizim millətin formalaşmağında xidmətləri olmuş, Qarabağ müharibəsində və dövlət müstəqilliyi uğrunda canından keçmiş şəxslərin müqəddəsliyini qəbul etməliyik. Onların xatirəsini həmişə uca tutmalıyıq ki, hər zaman bütün vətəndaşlarımız, gənclərimiz hansısa təhlükə olduqda canını fəda etməyi bacarsınlar. İnsan dünyaya bircə dəfə gəlir. Onun həyatı əlbəttə ki, dəyərlidir. Amma insan bu dünyadan da bircə dəfə gedir. Onun xatirəsi, elədikləri, fəaliyyəti bu insanlar üçün, bu dünya üçün, dövlət üçün atdığı hər bir addım onu həm cənnətə aparmalıdır, həm də onu tarixdə saxlamalı və ona rəhmət oxunması üçün şərait yaratmalıdır. Şəhidlərimizin anımı mütləq və mütləq lazımdır. Toy mərasimlərində, ad günündə, nişan mərasimlərində, dini və yas mərasimlərində, orta məktəbin hər həftənin dərs günü başlanan zaman demək olar ki, bütün məclislərimizdə şəhidlərimizin anılması, qazilərə hörmət mütləqdir və bunu qəribçiliyə salmaq olmaz. Əgər biz təzə toyun əvvəlində şəhidlərimizi, igidlərimizi yad edib anırıqsa, onların ruhunun da orda olmasını və xeyir-dua verməsini təmin etmiş oluruq. Şəhidlərimiz hər zaman var olsun, igidlərimiz var olsun. Allah şəhidlərimizə rəhmət eləsin", - o deyib.
Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov saytımıza açıqlamasında müxtəlif tədbirlərdə, həmçinin toylarda da şəhidlərimizin ruhunun yad edilməsinin, yaşadılmasının yetişməkdə olan gəncliyə misilsiz töhfə verdiyini qeyd edib.
O, bu ənənəni çox gözəl olduğunu, xalqımızın şəhidləri həmişə uca tutduğunu bildirib.
"Hər birimizin borcudur ki, onları hər zaman yaşadaq. Ona görə mən xalqımıza təşəkkür edirəm ki, xalqımız qədirbilən xalqdır. Onlar hamımızın övladlarıdır. Qarabağda Azərbaycanın hər regionundan igidlərin qanı tökülüb. Qarabağ bizim üçün müqəddəs bir məkan , ziyarətgahdır. Ona görə də mən çox yaxşı baxıram , hər yerdə , bütün tədbirlərdə şəhidlərimiz , qazilərimiz , onların ailələri uca tutulur. Həmçinin müxtəlif konsertlərdə də. Son vaxtlarda toylarımızda da əlbəttə ki , şəhidlərimizin xatirəsinin yad edildiyinin tez-tez şahidi oluruq. Bu çox qürurverici məqamdır. Gənclərimizi vətəndaş yetişdiririk, onlar vətənpərvər ruhda böyüyür. Biz onları unutmamalıyıq".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1212 Tarix: 25 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201