"Qızının toyu olan gün oğlu qəzada həlak oldu, amma..."
"Mən hələ uşaq idim, Əfsər Cavanşirovun "Bənövşə" uşaq xorunda oxuyurdum. Nisə xanım Qasımova Ceyran Haşımovaya demişdi ki, mənim bir rəfiqəm var, çox istəyirəm ki, o, bu ansambla gəlsin. Mən gəldim, səhnəyə çıxıb oxuyanda ağlamağa başladım. Ceyran müəllim dedi ki, niyə ağlayırsan? Qarşımda o qədər böyük sənətkar var idi ki, utandığımdan ağlayırdım. Qorxurdum. Həm də bu mənim daxili abır-həyam idi. Öz-özümə deyirdim ki, Firuzə, özünü yığışdır, yaxşı oxu. Müğənnilərin sayı artsa da, mahnıların keyfiyyəti azalıb. Mənə elə gəlir ki, yaxın 10 ildə hamı retro mahnılar oxuyacaq. Bu gün nədənsə müğənninin səhnə həyatı yox, səhnəarxası həyatı hamıya maraqlıdır".
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib.
O daha sonra əlavə edib:
"Deməzdim ki, çox böyük sənətim var. Özümə görə balaca da olsa, sənətim var. O illərdə bir müddət sənətdən uzaqlaşdım. Çox böyük sənətkarlarımız mənə zəng edirdilər ki, sənətə qayıt. Bir çoxları elə bilirdi ki, Azərbaycandan köçmüşəm, burada yoxam. Mən sənətsiz qala bilməzdim. İlhamə Quliyeva ağır günlərimdə mənə bir bacı kimi dəstək olub. Onun yeri görünür. Bəzən deyirlər ki, İlhamə xanımdan hamı qorxurdu. Mən belə deməzdim. O qorxunun özündə də bir hörmət olur. İlhamə xanım olduqca gözəl insan idi, xarakteri var idi".
Müğənni toylarla bağlı efiraf da edib.
"Uzun illərdir toylara gedirik. Elə hallar olub ki, problemlərimə görə toyda üzüm gülməyib. Mahnı oxumuşam, gözümdən leysan axıb. Sonra öz-özümə düşünmüşəm ki, toy ömürdə bir dəfə olur. Mənim ixtiyarım yoxdur ki, kiminsə toyunda sifət edib oturum. Tez özümü yığışdırmışam. Ansamblın uşaqları da, Cavanşir müəllim də mənə dəstək olub"- o bildirib.
Firuzə İbadova daha sonra bir faktı da açıqlayıb:
"Rəşid Behbudov Azərbaycan musiqisinin səfiri idi. Mahnı teatrı ilə birlikdə qastrol səfərlərinə gedəndə hamı Rəşid müəllimi böyük heyranlıqla izləyirdi. Sənətkarlar bizim tariximizdir. Bizim musiqimiz də valehedicidir. Bizim xəzinəmizdir. Xuraman Abbasova adlı Sosialist Əməyi qəhrəmanı var idi. Allah ona rəhmət etsin. O vaxt hamı bu qadının iradəsindən danışıb onu misal çəkirdi. Qızının toyu olan günü oğlu qəzada həlak oldu. Həmin qadın o toyu saxlamayıb. Deyib ki, aparın oğlumu qoyun həyətə, toyu yola verəndən sonra onun dəfninə başlayacağıq. Ananın ürəyinə baxın. Azərbaycanın igid anası budur. Xuraman xanım Qarabağlı qızı idi. Görün o milli dəyərlərimizə nə qədər sahib çıxmağı bacarırdı" deyə müğənni bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
25.10.2026 472 Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11.10.2026 817 "Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun
25.10.2026 330 Ana olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20.10.2026 863 4 ildən sonra bu seriala çəkiləcək
Türkiyəli aktrisa Leyla Ferayın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Muhtemel aşk" serialında çəkiləcək. O, layihədə "Kader" obrazını canlandıracaq. Qeyd edək ki, layihənin baş rolları Ekin Koç və Ayça Ayşin Turana həvalə olunub. Leyla sonuncu dəfə 4 il əvvə
18.10.2026 684 "Bu, özümüzlə üzləşməkdən daha asandır"
"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir
18.10.2026 545 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13.10.2026 626 Kamil Zeynallının onunla görüşü MARAQ YARATDI: SEVGİ DOLU ANLAR... - VİDEO
Tanınmış fitnes məşqçisi Kamil Zeynallı bu dəfə ailəsi ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, idmançı Qəbələdəki villasına yollanıb. Onu qarşılayan anası ilə görüşü zamanı yaşanan səmimi və sevgi dolu anlar sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Ana ilə oğulun bir-birin
18.10.2026 704 Başqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18.10.2026 633