Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi - Putyovkalar 30 faiz bahalaşdı

Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi - Putyovkalar 30 faiz bahalaşdıBir neçə gün əvvəl parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dolayı yolla sanatoriyalara getmək üçün putyovkalarla bağlı dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasını tələb etdi.

Qaynarinfo-nun məlumatına görə, Səttar Möhbalıyev bildirib ki, 10-15 il bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılan vəsait hesabına 35 min insanı sanatoriyalara getmək üçün putyovkalarla təmin etmək mümkün idi: "Amma hazırda ayrılan həmin vəsait hesabına yalnız 12 min insana putyovka verə bilirik. Odur ki, bu kimi məsələlərə baxılmasını təklif edirəm".
Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi - Putyovkalar 30 faiz bahalaşdıApardığımız araşdırmaya əsasən, AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir. Bu, 2021-ci ilin statistik göstəricisidir. Hazırda həmin rəqəm 1,2 milyon nəfəri əhatə edir.

Bu gün heç kimə sirr deyil ki, dövlət qurumlarında və digər təşkilatlarda çalışanların aylıq əmək haqqından ayrılan üzvlük pulları hesabına həmkarlar təşkilatına milyonlarla vəsait daxil olur. Onlar arsında illərdir ki, əmək haqqından həmkarlar təşkilatına vəsait ödəyib, putyovka almayanlar da var. O, da sirr deyil ki, əksər həmkarlar təşkilatı rəhbərləri putyovkaları öz yaxınlarına verir və ya satır, ən yaxşı istirahət yerlərinə rəhbər şəxslərin özləri və yaxud yaxınları göndərilir.
Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi - Putyovkalar 30 faiz bahalaşdıAHİK-in tabeliyində olan "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin tərkibində 5 sanatoriya mövcuddur. Bu sanatoriyaların əksəriyyətində putyovkalar satılır. Satışdan gələn gəlirin hara sərf olunması isə Səttar Möhbalıyev və onun çevrəsindən başqa heç kimə məlum deyil.

İnsanlar "Kurort" QSC-də putyovkaları həm nağd şəkildə ödəniş etməklə, həm də cəmiyyətin hesabına müvafiq vəsaiti köçürməklə əldə edə bilirlər. Bu sanatoriyalarda ötən il 1 nəfərin günlük istirahəti üçün 40 manatdan 65 manata kimi putyovka satırıldısa, hazırda bu vəsaitin məbləği 30 faizdən çox artırılıb.

"Şıx" sanatoriyasında (dayaq-hərəkət xəstəliklərinin müalicəsi) bir günlük bir nəfərin istirahəti 77-85 manat arasında dəyişir. Sanatoriya əməkdaşı saytımıza açıqlamasında qiymət artımının səbəbini son illər müşahidə olunan bahalaşma ilə əlaqələndirib.
Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi - Putyovkalar 30 faiz bahalaşdı"Abşeron" mədə-bağırsaq sanatoriyasında bir nəfərin istirahəti ötən il günlük 35-45 manat arasında idisə, hazırda bu rəqəm 58 manatdan 78 manata kimi dəyişir. Sözügedən sanatoriyanın əməkdaşı da saytımıza açıqlamasında qiymət artımını ərzaq və qeyri-ərzaq məhsullarının dəyərinin artması ilə əlaqələndirib.

Əldə etdiyimiz məlumata görə, imtiyazlı şəxslər üçün putyovkalardan yalnız şəhid ailələri və kiçik qrup əlillər istifadə edirlər. Dövlət qurumların tabeçiliyində fəaliyyət göstərən həmkarlar təşkilatlarının özlərində də güzəştli şərtlərlə işçilərə verilən putyovkaların qiyməti qaldırılıb.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov sözügedən məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, dövlət büdcəsindən ayrılan vəsait artırılarsa, həmkarlar tərəfindən istirahətə göndərilənlərin sayında da artım olacaq:

"Təbbi ki, biz dövlət büdcəsindən bu məsələyə ayrılan vəsaitin artırılmasını istəyirik. AHİK sədri Səttar Möhbalıyev də parlamentin komitə iclasında da bu məsələyə aydınlıq gətirdi. Amma dövlət büdcəsindən məbləğin nə qədər artırılması mənim səlahiyyətimdə olan məsələ deyil. Səttar müəllim hazırda Türkiyədə səfərdə olduğundan bu məsələyə açıqlama verə bilməyəcəyik".

AHİK rəsmisi bəzi dövlət qurumlarından putyovkalar satılması və yaxud öz qohum-əqrabalarına verilməsi ilə bağlı məsələyə isə belə aydınlıq gətirib:

"Bu barədə AHİK-ə heç bir məlumat daxil olmayıb. Əgər ittifaq üzvü putyovka satılması ilə bağlı faktla üzləşibsə, o zaman AHİK-in qaynar telefon xəttinə (012 492 66 93) və elektron poçt ([email protected]) ünvanına müraciət edə bilər. Bütün müraciətlər araşdırılır və iddia olunan fakt öz təsdiqini taparsa, müvafiq tədbirlər görülür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 805   Tarix: 28 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını

13:03 453
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27.10.2026 554
.

İkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir

"Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik". Bunu BİG.AZ-a açıqlamasında politoloq Mətin Hüseynov bildirib. "Beynəlxalq hüququn aliliyini

11:10 163
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

12:00 248
.

Gələn il yaşayış minimumu və ehtiyac meyarı - Bu qədər olacaq

2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub. "Qafqazinfo"nun məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 31

12:56 196
.

Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirən Forum

"Dünyanın mühüm siyasi, mədəni və bəşəri platformalarına uğurla evsahibliyi edən Bakı növbəti dəfə qlobal dialoqun mərkəzinə çevrilib". Bunu BİG.AZ-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasından Ağarəhim Baxışov bildirib. O qeyd edib ki, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusund

10:43 245
.

Qəhvənin kalorisi niyə artır? Səbəb təkcə şəkər deyil

Bir fincan qəhvənin kalorisi onun necə hazırlandığından asılıdır. Sadə qara qəhvənin kalorisi çox az olsa da, ona əlavə edilən süd, şirin siroplar və qaymaq əvəzediciləri bu göstəricini xeyli artıra bilər. Maraqlıdır ki, yeni araşdırmaya əsasən, qəhvəyə əlavə olunan kalorilərin əsas mənbəyi artıq təkc

12:16 196
.

Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir

Azərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloj

10:25 231
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüş iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətd

10:58 192
.