"Sea Breeze" işində yeni sənəd nələri ortaya çıxardı?
Bu ilin yayında "Sea Breeze"də baş verən kütləvi dava ilə bağlı Cavad Vahid oğlu Muradov və Şamxal İlham oğlu Məmmədov hakim qarşısına çıxarılıb.
"Qafqazinfo"nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində baş tutan hazırlıq iclasında hakim Mirheydər Zeynalov iş üzrə zərərçəkən Məhəmməd Həsənzadənin valideyn və vəkillərinə onun telefon danışıqları ilə bağlı çıxarışları təqdim edib.
Vəkillər bu sənədi tələb etmələrini belə əsaslandırır ki, istitaqın qənaətinə görə, "Sea Breeze"də dava düşən zaman Elmir İsmayılov özünün mühafizə rəisi Məhəmməd Həsənzadə və mühafizəçiləri Peyman Vəlizadə və məktəbli M.Ə-nin müşayiəti ilə orada olublar.
Elmir İsmayılov masa arxasında əyləşəndə Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və M.Ə masa ətrafında ayaq üstündə dayanmaqla guya onu mühafizə ediblər. Faktiki isə Elmir İsmayılov restoranda olarkən Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və M.Ə orada olmayıblar. İstintaq dövründə Məhəmməd Həsənzadənin vəkilləri dəfələrlə vəsatət qaldıraraq ona məxsus telefon-anten məlumatlarının alınması üçün mobil operator "Azercell"ə sorğu göndərilməsini tələb ediblər. Lakin istintaq dövründə vəsatət təmin edilməyib.
Bu səbəbdən də eyni məzmunlu vəsatəti Məhəmməd Həsənzadənin vəkilləri məhkəməyə də təqdim ediblər. Hakim Mirheydər Zeynalovun "Azercell"ə verdiyi sorğuya cavab isə istintaqın Elmir İsmayılovun restorana Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Murad Əhmədlinin mühafizəsi ilə gəlməsi qənaətini, ümumilikdə isə ittihamını təkzib edir.
Əslində isə Məhəmməd Həsənzadənin "Sea Breeze"yə gəlməsi belə olub:
Elnur Məmmədov restoranda dava salıb Elmir İsmayılova xəsarət yetirdiyi, maşınını əzib-sındırdığı saatlarda Məhəmməd Həsənzadə Bakının Mərdəkan qəsəbəsində olub.
"Azercell"dən verilən cavabdan da görünür ki, hadisə günü Məhəmməd Həsənzadə dava zamanı "Sea Breeze"nin yerləşdiyi Nardaran qəsəbəsində deyil, ondan təxminən 23-24 kilometr aralıda yerləşən Mərdəkanda olub.
Məhəmməd Həsənzadə Mərdəkanda sinif yoldaşı Elgün İsmayılov, Peyman Vəlizadə və M.Ə ilə birgə istirahət ediblər. O zaman Elmir İsmayılov qardaşı Elgün İsmayılova zəng edib. O, "Sea Breeze"də dava düşdüyünü, ona xəsarət yetirildiyini və maşınının əzildiyini bildirib.
Elmir İsmayılov qardaşı Elgündən xahiş edib ki, "Sea Breeze"ə gəlib onu xəstəxanaya çatdırmağa kömək etsin. Elgün İsmayılov Mərdəkandan Nardarana gələrkən dostları Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və M.Ə də onun maşınına minərək birgə gəliblər. Onlar da Elgün İsmayılovla birgə "Sea Breeze"də restorana daxil olub Elmir İsmayılovu axtarıblar.
Elgün İsmayılov dostları ilə "Sea Breeze"ə gəldikləri vaxt artıq Elmir İsmayılovun xəsarət alması, maşınının əzilməsi ilə müşayət olunan davadan 1 saatdan artıq vaxt keçib.
Onlar restorana daxil olandan sonra yanlış olaraq Elnur Məmmədov və ətrafındakı kütlə istiqamətinə yönləndiriliblər.
Elnur Məmmədov və ətrafındakılar Elmir İsmayılovu axtaran onun qardaşı Elgün İsmayılovu, Məhəmməd Həsənzadəni, Peyman Vəlizadəni də döyüb xəsarət yetiriblər.
Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1062 Tarix: 04 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş24 saatlıq paylaşımla sərvət qazanır - Aktrisanın reklam gəliri açıqlandı
Türkiyəli məşhur aktrisa Hande Erçelin sosial şəbəkələrdə reklam paylaşımlarından əldə etdiyi gəlir açıqlanıb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın "Instagram" hesabında 24 saat ərzində bir reklam hekayəsi üçün 500-700 min türk lirəsi (28 min manat) tələb etdiyi iddia olunub
27.10.2026 359 Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"
"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql
27.10.2026 400 Bacıları bir-birindən imtina etdilər
Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova ailəsində yaşanan problemlərdən danışıb. Axşam.az xəbər verir ki, o, bu barədə "MTV Maqazin"ə açıqlamasında bəhs edib. Zümrüd bacıları ilə münasibətlərinin pozulduğunu və onlardan imtina etdiyini bildirib:. "İnciyənd
27.10.2026 432 Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
Banan tərkibindəki yüksək kalium miqdarı sayəsində qan təzyiqinə müsbət təsir göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu meyvənin faydası insanın sağlamlıq vəziyyətindən və orqanizmin fərdi ehtiyaclarından asılıdır. xarici mediaya istinadən xəbər verir ki, bir orta ölçülü bananın tərkibind
27.10.2026 383 Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...
Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış
27.10.2026 467 Pişiklər maşında niyə dayanmadan miyoldayır?
Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə
27.10.2026 353 Azərbaycanda cəza sistemi dəyişdirilməlidir? - Hüquqşünasdan AÇIQLAMA
"Azərbaycanda kontinental, yəni roman-german hüquq sistemi tətbiq olunur. Ancaq həm anqlo-sakson, həm də roman-german hüquq sistemlərində cinayət təqibi prosesi tarixən bir neçə mərhələdən keçib. Hazırda dünyada tətbiq olunan cəza sistemi həm vurulmuş zərərin ödənilməsinə, həm də sosial ədaləti
27.10.2026 295 Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
27.10.2026 353 Bələdiyyə sənədi evə çıxarış almaq üçün kifayətdirmi?
Bələdiyyə sənədi əsasında inşa edilmiş fərdi yaşayış evinə çıxarış almaq üçün ilk növbədə torpaq sahəsinin qanuni ayrılıb-ayrılmadığı, təqdim olunan sənədlərin hüquqi qüvvəsi və evin tikinti normalarına uyğunluğu araşdırılmalıdır. İlk mərhələdə vətəndaşın əlində olan bələdiyyə qərarı, torpaq sahəsini
27.10.2026 346