Türkiyə "TikTok"u qapada bilər

Türkiyə "TikTok"u qapada bilərTürkiyə Böyük Millət Məclisinin (TBMM) Rəqəmsal Media Komissiyasında qardaş ölkədə "TikTok" sosial şəbəkəsinə məhdudiyyətlərin tətbiqinə dair müzakirələr təşkil edilib.

Qeyd olunur ki, iclasa "TikTok"un Türkiyə üzrə nümayəndəsi Emre Gelen də qatılıb.

Türkiyə parlamentinin Rəqəmsal Media Komissiyasının rəhbəri Hüseyn Yayman bildirib ki, komissiyanın üzvləri "TikTok"da yaş filtrinin tətbiq olunmasını istəyir:

"İnsan azadlıqların müdafiəsi ilə yanaşı, bildirmək istəyirəm ki, fərdin qorunması, ictimai asayişin və ailə həyatının toxunulmazlığı, gənclərin sağlam təhsil alması bizim qırmızı xətlərimizdir".

Türkiyəli parlamentari fikrinin davamında bildirib ki, rəqəmsal media dövlətdən, qanunvericilik normalarından, icra və məhkəmə hakimiyyətlərindən yuxarı qoyula bilməz.

"Təəssüf ki, transmilli rəqəmsal şəbəkələr artıq narkotiklərin, qadın alverinin, kiberfaşizmin, uşaqlara qarşı zorakılığın və qanunsuzluğun tüğyan etdiyi məkana çevrilib. Biz bunu heç vaxt qəbul edə bilmərik", - deyə Rəqəmsal Media Komissiyasının rəhbəri söyləyib.

Məlumat üçün əlavə edək ki, "TikTok" Türkiyədə ən çox məşğulluğu təmin edən sosial şəbəkə provayderi və Türkiyə bazarına ən çox sərmayə yatıran sosial şəbəkə provayderidir./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 07 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil

Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ

27.10.2026 239
.

Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec

27.10.2026 245
.

"Subay vaxtımda bunu edirdim"

Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "10+" layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:. "Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikc

27.10.2026 230
.

Arda Mbappenin gözünü yolda qoydu

İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib. -ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərə

27.10.2026 213
.

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi

27.10.2026 354
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

27.10.2026 270
.

Ekspert İrana səsləndi: "Dini həssaslıqlardan siyasi məqsədlərlə istifadə edilməməlidir"

İran rəsmilərinin Azərbaycanda vahid məktəbli formasının tətbiqini hicaba qarşı addım kimi təqdim etməsi dini həssaslıqlar üzərindən ictimai rəyə təsir göstərmək və Azərbaycanın daxili siyasətini müzakirə predmetinə çevirmək cəhdi kimi qiymətləndirilir. Bu fikirləri "Səs" qəzetinin baş redaktoru

27.10.2026 250
.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

27.10.2026 288
.

Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"

Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə

27.10.2026 365
.