Prezident seçkilərindən sonra Milli Məclis buraxıla bilər? - AÇIQLAMA

Prezident seçkilərindən sonra Milli Məclis buraxıla bilər? - AÇIQLAMA"Növbədənkənar prezident seçkilərini yeni dövrə hazırlıq kimi qiymətləndirmək olar. İndiyə qədər Qarabağ məsələsi, ərazimizin bərpa olunması məsələsi əsas olub. Artıq bu proses tam başa çatdığı üçün yeni bir dövr başlayır. Görünür siyasi hakimiyyət həm də üstünlüyündən istifadə edərək bu seçki prosesini dəyərləndirmək niyyətindədir. Növbədənkənar seçkilərdən əsas dəyişiklik islahatların daha da dərinləşəcəyidir. Əslində 2018-ci ildən sonra islahatlar başlayıb. Amma sonrakı dövrdə pandemiya və 44 günlük müharibə məsələsi bir çox proqramın arxa plana keçməsinə səbəb oldu".

Bu sözləri BiG.AZ-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, 020-ci ildən 2023-cü ilə qədər dövr isə daha çox Qarabağ erməni separatizminin məhv edilməsini, suverenliyin tam bərpa edilməsinə fokuslanmışdıq:

"Artıq bu məsələ başa çatdığı üçün yeni dövrün öz reallıqları olacaq. Ölkə daxili idarəetməsinə aiddir. Əsas gözlənti regional idarəetmə məsələləridir. Rayon icra hakimiyyətlərinin idarəçiliyində əsas icraçı orqan kimi funksiyasını itirə bilər. Burada fərqli modellər tətbiq edilə bilər. Məsələn, azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri var. Bu modelin digər ərazilərə, bölgələrə tətbiq edilməsi mümkün ola bilər. Yaxud bir neçə rayonu bir mərkəzdə birləşdirib regional idarəetmə prinsipindən istifadə edilə bilər. Ən azından azad edilmiş ərazilərdə belə bir model görünür. Bu daha effektli üsul hesab edilir. Bu məsələ gündəmə gələ bilər".

Asif Nərimanlı digər tərəfdən qanunverici orqan Milli Məclisin buraxılması məsələsinə gəldikdə bu bir qədər daha az gözləntidir deyə düşünür: "Təbii ki, 2020-ci il də yenidən keçirilən növbədənkənar parlament seçkilərində gözlənti daha bəllidir. Fikrimcə, Parlamentin ölkənin idarəçiliyində daha effektiv iştirakçılığı gözlənilirdi. Amma sonrakı proses göstərir ki, bu heç də gözləntini döğrultmayıb. Tam olmasa belə müəyyən qədərdir. Bu ola bilsin ki, namizədlərin seçilməsi yaxud hansı komanda ilə işləmək məsələsi var. Bu səbəblər ola bilər. Böyük ehtimalla təbii ki, yeni bir dövr başlayırsa, yeni bir parlamentə də ehtiyac var. İdarəetmənin üç qolu var: Məhkəmə , qanunvericilik və icraçı. Əgər icra orqanında islahatlar tam həyata keçirilirsə, məhkəmə və qanunverici orqanında islahatlar keçirməsi zəruridir".

Asif Nərimanlının sözlərinə görə, əgər 3 qoldan birində axsama olursa, bu ümumi ölkənin idarəetməsini axsadır:

"Bu baxımdan yeni bir dövrdən danışırıqsa, qanunverici orqanında yenilənməsi daha effektiv, işlək, nüfuzlu bir palametin fəaliyyətə başlaması gündəmə gələ bilər. Amma bunun üçün seçkilərin parlamentin növbədənkənar seçkilərin keçirilməsi, yaxud belə bir qərarın verilməsi sual altındadır. Çünki 2024-cü ildə prezident seçkiləri keçirilirsə, bir müddət sonra parlament seçkiləri keçiriləcək. Eyni ildə iki seçkinin keçirilməsi qərarını daha az ehtimal verirəm".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1508   Tarix: 08 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil

Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ

27.10.2026 239
.

Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec

27.10.2026 245
.

"Subay vaxtımda bunu edirdim"

Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "10+" layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:. "Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikc

27.10.2026 230
.

Arda Mbappenin gözünü yolda qoydu

İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib. -ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərə

27.10.2026 213
.

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi

27.10.2026 354
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

27.10.2026 270
.

Ekspert İrana səsləndi: "Dini həssaslıqlardan siyasi məqsədlərlə istifadə edilməməlidir"

İran rəsmilərinin Azərbaycanda vahid məktəbli formasının tətbiqini hicaba qarşı addım kimi təqdim etməsi dini həssaslıqlar üzərindən ictimai rəyə təsir göstərmək və Azərbaycanın daxili siyasətini müzakirə predmetinə çevirmək cəhdi kimi qiymətləndirilir. Bu fikirləri "Səs" qəzetinin baş redaktoru

27.10.2026 250
.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

27.10.2026 288
.

Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"

Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə

27.10.2026 365
.