"7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar" -DEPUTAT

"7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar" -DEPUTAT"Dekabr ayının 7-də cənab Prezident İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu mühüm hadisə Azərbaycan siyasi tarixində yeni bir mərhələnin başlanğıcıdır. Hər şeydən öncə onu vurğulamalıyıq ki, növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisini əhatə edəcək. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bütöv və suveren Azərbaycanda ilk dəfə prezident seçkiləri keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir".

Bu fikirləri BiG.AZ-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin verdiyi bütün qərarlar hər zaman Azərbaycan xalqının milli maraqlarına və mənafeyinə xidmət edib. Nəticə etibarilə ölkə Başçısının bütün qərar və sərəncamları dövlətimizin beynəlxalq miqyasda gücünün və nüfuzunun daha da artmasına gətirib çıxarıb. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Əminliklə deyə bilərik ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə imzalanmış sərəncam da Prezident tərəfindən verilmiş növbəti uğurlu qərar kimi müsbət qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətində ölkəmizin qazandığı uğurlara, ərazi bütövlüyün və suverenliyini tam bərpa etməsinə diqqət çəkən millət vəkili Tamam Cəfərova qeyd edib ki, bu şərəfli, tarixi cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Bu unudulmaz tarix bir xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. O, göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Biz cənab Prezident İlham Əliyevin reallığa çevirdiyi unudulmaz tarixin şahidləriyik. Növbədənkənar prezident seçkilərinin keçiriləmsə haqqında ölkə Başçısının sərəncamı onu deməyə əsas verik ki, yaxın gələcəkdə ölkənin siyasi həyatında qarşıya böyük hədəflər qoyulub. Deməli, qarşıda ölkəmizi daha böyük uğurlar, yeni hədəflər gözləyir.

Cənab Prezident İlham Əliyevin siyasi Liderliyi, uzaqgörənliyi və qətiyyəti nəticəsində ölkəmizin qazandığı uğurlar Azərbaycanı regional və beynəlxalq səviyyədə güclü dövlətə çevirmişdir. Bu gün Azərbaycan beynəlxalq səviyyədə diktə edən tərəf kimi şərtləri müəyyən edir. Bu gün dünyanın güc mərkəzi olan dövlətləri Azərbaycanla hesablaşır. Bütün bu qazanılan uğurların mərkəzində Prezident İlham Əliyevin Liderliyi, şəxsiyyəti və siyasi bacarıqları dayanır. İlham Əliyev fenomeni ilə Azərbaycan uğurdan-uğura doğru daha da güclənərək irəliləyir".

Deputat qeyd edib ki, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi:Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı:

"Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Şübhəsiz ki, "Qarabağ Azərbaycandır!" şüarını dilindən düşürməyən Azərbaycan xalqı, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin hər zaman olduğu kimi yeni seçkilərdə yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.

Gələcək nəsillər Azərbaycan tarixinin bu şanlı səhifələrini fəxrlə öyrənəcəklər. Böyük qürur və şükranlıqla qeyd etməliyik ki, bu şanlı tarixin Sərkərdəsi, Ali Baş Komandanı, Lideri İlham Əliyevdir. İnanırıq ki, 2018-ci ildə olduğu kimi 2024-cü ilin fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkilərində də Azərbaycan xalqı yekdilliklə cənab Prezident İlham Əliyevi dəstəkləyəcək və Azərbaycanın işıqlı, aydınlıq gələcəyinə səs verəcək. Növbədənkənar prezident seçkilərinin dövlətimizə və xalqımıza xeyirli-uğurlu olmasını diləyirəm. Qarşıdan gələn seçkilərdə cənab Prezident İlham Əliyevə uğurlar arzulayıram" - deyə millət vəkili Tamam Cəfərova bildirib.

Gülcahan Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 12 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bir səhv bütün vəsaitinizi itirməyinizə səbəb ola bilər

"Son vaxtlar "faizsiz kredit", "dövlət proqramı", "hesabınıza pul köçürəcəyik" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə çalışan dələduzların sayı artır. Unutmayın ki, bank kartınızın nömrəsi, son istifadə tarixi, CVV kodu və bankdan göndərilə

07.08.2026 224
.

ABŞ-də yüzlərlə "Boeing 737 Max" təyyarəsi texniki yoxlanışdan keçiriləcək

"Boeing" şirkətinin daha köhnə təyyarə modellərinin konstruksiya elementlərində çatların aşkarlanmasından sonra, ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) yüzlərlə "Boeing 737 Max" hava gəmisinin yoxlanılması barədə təlimat verib. xəbər verir ki, bu barədə ABŞ-nin federal reyestrini

07.08.2026 269
.

Elon Musk Ukraynanın Starlink tələbinə "yox" deyir

Amerikalı sahibkar Elon Musk Ukraynanın SpaceX tərəfindən təqdim olunan "Starlink" peyk rabitə sistemindən istifadə ilə bağlı tələbini rədd edir. xəbər verir ki, bu barədə "The Atlantic" məlumat yayıb. Nəşrin məlumatına görə, Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov vəzifəsində

10:55 174
.

Plastik düyü iddiaları nə dərəcədə doğrudur?

"Son vaxtlar sosial şəbəkələrdə "plastik düyü" ilə bağlı müxtəlif iddialar yayılır. Lakin elmi baxımdan bu iddiaların əsası yoxdur. Ümumiyyətlə, düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də texniki cəhətdən məntiqsizdir. Plastik qranulların istehsalı təbii düyünün becərilməsi v

07.08.2026 233
.

İTV əməkdaşlarının çəkiliş aparmasına mane oldular - Polis araşdırır - Video

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır. "Qafqazinfo" xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizala

12:17 176
.

97 yaşında təyyarə qanadında uçdu - Video

İngiltərənin Qlosterşir qraflığının Çeltnem şəhərində yaşayan 97 yaşlı Betti Bromeyc qeyri-adi rekord müəyyənləşdirib. "Qafqazinfo" xəbər verir ki, 2025-ci ildə insult keçirməsinə baxmayaraq, o, təyyarənin qanadı üzərində uçan ən yaşlı qadın kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb

07.08.2026 286
.

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqton sülh sammitinin birinci ildönümü ilə bağlı video paylaşıb. "Report" xəbər verir ki, H.Hacıyev bu barədə "X" hesabınd

15:00 28
.

Sabah 39 dərəcə isti olacaq

Avqustun 8-i gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündüz 31-3

07.08.2026 229
.

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək

Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dol

07.08.2026 342
.

TOP MP3