Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlandı - DİN-dən REAKSİYA - YENİLƏNİB + VİDEO

Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlandı - DİN-dən REAKSİYA - YENİLƏNİB + VİDEOAstarada 16 yaşlı qızın nişanlanması hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib:

"Ailənin yaşadıqları evdə 16 yaşı tamam olmuş həmin qızın gələcəkdə ailə qurmasına razılıq verilməsi münasibətilə yığıncaq təşkil etmək istəmələri ilə bağlı polisə və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya məlumat daxil olub. Dərhal Astara Rayon Polis Şöbəsinin əməkdaşları və komissiyanın sədri sözügedən ünvanda olub və qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər. Sözügedən məsələ mütəmadi şəkildə diqqətdə saxlanılacaq".

17:32

Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlanıb.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş "Təsir dairəsi" proqramında bildirib. O, qızın nişan fotosunu da yayımlayıb. Aparıcı bildirib ki, hadisəni dəqiqləşdirmək üçün ötən gün Astaraya yollanıb:

"Ötən həftə belə hadisə oldu, mən efirdə müraciət etdim ki, belə hal olsa müraciət edin. Qaynar xəttimiz susmur, nə qədər belə qızlarımız var. Bu dəfə də xəbər gələndə, foto istədim. Çünki mənim ötən gün döydüyüm qapıda az qala and içələr ki, belə bir hal yoxdur. Astaranın Kakalos kəndinə getdik. Bir icra məmuru sual verir ki, gəlişiniz məhz cənub rayonlarınadır? Dedim, yox, bütün ölkə ərazisinə".

L.Azərtaş bildirib ki, ailə artıq toy tarixini də dəqiqləşdirib:

"2024-cü ilin martında toy olacaq xəbərini aldım. Belə çıxır ki, 18 yaş gözlənilməyəcək. Qızın hazırda 16 yaşı var, 14 yaşından nişanlanıb. Bizi aldatmaq istədilər ki, qız 16 yaşında nişanlanıb, iki il sonra toydur. Vəsiqəyə baxanda isə gördük ki, yalan deyirlər. Qız 2007-ci ildə dünyaya gəlib. Nişan 14 yaşında olub. İndi 16 yaşı var.

Hətta qızın ər evinə göndərilməsinə də vaxt tapıblar. Biz hadisə yerinə çatmamış, xəbər tutublar və qız qayınanasının evindən götürülüb ata evinə aparılıb. Bizə isə dedilər ki, qız qayınana evinin ab-havasına öyrəşmək, ailə həyatına uyğunlaşmaq üçün oraya "deportasiya" edilir.

Getdik evlərinə, çəkilişə mane olmaq istədilər. Qıza sual verəndə isə, bir arzusu olduğunu dedi: oxumaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1929   Tarix: 13 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

27.10.2026 279
.

Prezident qonaqlarla görüşdü - Video

Xəbər verdiyimiz kimi, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. "Qafqazinfo"nun Real TV-yə istinadən məlumatına görə, dövlət başçısı Forumun qonaqları il

27.10.2026 206
.

Pişiklər maşında niyə dayanmadan miyoldayır?

Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə

27.10.2026 228
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27.10.2026 246
.

Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil

Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ

27.10.2026 239
.

Hind kinosunda yeni romantik döyüş filmi - Baş rollarda Ahaan Panday və Sharvari

Hindistanın tanınmış kino şirkətlərindən olan "Yash Raj Films" yeni romantik döyüş filminin adını və nümayiş tarixini açıqlayıb. "Beparwah" adlanan filmdə Ahaan Panday və Sharvari baş rolları canlandıracaqlar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, filmin rejissoru Ali Abba

27.10.2026 330
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

27.10.2026 270
.

Milyarderin oğlu dayanacaqda öldürüldü

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərində

27.10.2026 218
.

İnsanlar niyə gecə daha çox düşünür?

Gecə yatağa uzananda gün ərzində ağlımıza belə gəlməyən hadisələri xatırlayır, keçmiş söhbətləri təkrar-təkrar düşünür və gələcəklə bağlı narahatlıqlar yaşayırıq. Bəzən hətta illər əvvəl baş vermiş bir hadisə belə gecənin sakitliyində yenidən gözümüzün önünə gəlir. Bəs bunun səbəbi nədir?. Gün ərzind

27.10.2026 234
.