Xalq artisti Ramiz Məlik vəfat edib
Azərbaycan kino və teatr sənətinə ağır itki üz verib. Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordeni Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də ömrünün 80-ci payızında vəfat edib.
Bu barədə Akademik Milli Dram Teatrın mətbuat xidmətindən bildirilib.
Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.
1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.
O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Allah rəhmət eləsin.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 978 Tarix: 14 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilyarderin oğlu dayanacaqda öldürüldü
Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərində
27.10.2026 218 Avropa liderləri Putinlə telefon danışığı apardılar
Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və Rusiya lideri Vladimir Putin telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması və danışıqların bərpası istiqamətində diplomatik səyləri müzakirə ediblər. Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidentini
27.10.2026 196 Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?
Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə
27.10.2026 288 "Napoli"nin oyunçusu cinayətin qurbanı oldu
"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə
27.10.2026 230 Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
27.10.2026 279 İnsanlar niyə gecə daha çox düşünür?
Gecə yatağa uzananda gün ərzində ağlımıza belə gəlməyən hadisələri xatırlayır, keçmiş söhbətləri təkrar-təkrar düşünür və gələcəklə bağlı narahatlıqlar yaşayırıq. Bəzən hətta illər əvvəl baş vermiş bir hadisə belə gecənin sakitliyində yenidən gözümüzün önünə gəlir. Bəs bunun səbəbi nədir?. Gün ərzind
27.10.2026 234 "Subay vaxtımda bunu edirdim"
Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "10+" layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:. "Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikc
27.10.2026 230 Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə
27.10.2026 365 Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye
27.10.2026 275