Ət idxalında KƏSKİN ARTIM: Qiymətlər ENƏCƏK?

Ət idxalında KƏSKİN ARTIM: Qiymətlər ENƏCƏK?Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan mal əti idxalını 93,3 faiz artırıb.

İdxal artır, istehsal isə...

Komitənin başqa bir hesabatında göstərilir ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 milyon 533 min 192 ədəd iribuynuzlu mal-qara olub. İstehsal olunan ətin ümumi çəkisi isə 424 min 545 ton təşkil edib.

Bu dövrdə Azərbaycana 95 milyon 632 min dollardan çox diri heyvan idxal olunub ki, bunun da ümumi çəkisi 682 tondan bir çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 milyon 474 min dollar və ya 37,10 faiz çoxdur.

Cari dövrdə ölkəmizə idxal olunan ət məhsullarının ümumi çəkisi 34 milyon 861 min ton, maliyyə dəyəri isə 69 milyon 996 min dollardır. Ötən ilin eyni dövründə isə bu həcm 33 milyon 806 min tondan, dəyəri isə 62 milyon 610 min dollardan bir qədər artıq olub.

Buradan da belə aydın olur ki, bir il ərzində idxal olunan ətin çəkisində cüzi, yəni 1 milyon 54 tondan bir qədər çox və ya 3,03 faiz, maliyyə dəyərində isə 7 milyon 386 min dollar və ya 10,55 faiz artım olub.

DSK-nın eyni dövrü əks etdirən hesabatında isə göstərilir ki, ölkəyə daxil olan diri heyvanların böyük hissəsini safqanlı və digər cins iribuynuzlu ev heyvanları təşkil edir ki, bunun da ümumi sayı 76 344 ədəd, maliyyə dəyəri isə 59 milyon 726 min dollardır.

İribuynuzlu heyvan ətinin ümumi çəkisi isə 6 milyon 195 min 523 ton, maliyyə dəyəri isə 24 milyon 839 min dollar təşkil edib.

Hər iki komitənin hesabatları göstərir ki, ölkəyə diri heyvan və ət idxalı kəskin şəkildə artıb.

Səbəb nədir?

Məsələ ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimov idxalın artmasını aqrar sektordakı bəzi çatışmazlıqlarla əlaqələndirib. Bunların da ölkəmizi idxaldan asılı vəziyyətdə saxladığını söyləyən ekspertin fikrincə, aqrar sahənin şaxələndirilməsi ilə bağlı tədbirlər yetərli deyil:

"Bu gün örüş sahələrinin az olması heyvandarlığın inkişafı üçün yetərli deyil. Taxılçılığın və kənd təsərrüfatının digər strateji əhəmiyyətli, yəni ölkəyə valyuta gətirəcək, ixracımızı sürətləndirəcək sahələrinin inkişafı əsas götürüldüyü üçün bu sektor ikinci planda qalıb.

Xüsusilə də, yem bazasının az olması və heyvanların sağlamlığına xidmət edəcək dərman preparatlarının gətirilməsi və digər proseslərin baha başa gəlməsi heyvandarlığın saxlanılmasına və inkişafına mane olur, idxal amilini stimullaşdırır. Bu baxımdan daha rahat və ucuz gətirmək sahibkarlar üçün əlverişli olub".

Müsahibimizin sözlərinə görə, bu amillər də statistikadakı rəqəmləri ortaya çıxarır:

"Torpaqlarımızın 20 faizinin 30 ildən çox işğal altında olması da heyvandarlığın inkişafına başlıca maneələrdən biri olub. Xüsusilə də gözəl yaylaqlarımız, örüş sahələrimiz, bir sözlə, heyvandarlıq üçün vacib olan əksər sahələrimiz erməni işğalçıların tapdağı altında qalmışdı.

Ancaq bu gün torpaqlarımız azaddır. Bununla belə, işğal dövründə ərazilərimizin minalarla çirkləndirilməsi ölkəmizə böyük problemlər yaradır və təhlükəsizlik baxımından aqrar sahəni bölgəyə tam cəlb etmək mümkün olmur.

Düşünürəm ki, 2024-cü ildən, bütün sektorlarda olduğu kimi, aqrar sahədə də tənzimlənmə aparılacaq. Xüsusilə də, heyvandarlığın və yerli ət istehsalının inkişafı ilə yanaşı, ixrac potensialımızı da artıracağıq ki, bu da hazırkı statistik rəqəmləri sahmana salacaq".

Müsahibimizin fikrincə, yerli istehsal dedikdə kompleks anlayış əsas götürülməlidir:

"Belə ki, yerli ət məhsullarının istehsalının inkişafı üçün mütləq şəkildə yem bazası və örüş sahələri olmalıdır. Hazırda Qarabağda kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşməsi prosesi gedir və bu başa çatdırıldan sonra məhz heyvandarlıqla bağlı ayrılacaq sahələrin həcmi bəlli olacaq.

Bundan sonra görüləcək bütün işlər məlum olacaq. Bu gün məhsuldarlığı yüksək səviyyədə artırmaq gücündə olan cins heyvanların sayı kifayət qədərdir. Yerli və ənənəvi məqamları qorumaq şərtilə belə heyvanların cəlb olunması müsbət nəticələrə səbəb olacaq.

Artıq bununla bağlı planlar və layihələr də hazırdır. Sadəcə, azad olunmuş ərazilərdəki yararlı sahələrin iqtisadi dövriyyəyə cəlb olunması üçün müəyyən bir dövr lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 941   Tarix: 14 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milyarderin oğlu dayanacaqda öldürüldü

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərində

27.10.2026 218
.

Avropa liderləri Putinlə telefon danışığı apardılar

Finlandiya Prezidenti Aleksandr Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və Rusiya lideri Vladimir Putin telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması və danışıqların bərpası istiqamətində diplomatik səyləri müzakirə ediblər. Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidentini

27.10.2026 196
.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

27.10.2026 288
.

"Napoli"nin oyunçusu cinayətin qurbanı oldu

"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə

27.10.2026 230
.

Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

27.10.2026 279
.

İnsanlar niyə gecə daha çox düşünür?

Gecə yatağa uzananda gün ərzində ağlımıza belə gəlməyən hadisələri xatırlayır, keçmiş söhbətləri təkrar-təkrar düşünür və gələcəklə bağlı narahatlıqlar yaşayırıq. Bəzən hətta illər əvvəl baş vermiş bir hadisə belə gecənin sakitliyində yenidən gözümüzün önünə gəlir. Bəs bunun səbəbi nədir?. Gün ərzind

27.10.2026 234
.

"Subay vaxtımda bunu edirdim"

Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "10+" layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:. "Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikc

27.10.2026 230
.

Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"

Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə

27.10.2026 365
.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27.10.2026 275
.