Sosial şəbəkələrdə əllərinizə diqqət edin - OĞURLAYIRLAR
Sosial şəbəkələrdə şəxsi şəkillərinizi yerləşdirmək adi bir şey kimi görünsə də, bu fotolardan fırıldaqçılar istifadə edə bilər. Özünüz də bilmədən təhlükədə ola bilərsiniz. Barmaqlarımızın fotoşəkilləri bizə qarşı istifadə edilə bilər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Yaponiya Milli İnformasiya Elmləri İnstitutunun araşdırmalarına əsasən, rəqəmsal kamera ilə 3 metr məsafədən çəkilmiş fotoşəkillərdən barmaq izlərimzi oğurlayıb, surətini çıxarmaq olar.
Sosial şəbəkədə paylaşılmış şəklin keyfiyyəti nə qədər yüksək olarsa, bir o qədər təhlükəlidir
Smartfonlarımız daha təkmilləşir və yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verən müasir kameralarla təchiz edilir. Onların köməyi ilə çəkilmiş fotoşəkillər internetdə yerləşdirildikdə təhlükə yaranır.
Bu, şəxsi məlumatların sızması riskini artırır. Tədqiqatçıların fikrincə, fotoşəkildə yaxşı fokuslanma və işıqlandırma barmaq izi məlumatlarını yenidən qurmaq üçün kifayətdir.
Oğurlanmış məlumatlar bizə qarşı istifadə edilə bilər.
Məlumatlarınız oğurlanarsa, o qara bazar saytlarında onlayn yolla satışa çıxarılır. Barmaq izlərindən istifadə edərək müxtəlif proqram və cihazları açmaq olar. Fırıldaqçılar şəxsi məlumatlarınıza giriş əldə etdikdən sonra bank hesabınıza və digər şəxsi hesablarınıza daxil olmaq üçün ondan istifadə edə bilərlər. Barmaq izinin oğurlanmasının yarada biləcəyi başqa bir təhlükə, keçirici mürəkkəbdən istifadə etməklə biometrik skanerləri aldada bilən kağız nüsxələrin yaradılmasıdır. Məsələn, Miçiqan Dövlət Universitetinin tədqiqatçıları sübut ediblər ki, belə bir nüsxə yaratmaq üçün heç bir xüsusi avadanlıq tələb olunmur. Özünüzü qorumağın bir neçə yolu var. Şəkil çəkdirərkən əlinizin içini yox, çölünü, dırnaqlarınızı göstərin. Bu barmaq izlərinizin köçürülməsinin qarşısını alacaq.
Nəzərə alın ki, indi barmaq izi kimi, üz və göz bəbəyindən də açar kimi istifadə olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 877 Tarix: 15 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTrampın İran planı dəyişdi: Diplomatiya, yoxsa yeni zərbələr?
ABŞ Prezidenti Donald Tramp həmin vaxt atəşkəsi təqdir etməsinə baxmayaraq, İranla iyun ayında əldə edilmiş anlaşma memorandumundan imtina edib. Bu barədə "Al Arabiya" məlumat yayıb. "(İyunda) Qısamüddətli atəşkəs elan etdik, amma mən bunu o qədər də istəmirdim", - Amerika lider
27.10.2026 287 Kartofu üzə çəkmək dəriyə faydalıdırmı? - Mütəxəssislərdən vacib xəbərdarlıq
Kartof yalnız mətbəxdə istifadə olunan məhsul deyil. Sosial şəbəkələrdə çiy kartof dilimlərinin üzə çəkilməsinin dərini parlaqlaşdırdığı, gözaltı qaralmaları azaltdığı və sızanaqlara qarşı kömək etdiyi iddia olunur. Bəs bu üsul həqiqətən effektivdirmi?. BİG.AZ xəbər verir ki, kartof kalium və C vitamin
27.10.2026 249 Bacıları bir-birindən imtina etdilər
Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova ailəsində yaşanan problemlərdən danışıb. Axşam.az xəbər verir ki, o, bu barədə "MTV Maqazin"ə açıqlamasında bəhs edib. Zümrüd bacıları ilə münasibətlərinin pozulduğunu və onlardan imtina etdiyini bildirib:. "İnciyənd
27.10.2026 326 Bələdiyyə sənədi evə çıxarış almaq üçün kifayətdirmi?
Bələdiyyə sənədi əsasında inşa edilmiş fərdi yaşayış evinə çıxarış almaq üçün ilk növbədə torpaq sahəsinin qanuni ayrılıb-ayrılmadığı, təqdim olunan sənədlərin hüquqi qüvvəsi və evin tikinti normalarına uyğunluğu araşdırılmalıdır. İlk mərhələdə vətəndaşın əlində olan bələdiyyə qərarı, torpaq sahəsini
27.10.2026 288 İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır
"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında İnsan resursları üzr
27.10.2026 317 Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı
Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec
27.10.2026 245 Ekspert İrana səsləndi: "Dini həssaslıqlardan siyasi məqsədlərlə istifadə edilməməlidir"
İran rəsmilərinin Azərbaycanda vahid məktəbli formasının tətbiqini hicaba qarşı addım kimi təqdim etməsi dini həssaslıqlar üzərindən ictimai rəyə təsir göstərmək və Azərbaycanın daxili siyasətini müzakirə predmetinə çevirmək cəhdi kimi qiymətləndirilir. Bu fikirləri "Səs" qəzetinin baş redaktoru
27.10.2026 250 Prezident qonaqlarla görüşdü - Video
Xəbər verdiyimiz kimi, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. "Qafqazinfo"nun Real TV-yə istinadən məlumatına görə, dövlət başçısı Forumun qonaqları il
27.10.2026 206 Ararat Mirzoyan: "Tramp marşrutu" sülh müqaviləsindən əvvəl reallaşa bilər
Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan əvvəl "Tramp marşrutu"nun (TRIPP) işə salınması istisna edilmir. Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin plenar sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin əvvəldə
27.10.2026 191