Kartof bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA

Kartof bu tarixdən ucuzlaşacaq - AÇIQLAMAYaxın günlərdə istehlak bazarında kartofun qiymətinin bir qədər aşağı düşməsi gözlənilir. Buna səbəb Cəlilabad rayonunda payızlıq kartofun yığımına başlanılmasıdır. Yaxın bir neçə gün ərzində yerli bazara 20 min tondan artıq kartof çıxarılacaq.

Bu da təbii ki, qiymətlərə öz təsirini göstərəcək.

Məsələ ilə bağlı Bizim.media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bazara daha çox məhsulun çıxarılması, təbii ki, qiymətlərin müəyyən qədər azalmasına səbəb olacaq:

"Çünki təklif tələbi üstələdikcə qiymətlər aşağı düşür. Ümumiyyətlə, hazırda kartofun qiyməti ötən illə müqayisədə 30 faiz azdır. Yaxın vaxtlarda da bahalaşma gözlənilmir. Ən pis halda fevral-mart aylarında kartof bahalaşa bilər".

Akif Nəsirli onu da qeyd edib ki, ölkəmizin kartofa olan illik tələbatı bir milyon tondur:

"Azərbaycanda ildə təxminən 1 milyon 400 min ton kartof istehsal edilir. Amma istehsal edilən kartofun xeyli hissəsi ixrac edilir. Ona görə də bəzi aylarda xaricdən kartof idxal edirik. Yəqin ki, 2024-cü ilin birinci rübündə də belə olacaq.

Ümumiyyətlə, aprelin ikinci yarısına kimi, yəni faraş kartof bazara çıxarılana qədər qiymətlərdə artma olur. Amma bu il vəziyyət bir qədər stabildir. Çünki ötən ilin dekabrında kartofun bir kiloqramı bir manata təklif olunurdusa, hazırda bu qiymət 60-70 qəpik arasında dəyişir. Bölgələrdə isə qiymətlər daha aşağıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1937   Tarix: 15 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Davamlı olaraq nəvəyə baxmaq yaşlı insanlarda depressiyaya səbəb ola bilər

Yeni bir araşdırma mütəmadi şəkildə nəvələrinə baxan nənə və babalarda depressiya riskinin arta biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, xüsusilə altı yaşdan kiçik uşaqlara qulluq edən yaşlı nənə və babalar üçün bu riskin daha yüksək olduğu bildirilir. Nəvəyə baxmaq bir çox ailə üçün həm emosional

30.01.2026 433
.

İsrail Suriyanı bombalayıb

İsrail Hərbi Hava Qüvvələri Suriyanın bir sıra ərazilərinə hava zərbələri endirib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Hücumların əsasən hərbi obyektləri hədəf aldığı bildirilir. Yerli mənbələr partlayış səslərinin bir neçə bölgədə eşidildiyini qeyd edir. Suriya tərəfi hava hücumları nəticəsind

30.01.2026 397
.

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bu tarixlərdə GÜCLÜ KÜLƏK ƏSƏCƏK

Fevralın 1-2-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir

16:41 107
.

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Son zamanlar qızılın qiymətinin durmadan bahalaşması tendensiyası müşahidə olunur. Artıq qızılın qiyməti bir unsiya üçün tarixi maksimum olan 5 625,89 dollar səviyyəsinə çatıb. Məlumata görə, İran ətrafında gərginliyin artması qızıla tələbatı kəskin artırıb. Bundan əlavə, dolların ucuzlaşması da qızıl

30.01.2026 577
.

Cəmiyyət sədri: Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzlərinə ehtiyac var

Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzlərinə ehtiyac var. "Report" xəbər verir ki, bunu Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru Yasmin Rüstəmova "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər"

17:10 37
.

Sabah qar yağacaq

Fevralın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləy

13:33 226
.

İşdən çıxarılan icra başçısını kim əvəz edir?

Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı sərəncamla Süleyman Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bəs hazırda İcra Hakimiyyətinə kim rəhbərlik edir?. Məlumata görə, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasov

12:07 256
.

Plastik qabda nələri saxlamaq olmaz? - Ekspertlər 5 məhsul açıqladı

Qida məhsullarının düzgün saxlanması onların təzəliyini qorumaq, yemək hazırlamaq, evdə hazırlanmış yeməkləri saxlamaq və qalan yeməkləri sonradan istifadə etmək üçün vacibdir. Çox insan plastik qablar istifadə edir, lakin bəzi məhsulları onlarda saxlamaq olmaz. Qaynarinfo xəbər verir ki, bu barədə "Marth

30.01.2026 469
.

"Qobu Park"da sirkə turşusu içən kişi öldü

Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Qobu Park" yaşayış kompleksində qeydə alınıb. 65 yaşlı Fəxrəddin Həci oğlu Kərimov yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib. O, xəstəxanaya yerləşdirilsə də, orada ölüb

30.01.2026 433
.

TOP MP3