Ermənistana köçən Rusiya vətəndaşları və ermənilər ölkəni kütləvi şəkildə tərk edirlər?

Ermənistana köçən Rusiya vətəndaşları və ermənilər ölkəni kütləvi şəkildə tərk edirlər?Ötən il Rusiya-Ukrayna münaqişəsinin başlanmasından və xüsusilə Rusiyaya qarşı irimiqyaslı sanksiyalardan sonra xeyli sayda Rusiya vətəndaşı ölkəni tərk etmək məcburiyyətində qalıb və onların əksəriyyəti Ermənistanda məskunlaşıb.

Bu barədə Ermənistanın "168 Jam" nəşrində dərc olunan məqalədə deyilir.

"Onlardan bəziləri bizneslərini köçürüb Ermənistanda fəaliyyətə başlayıblar ki, bu da həm istehlak tələbinin artmasına, həm də bəzi sənaye sahələrində qeydə alınan yüksək iqtisadi artıma öz töhfəsini verib. Lakin bu il Rusiya vətəndaşlarının axını dayanıb. Ölkəyə köçənlər isə tədricən oranı tərk etməyə başlayıblar. Bəziləri, çox güman ki, geri qayıdıb, digər hissəsi isə başqa ölkələrə getməyi seçib.

Ermənistanı tərk etməyin səbəbləri müxtəlifdir, sosial-iqtisadidən tutmuş siyasiyə qədər. Təkcə mənzil kirayələri deyil, həm də istehlak mallarının qiymətləri çox yüksəkdir. Həmçinin Ermənistanı tərk etməyin səbəblərindən biri də yəqin ki, Ermənistan hakimiyyətinin apardığı anti-Rusiya siyasəti və ruslara qarşı mənfi əhvali-ruhiyyənin formalaşmasıdır", - deyə məlumatda qeyd olunub.
Rəsmi məlumatlara görə, bu il Ermənistana 1 459 000 Rusiya vətəndaşı daxil olub. Ermənistanı tərk edənlərin sayı isə təxminən 1 469 000 nəfər olub.

"Bu o deməkdir ki, ötən il Ermənistana köçüb məskunlaşanların bir qismi artıq gedib. Bununla belə, gedən rusiyalıların yerini hindistanlılar tutur. Ötən ilin on ayında Ermənistana gələn Hindistan vətəndaşlarının sayı təxminən 16 700 nəfər olubsa, bu il onların sayı artaraq 42 800 nəfərə çatıb.

Bundan əlavə, respublika vətəndaşları Ermənistanı tərk edirlər. Gedənlərin sayı artır. Bu o deməkdir ki, hakimiyyət yüksək iqtisadi artım templərindən və yaxşı yaşayış şəraitinin yaradılmasından nə qədər danışsa da, miqrasiya nəinki davam edir, həm də kifayət qədər yüksək templərə çatır", - deyə məqalədə deyilir.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1113   Tarix: 16 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec

27.10.2026 159
.

Milyarderin oğlu dayanacaqda öldürüldü

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərində

27.10.2026 100
.

Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"

Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy

27.10.2026 332
.

24 saatlıq paylaşımla sərvət qazanır - Aktrisanın reklam gəliri açıqlandı

Türkiyəli məşhur aktrisa Hande Erçelin sosial şəbəkələrdə reklam paylaşımlarından əldə etdiyi gəlir açıqlanıb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın "Instagram" hesabında 24 saat ərzində bir reklam hekayəsi üçün 500-700 min türk lirəsi (28 min manat) tələb etdiyi iddia olunub

27.10.2026 115
.

İnsanlar niyə gecə daha çox düşünür?

Gecə yatağa uzananda gün ərzində ağlımıza belə gəlməyən hadisələri xatırlayır, keçmiş söhbətləri təkrar-təkrar düşünür və gələcəklə bağlı narahatlıqlar yaşayırıq. Bəzən hətta illər əvvəl baş vermiş bir hadisə belə gecənin sakitliyində yenidən gözümüzün önünə gəlir. Bəs bunun səbəbi nədir?. Gün ərzind

27.10.2026 223
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

27.10.2026 253
.

Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

27.10.2026 233
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27.10.2026 22
.

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql

27.10.2026 0
.