Aqşinlə Hüseynin TikTokdakı çıxışları tənqid olundu

Aqşinlə Hüseynin TikTokdakı çıxışları tənqid olunduAzərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, dekabrın 13-də əsirlikdən xilas edilən Aqşin Bəbirov və Hüseyn Axundovun son günlər sosial şəbəkələrdə, xüsusilə TikTokda canlı yayımlara çıxması müzakirələrə səbəb olub.

BiG.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, keçmiş əsirlərin başlarına gələnlər barədə qeyri-ciddi ortamda etdikləri çıxışlar, eləcə də onların bəzi ailə üzvlərinin verdikləri müsahibələr müzakirə yaradıb. Bir çox insan Aqşin və Hüseynin TikTokda canlı yayımlara çıxarılmasını izləyici toplamaq məqsədilə əlaqələndirib. Həmçinin keçmiş əsirlərin ermənilərin əlinə düşdükləri vaxt və sonrakı dövrlərdə üzləşdikləri rəftarla bağlı səsləndirdikləri fikirlər birmənalı qarşılanmayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl keçmiş əsirlərin hərəkətlərini məsuliyyətsizlik kimi dəyərləndirib və onları gözdən saldığını deyib:

"Dövlətimiz çox böyük humanist addım atdı, 32 erməni hərbçi ilə əsirlikdə olan 2 əsgərimizi dəyişdi, onları azad etdi. Açığı deyim, həmin əsgərlər (Aqşin və Hüseyni nəzərdə tutur-red.) nə döyüşdə, nə də kəşfiyyat zamanı əsir düşməmişdilər. Ona görə də onları xüsusi olaraq qəhrəmanlaşdırmaq lazım deyil. Bu vəziyyətdə qəhrəmanlaşdırılmalı olan Azərbaycan dövlətinin özüdür ki, 2 vətəndaşının müqabilində 32 nəfəri qarşı tərəfə verdi. İkincisi isə onlarla müəyyən söhbətlər aparılmalı, maarifləndirici iş həyata keçirilməli idi. Onlara izah edilməli idi ki, sosial şəbəkələrdə hər şeyi danışmaq, paylaşmaq olmaz. Bir dəfə müsahibə verib başına gələnlər barədə informasiya vermək kifayət edir. Nümunə kimi də Ramil Səfərovu göstərmək olar ki, o boyda proseslərdən qayıdıb gəldi, amma heç vaxt efirə çıxıb xüsusi olaraq başına gələnləri danışmadı. Bu şeyləri danışmağa ehtiyac yoxdur. Bir dəfə danışdın ki, düşmən bizə işgəncə verib, 1-2 faktı dedin bəs edir. Əsirlikdən qayıdanların qeyri-ciddi söhbətlər etməsi, başlarına gələnlər barədə qeyri-ciddi ortamlarda, TikTok səhifələrində çıxış etmələri, belə şeylərə bulaşmaları onları gözdən salacaq. Cəmiyyətdə qeyri-ciddi qəbul olunacaqlar. Ona görə də yaxşı olardı ki, bu şəxslərlə maarifləndirici söhbətlər aparılsın".

İ.İsmayıl əsirlikdən qayıdan Aqşin Bəbirovun anasının oğlu əsirlikdə olarkən onun erməni qızla evləndirilmək istənilməsi barədə dediklərini də qeyri-ciddi fikir adlandırıb:

"Düşünmürəm ki, erməni xüsusi xidmət orqanları azərbaycanlı əsiri əməkdaşlığa cəlb etmək üçün belə bir addım atsın. Səsləndirilən bu kimi fikirlər keçmiş əsirlərin və ailələrinin qeyri-ciddi qəbul olunmasına yol açır".

Aqşinlə Hüseynin TikTokdakı çıxışları tənqid olunduAqşinlə Hüseynin TikTokdakı çıxışları tənqid olundu


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 12713   Tarix: 18 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

15:30 236
.

Konsertləri ləğv oluna bilər

Rusiyanın Xalq artisti Larisa Dolinanın bu ilin sonunadək konsertlərini ləğv edə biləcəyi iddia olunur. Axşam.az xəbər verir ki, prodüser Pavel Rudçenko " "ya açıqlamasında müğənninin çıxışlarına əvvəlki marağın qalmadığını bildirib. Belə ki, zəif bilet satışları səbəbindən konsertlər baş tutmay

22:00 0
.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

16:22 241
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

22:15 1
.

İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır

"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında İnsan resursları üzr

11:51 285
.

Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır

İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd

22:30 1
.

Hava dəyişəcək - Xəbərdarlıq

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlı

16:31 268
.

Trampın İran planı dəyişdi: Diplomatiya, yoxsa yeni zərbələr?

ABŞ Prezidenti Donald Tramp həmin vaxt atəşkəsi təqdir etməsinə baxmayaraq, İranla iyun ayında əldə edilmiş anlaşma memorandumundan imtina edib. Bu barədə "Al Arabiya" məlumat yayıb. "(İyunda) Qısamüddətli atəşkəs elan etdik, amma mən bunu o qədər də istəmirdim", - Amerika lider

13:06 261
.

Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"

Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy

12:45 332
.