"Nərimanı çox istəyirəm, çünki o, əsl kişidir, Cavidan isə…" - Şəfəq Novruz ailəsindəki qalmaqaldan danışdı

"Nərimanı çox istəyirəm, çünki o, əsl kişidir, Cavidan isə…" - Şəfəq Novruz ailəsindəki qalmaqaldan danışdı"Qardaşım mənə ata əvəzi olmalıdır. Eləcə də mən ona. Mən qardaşlarımın şərəf və ləyaqətinə toxunan heç nəyə imkan vermərəm. Onlara sosial şəbəkələrdə adi bir şərh yazılanda belə, özümü irəli atıram, qardaşlarıma görə nələrə razıyam, hazıram - bir Allah bilir. Amma bugünkü məsələ elə bir mövzudur ki, onu hamı bilir. Cavidanın yalvarış səsləri yayılmamışdan öncə də, sonra da Cavidan hər şeyin gerçəyini gözəl bilir".

Bu sözləri Oxu.Az-a mərhum Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruz deyib. O, qardaşı Cavidan Novruzla aralarında yaranan qalmaqala münasibət bildirib.

Şəfəq Novruz digər qardaşı Nəriman Novruzun keçmiş həyat yoldaşı Əzizə ilə aralarında münaqişə olduğunu söyləyib:

"Cavidan Əzizənin haqsız olduğunu bilə-bilə ona yalvarıb, məsələni bağlamağını istəyib. Bundan sonra Əzizə Cavidanın yalvarışlarla dolu səsini qeyd edərək, yayıb, guya haqlı olduğunu deyib. Bunu mənə elə təqdim etdilər ki, guya Əzizə məsumdur. Cavidanın gerçəkləri görə-görə, günahı olan bir insana yalvarışları mənim izləyicilərimdə tamam başqa bir fikir yaratdı. Cavidan, sən elə hərəkət edərdin ki, bir böyük kimi nə mənə, nə qarşı tərəfə yönələsən. Müdrik bir şəkildə Əzizəyə deyə bilərdin ki, sakitləş, sənin böyük günahın var. Sən sakitləş ki, Şəfəq də sakitləşsin. İndi Əzizə əlindən gələni edir ki, Şəfəq xanım nəsə etsin, mənim gözümü nə iləsə qorxutmağa çalışır. Halbuki, vaxtilə ona ana kimi olmuşam.

Atam həyatda olsaydı, Əzizəyə eynən belə deyərdi: Sənin günahın böyükdür, ona görə sakitləş, səsini çıxarma, mən də Şəfəqi sakitləşdirəcəyəm. Cavidan isə zəng edib, Əzizəyə yalvarır. Halbuki, qarşı tərəf "qurban olum, başına dönüm" deməli idi, Cavidan yox. Onların nəslindən, ailəsindən bizə zəng edib, heç kim yalvarmadı, üzr istəmədi. Biz isə üzümüz, alnımız açıq ola-ola, heç bir günahımız olmadığı halda haqsız çıxarılırıq. Niyə?

İzləyicilər düşünürlər ki, qardaşım Cavidan zəng vurub, Əzizəyə yalvardıqdan sonra Şəfəq xanım geri addım atdı. Halbuki, mənim çəkilməyimin səbəbini qarşı tərəf də gözəl bilir. Biz Ramiz Novruzun adına ləkə gəlməsin, qardaşımın övladlarına bu məsələ təsir etməsin deyə susmuşduq. Yenə də böyüklüyü mən etdim. Amma qarşı tərəf bundan sonra mənə səsli mesaj göndərdi ki, qardaşın yaxşı olsaydı, boşanmazdıq. Xeyr, mənim qardaşım çox gözəl insandır. Guya deyir ki, əri laqeyddir, ona görə ayrılırlar. 15 il birlikdə yaşayıblar, dözüb, indi ayrılır. Özü ayrılmaq istəyirdi, amma qol çəkmirdi. Mən səsli mesaj göndərdim ki, ayrılmaq istəyirsə, getsin, qol çəksin, tezləşdirsin. Aldığım cavab ancaq söyüşlər idi.

Nəriman çox sakit insandır, sosial adam deyil. O qədər məsum insandır ki, olanlara hələ də inana bilmir. Hamını sakitləşdirməyə çalışır və əsl kişidir. Ona görə mən Nərimanı lap çox istəyirəm. Qarşı tərəfin böyük günahını görə-görə yenə də onun tərəfini tutur, amma mən buna rəğmən, öz qardaşımı alqışlayıram. Hər bir halda Cavidanın hərəkətindən daha yaxşı davranışdır".

Şəfəq Novruz qardaşı ilə barışmaq istəmədiyini, onu bağışlamayacağını da qeyd edib:

"Mən Əzizənin hərəkətlərinə, söz-söhbətlərə bir il yarımdan çox dözmüşəm. Bu müddətdə eşitdiklərimə əhəmiyyət verməmişəm. O mənə dedi ki, sən keçmişdə necə olmusan, hamı bilir. Mən boşanmış qadın olmuşam, həyatımda sayılı adamlar olmayıb. Həyatımda nə olsa, atam da bilib və mənə həmişə deyib ki, Şəfəqin başına nə gəlirsə, hamısı məsumluğundandır. Atam bilirdi ki, mən həmişə ailəmin olmasını istəmişəm.

İndi yazırlar, qardaş-bacının bir-birini düşmən elan etməyi üzücüdür. Qardaşın günahıdır! O mənə ata olmalıydı, günahkar duruma salmamalı idi. Mən Nərimanın həmişə yanındayam. Çünki o, məsum insandır. Cavidanın hərəkəti isə məni hörmətdən salan addım idi. Canlı yayımda Əzizə Cavidanın ona yalvardığını dilə gətirdi, özünə sərf edən şəkildə təqdim etdi. Heç birini bağışlaya bilmərəm".

Qeyd edək ki, mərhum Xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq Novruz özünün sosial şəbəkə hesabında qardaşı Cavidan Novruz haqqında "bundan sonra düşmənimdir" şəklində paylaşım edib.

Cavidan Novruz isə atasının vəfatından sonra Şəfəq Novruzun psixoloji gərginlik içərisində olduğunu, ailədaxili məsələləri ictimailəşdirdiyini söyləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2204   Tarix: 18 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Toppuş bacı"nın ailəsində daha bir ağır itki

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev vəfat edib. Axşam.az xəbər verir ki, M.Əliyev bu gün 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa onkoloji xəstəlikdən əziyyət çəkirdi və 2023-cü ildə vəfat edib. Bir neçə gün əvvəl isə onu

07.08.2026 286
.

2018-ci ildə dünya səssizcə əbədi dəyişdi, amma heç kim fərqinə varmadı: nə baş verdi

İndiki nəsildən əvvəlki hər bir nəsil kiçik uşaqların yaşlılardan çox olduğu bir dünyada böyümüşdü. Dünya sadəcə olaraq belə qurulmuşdu və bütün yazılı tarix boyunca bütün planet üçün bu, belə idi. Və sonra, səssizcə, heç bir elan olmadan, bu, həqiqət olmaqdan çıxdı. xarici mediaya istinadən xəbər veri

07.08.2026 201
.

Qazaxıstan futbolunda yeni səhifə: Niderlandlı mütəxəssislə razılıq əldə olundu

Qazaxıstan Futbol Federasiyası (KFF) milli komandanın baş məşqçisi postuna niderlandlı mütəxəssis Con van't Sxipi gətirməklə bağlı yekun razılıq əldə edib. xəbər verir ki, bu barədə KFF-nin rəsmi saytı məlumat yayıb. Mütəxəssisin bu vəzifəyə təyinatı qurumun nizamnaməsinə əsasən, KFF İcraiyyə Komitəsini

07.08.2026 151
.

Bu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQ

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ali təhsil müəssisələrinin fəaliyyəti məsələsini yenidən gündəmə gətirib. Bu qərar universitetlərin keyfiyyət standartlarına uyğunluğu, tədris və idarəetmə prosesləri, maddi-texniki baza və digər tələblərin nə dərəcədə vacib olduğunu göstərir

07.08.2026 403
.

Məhkəmədə Sənubər də dindirilib

Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyevanın (Arzum) növbəti apellyasiya məhkəməsi keçirilib. Axşam.az xəbər verir ki, məhkəmə zamanı blogerin vəkillərinin təkrar ekspertiza təyin edilməsi istəyi təmin olunub. Məhkəmə qeyri-müəyyən vaxta təyin edilib. Məhkəmədə qəza zamanı avtomobildə olan Sənubə

07.08.2026 380
.

Asılılıq başlamadan qarşısını almaq mümkündürmü?

"Yeniyetməlik dövrü insan həyatının ən həssas mərhələlərindən biridir. Bu yaşlarda uşaqlar ətraf mühitin təsirinə daha açıq olur, yeni şeylərə maraq göstərir və bəzən düşünmədən riskli qərarlar verirlər. Məhz buna görə də narkotik və digər psixoaktiv maddələrlə ilk tanışlıq əksər hallarda bu dövrd

07.08.2026 195
.

ABŞ-də yüzlərlə "Boeing 737 Max" təyyarəsi texniki yoxlanışdan keçiriləcək

"Boeing" şirkətinin daha köhnə təyyarə modellərinin konstruksiya elementlərində çatların aşkarlanmasından sonra, ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) yüzlərlə "Boeing 737 Max" hava gəmisinin yoxlanılması barədə təlimat verib. xəbər verir ki, bu barədə ABŞ-nin federal reyestrini

07.08.2026 161
.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

07.08.2026 273
.

2024-cü ildəki dəhşətli sunami: Bir neçə saat ərzində 230 mindən çox insan həlak oldu

2004-cü il dekabrın 26-da Hind okeanında baş verən dağıdıcı sunami müasir tarixin ən ölümcül təbii fəlakətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, fəlakət nəticəsində 14 ölkədə 230 mindən çox insan həyatını itirib. Tailand isə ən çox zərər çəkən ölkələrdən biri olub. Fəlakət necə başladı?

07.08.2026 133
.

TOP MP3