"Gələn il 2 həftə bütün dünyanın gözü Azərbaycanda olacaq" - Deputat

"Gələn il 2 həftə bütün dünyanın gözü Azərbaycanda olacaq" - Deputat"Gələn il 2 həftə bütün dünyanın gözü Azərbaycanda olacaq. Təqribən 70-80 min xarici qonağın Bakıya səfəri gözlənilir:Dünya dövlətləri tərəfindən COP 29-un sessiyasının gələn il Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilməsi Azərbaycan dövlətinə böyük hörmətin və etimadın nümunəsidir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva BiG.AZ-a bildirib.

Deputat qeyd edib ki, Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır.COP 29-un ölkəmizdə keçirilməsinin böyük siyasi əhəmiyyəti də var.Azərbaycanın öz ərazisi olan Qarabağda antiterror tədbirlərinin həyata keçirilməsindən qısa müddət sonra bu cür mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqda qərarın gəbul edilməsi dünya dövlətlərinin Azərbaycana dəstəyinin bariz nümunəsidir:

"Prezident cənab İlham Əliyev nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsinə həsr edilmiş müşavirədə son dövrlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması, ən böyük və nüfuzlu beynəlxalq tədbirlərə ölkəmizin uğurla ev sahibliyi etməsi, eləcə də bəzi Qərb dövlətlərinin Azərbaycanın gələbəsini və uğurlarını həzm edə bilməməsi barədə çıxış etdi.
Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır. Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması, eləcə də öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizə hörməti artırmışdır. COP 29-un ölkəmizdə keçirilməsinin böyük siyasi əhəmiyyəti də var. Azərbaycanın öz ərazisi olan Qarabağda antiterror tədbirlərinin həyata keçirilməsindən qısa müddət sonra bu cür mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqda qərarın gəbul edilməsi dünya dövlətlərinin Azərbaycana dəstəyinin bariz nümunəsidir.
Azərbaycan beynəlxalq hüquq prinsiplərinə və qanunlarına əsasən öz ərazisində antiterror tədbirləri keçirməklə suverenliyini bərpa etdi və separatizmin kökünü kəsdi. Bəzi Qərb dövlətləri, xüsusən Fransa ölkəmizə qarşı əsassız, qərəzli bəyanatlar səsləndirir və bu çirkin əməllərindən əl çəkmirlər. Artıq bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri də Azərbaycanın qələbəsini qəbul edib və ölkəmizin haqlı mövqeyini dəstəkləyirlər. Ermənistan dövləti də bu reallığı gəbul edib və COP 29 konfransının Azərbaycanda keçirilməsinin lehinə səs vermişdir. Bütün bunlara baxmayaraq çox təəssüf ki, bu gün Qərbdəki bəzi dövlətlər "ikili standart" siyasəti həyata keçirirlər. Azərbaycan isə hər zaman dünyada sülhün, ədalətin yanında olduğunu bəyan etmişdir. Prezident cənab İlham Əliyevin apardığı bu siyasətin nəticəsidir ki, artıq 4-cü ildir Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Dünyanın 120 ölkəsi yekdilliklə Azərbaycanın sədrliyini dəstəkləmişdir. Bu dəfə də dünya dövlətləri ölkəmizə öz dəstəyini göstərdi".

Kamilə Əliyeva vurğulayıb ki,Azərbaycan irimiqyaslı və nüfuzlu beynəlxalq tədbirləri hər zaman çox yüksək səviyyədə keçirib. Tədbirdə iştirak edən nümayəndələr Azərbaycanın təşkilatçılığını çox yüksək qiymətləndiriblər:
"Azərbaycan irimiqyaslı və nüfuzlu beynəlxalq tədbirləri hər zaman çox yüksək səviyyədə keçirib. Tədbirdə iştirak edən nümayəndələr Azərbaycanın təşkilatçılığını çox yüksək qiymətləndiriblər. COP 29 konfransı dünyada ən mötəbər beynəlxalq tədbirdir. Gələn il 2 həftə bütün dünyanın gözü Azərbaycanda olacaq. Təqribən 70-80 min xarici qonağın Bakıya səfəri gözlənilir.
Azərbaycan dünyada neft qaz ölkəsi kimi tanınır. Artıq Prezident cənab İlham Əliyev ölkəmizi dünyada yaşıl enerji ölkəsi kimi də tanıtmışdır. Yaxın gələcəkdə Azərbaycanda istehsal olunan yaşıl enerji də dünya bazarlarına çıxarılacaq. Bir sıra Avropa dövlətləri Azərbaycandan alacağı yaşıl enerji sayəsində öz enerji təhlükəsizliklərini möhkəmləndirəcək. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi COP 29-un ölkəmizdə keçirilməsi xalqımızın növbəti böyük uğuru olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 931   Tarix: 19 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

15:30 236
.

Pişiklər maşında niyə dayanmadan miyoldayır?

Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə

19:30 142
.

Ararat Mirzoyan: "Tramp marşrutu" sülh müqaviləsindən əvvəl reallaşa bilər

Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan əvvəl "Tramp marşrutu"nun (TRIPP) işə salınması istisna edilmir. Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin plenar sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin əvvəldə

21:00 1
.

İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır

"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında İnsan resursları üzr

11:51 285
.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

16:22 241
.

Azərbaycanda cəza sistemi dəyişdirilməlidir? - Hüquqşünasdan AÇIQLAMA

"Azərbaycanda kontinental, yəni roman-german hüquq sistemi tətbiq olunur. Ancaq həm anqlo-sakson, həm də roman-german hüquq sistemlərində cinayət təqibi prosesi tarixən bir neçə mərhələdən keçib. Hazırda dünyada tətbiq olunan cəza sistemi həm vurulmuş zərərin ödənilməsinə, həm də sosial ədaləti

13:48 252
.

"Napoli"nin oyunçusu cinayətin qurbanı oldu

"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə

18:45 159
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

12:55 253
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

20:54 22
.