Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdürBu gün Azərbaycan Prezidenti İlham Əliyevin 62 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkisində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkidə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkidə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci il aprelin 11-də keçirilən seçkidə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir. Üç övladı, beş nəvəsi var.

Təltiflər və fəxri adların siyahısı:

Ordenlər

Rumıniyanın "Rumıniya Ulduzu" ordeni (11 oktyabr 2004-cü il)

Səudiyyə Ərəbistanı Krallığının "Kral Əbdüləziz" ordeni (8 mart 2005-ci il)

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeni (28 aprel 2005-ci il)

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Sergi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

Qafqaz Müsəlmanları İdarəsinin "Şeyxülislam" ordeni (22 dekabr 2005-ci il)

Fransa Respublikasının "Fəxri Legionun Böyük Xaç Komandoru" ordeni (29 yanvar 2007-ci il)

Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

Ukraynanın I dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni (22 may 2008-ci il)

Küveyt Dövlətinin "Mübarək əl-Kəbir" ordeni (10 fevral 2009-cu il)

Latviya Respublikasının "Üç Ulduz" ordeninin "Böyük Xaç Kavaleri" dərəcəsi (10 avqust 2009-cu il)

Rus Pravoslav Kilsəsinin "I dərəcəli Şöhrət və Şərəf" ordeni (24 aprel 2010-cu il)

Rumıniyanın "Sadiq Xidmət" milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

Rumıniyanın "Sadiq Xidmət" milli ordeni (18 aprel 2011-ci il)

Bolqarıstan Respublikasının "Stara Planina" ordeni (14 noyabr 2011-ci il)

Tacikistan Respublikasının "İsmoili Somoni" ordeni (12 iyul 2012-ci il)

Belarusun "Xalqlar dostluğu" ordeni (28 avqust 2012-ci il)

Türkiyə Respublikasının "Dövlət nişanı" ordeni (12 noyabr 2013-cü il)
Ukraynanın "Azadlıq" ordeni (18 noyabr 2013-cü il)

Fəxri elmi adlar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və "Qızıl döyüşçü" medalı (1 mart 2004-cü il)

Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

Çinin Renmin Universitetinin "Tarix üzrə fəxri professor" diplomu (11 dekabr 2015-ci il)

İdman təşkilatlarının mükafatları

Dünya Taekvondo Federasiyasının 6-cı dan qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

Beynəlxalq Güləş Federasiyasının (FILA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

Beynəlxalq Olimpiya Komitəsinin "Olimpiya" ordeni (19 aprel 2004-cü il)

Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

Beynəlxalq Hərbi İdman Şurasının "Böyük Kordon" Şərəf ordeni (27 may 2005-ci il)

MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

Beynəlxalq Güləş Federasiyasının (FILA) "İdman əfsanəsi" medalı (17 sentyabr 2007-ci il)

Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

Azərbaycan Milli Olimpiya Komitəsinin "Olimpiya" ordeni (27 dekabr 2007-ci il)

Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı (15 may 2009-cu il)

Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il).

İlham Əliyev Ali Baş Komandan, qalib sərkərdədir. Onun siyasi qətiyyəti, düzgün strategiyası nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib.

2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək düşmən təxribatlarına qarşı şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda "Dəmir yumruq" əməliyyatını həyata keçirib. Bu əməliyyatla Tarixi Zəfər çalan Şanlı Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

2023-cü ilin sentyabrın 19-da isə Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizdə separatizmin kökü kəsilib və Azərbaycan dövləti bütün ərazisi üzərində suverenliyini qəti şəkildə təmin edib!

24 saatdan az müddətdə Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları uğurla həyata keçirən Ordumuz növbəti misilsiz qəhrəmanlıq nümunəsi göstərərək yenidən tarix yazıb.

İlham Əliyev bu gün qalib Ali Baş Komandan kimi çıxışlar edir və ölkəyə qarşı olan gücləri Azərbaycanla hesablaşmağa çağırır.

BiG.AZ kollektivi adından Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayırıq!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 24 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatının 1000-dən çox terror obyektini məhv edib və silahları ələ keçirib

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullahın 100-dən çox terror obyektini məhv edərək, terrorçu qrupun İsrail Müdafiə Qüvvələri əsgərlərinə hücum etmək üçün istifadə etməyi planlaşdırdığı geniş çeşiddə silahları aşkar edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordus

11:19 174
.

FİFA sarı kartı ləğv edir?

FİFA futbolçuların pley-off oyunlarını buraxma ehtimalını azaltmaq üçün DÇ-2026-nın qrup mərhələsindən sonra bütün sarı vərəqələrin ləğv edilməsini nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Bu il ABŞ, Kanada və Meksikada keçiriləcə

10:45 183
.

Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olan səfər

Azərbaycan və Çexiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və son illərdə bu əlaqələr həm iqtisadi, həm də siyasi müstəvidə yeni bir mərhələyə qədəm qoyub. Münasibətlərdəki inkişafın ən mühüm göstəricilərindən biri Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycan

12:28 216
.

AzMİU-da yanğın olub? - Universitetdən açıqlama - Yenilənib

Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verməsi ilə bağlı iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Qeyd olunub ki, yanğın universitetin əsas korpusunda olub. Hadisə ilə bağlı AzMİU-dan saytımıza bildirilib ki, yanğın universiteti

15:53 173
.

Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı

Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yarana

12:12 195
.

İranın ABŞ-a yeni təklifi: Gərginlikdə diplomatik dönüş mümkündürmü? - POLİTOLOQDAN AÇIQLAMA

İran və ABŞ arasında uzun müddətdir davam edən gərginlik fonunda diplomatik kanallarda yeni hərəkətlilik müşahidə olunur. Son məlumatlara görə, Tehran tərəfi Vaşinqtona münasibətlərin yumşaldılması və müəyyən məsələlər üzrə razılaşma əldə edilməsi məqsədilə yeni təkliflər paketi təqdim edib. Bu təşəbbüsləri

15:30 152
.

Qəbir yerlərinin satışı: dini və etik baxımdan yolverilməz məsələ

"Dini baxımdan qəbir yerlərinin alqı-satqı predmetinə çevrilməsi yolverilməz hesab olunur. Qəbir və dəfn sahələri müqəddəs məkan kimi dəyərləndirilir və onların kommersiya məqsədilə istifadəsi qəbul edilmir". Bunu BİG.AZ-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib. O, qeyd edib ki, İsla

14:51 185
.

Gürcüstan rəhbərliyindən Trampa qarşı sui-qəsd cəhdinə reaksiya

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Prezident Mixeil Kavelaşvili ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyiblər. xəbər verir ki, bu barədə "NewsGeorgia" agentliyi məlumat yayıb. Baş nazir bildirib: "Vaşinqtonda baş verən terror aktını qətiyyətlə pisləyirəm

11:09 168
.

Natiq Şirinov və Fərqanə Qasımovanın ailəsində xoş xəbər

Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimənin ailəsində xoş xəbər var. Axşam.az-ın əldə etdiyi məlumata görə, cütlüyün ikinci övladı olacaq. Onların oğul övladı dünyaya gələcək. Qeyd edək ki, cütlüyün Şəms adlı bir qız övladı var. Fatimə Xalq artisti Ali

10:37 382
.

TOP MP3