İlham Əliyev və Mehriban Əliyeva "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak ediblər - FOTO

İlham Əliyev və Mehriban Əliyeva "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak ediblər - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak edib.

"AzərEnerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində "AzərEnerji" tərəfindən 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyası inşa edilib. "Ağdam" qovşaq yarımstansiyasına "Ağdam-1" yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.

Qeyd olunub ki, bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni, "Ağdam" qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılmışdı. Regionda suverenliyimiz bərpa olunduğundan yaxın vaxtlarda "Ağdam" qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq "Şuşa" və "Füzuli" yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da "Ağdam" qovşaq yarımstansiyasından təmin ediləcək.
"Ağdam" qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla yanaşı, Mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və "AzərEnerji"nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.

Dövlətimizin başçısı "Ağdam" qovşaq yarımstansiyasını işə saldı.

Qeyd edək ki, buna qədər 2022-ci il fevralın 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "AzərEnerji"nin yeni tikilən 110/35/10 kV-luq "Ağdam-1" yarımstansiyası və onun yaxınlığında tikilən "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.

İlham Əliyev və Mehriban Əliyeva "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak ediblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak ediblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak ediblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak ediblər - FOTOİlham Əliyev və Mehriban Əliyeva "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak ediblər - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 777   Tarix: 24 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Eynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı

Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə

26.10.2026 365
.

Hava dəyişəcək - Xəbərdarlıq

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlı

16:31 24
.

Kredit faizlərinin və əhalinin borc yükünün artmasının qarşısını necə almaq olar?

Əhalinin banklar qarşısında kredit borcunun və faiz dərəcələrinin artmasının qarşısını yalnız inzibati tədbirlərlə almaq çətindir. Çünki kredit faizləri bankların maliyyələşmə xərclərindən, risklərdən, inflyasiyadan və bazardakı tələb-təklif nisbətindən asılıdır. Bununla belə, dövlət və Mərkəzi Ban

15:28 130
.

Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"

Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy

12:45 266
.

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,

26.10.2026 333
.

Fransada ABŞ və Ukrayna nümayəndələri arasında gərginlik yaranıb

Fransada keçirilən görüşdə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkovla Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov arasında gərgin söhbət yaşanıb. xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Ukrayna rəsmisi həmin gün qəzəbini cilovlamaqd

11:39 190
.

Trampın İran planı dəyişdi: Diplomatiya, yoxsa yeni zərbələr?

ABŞ Prezidenti Donald Tramp həmin vaxt atəşkəsi təqdir etməsinə baxmayaraq, İranla iyun ayında əldə edilmiş anlaşma memorandumundan imtina edib. Bu barədə "Al Arabiya" məlumat yayıb. "(İyunda) Qısamüddətli atəşkəs elan etdik, amma mən bunu o qədər də istəmirdim", - Amerika lider

13:06 188
.

"Azərbaycan hər zaman çoxmədəniyyətli ölkə olub"

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlha

10:58 165
.

İsrail qüvvələri Nablus ətrafındakı kəndlərə basqın etdi

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinin ətrafındakı bir neçə kəndə basqın edib. Basqınlar zamanı onlarla sakin saxlanılaraq ərazidə sorğu-sual edilib. BİG.AZ xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb. Agentliyin yerli təhlükəsizli

11:23 187
.