İdxalın artması ətin qiymətini tənzimləyəcəkmi? - ARAŞDIRMA

İdxalın artması ətin qiymətini tənzimləyəcəkmi? - ARAŞDIRMAÖlkəmizdə əhalinin istehlak etdiyi qida məhsulları sırasında ən üstün yerlərdən birini ət məhsulları tutur. Millət olaraq əti sevir, süfrələrimizi daim ət yeməkləri ilə bəzəyirik. Lakin ət qiymətlərindəki artım istehlakçıları məyus edir. İki ildir ki, ətin ucuzlaşmasını deyil, bahalaşmasını müşahidə edirik. Bir neçə il öncə kiloqramına 11 manat verdiyimiz əti bu gün 15-18 manata alırıq.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ötən həftə Dövlət Gömrük Komitəsinin ölkəyə ət idxalı ilə bağlı açıqladığı rəqəmlər ətsevərləri yenidən həyəcanlandırıb. Komitənin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkəyə 35 milyon dollarlıq ət gətirilib. Yəni Azərbaycan 34 min 860 ton ət idxal edib. Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 054 ton, dəyər baxımından isə yeddi milyon 385 min ABŞ dolları çoxdur. Bundan öncə mütəxəssislər bahalaşmanın səbəblərindən biri kimi ətə olan tələbatı göstərirdilər. Yəni tələb çox, istehsal az idi. Bəs ölkəyə ət idxalının artması qiymətləri stabilləşdirə, ətin bahalaşmasının qarşısını ala bilərmi?

İqtisadçı Fuad İbrahimov mövzu ilə bağlı bildirib ki, ətin bahalaşmasına təsir edən ilk amil yem bazarındakı qiymət artımıdır:

"Hazırda Azərbaycan kənd təsərrüfatı sektorunda çoxşaxəli siyasət həyata keçirir. Bu gün biz ət məhsullarını istehlak bazarına idxal ediriksə, deməli, hazırda üzümçülüyə, pambıqçılığa, taxılçılığa daha çox önəm veririk. Bunlar strateji məhsullar sırasına aiddir və ixrac potensialımızı yüksəldir. Ət məhsullarının xaricdən gətirilməsini neqativ hal kimi qəbul edənlər də var. Amma nəzərə almaq lazımdır ki, dünyada yem bazarında kifayət qədər bahalaşma var. Hazırda ölkədə yem bazarının artırılması, onun qiymətlərinin ucuz olmasını təmin etmək mümkün deyil. Buna görə də idxalı artırırıq".

Mütəxəssisin sözlərinə görə, hazırda sahibkarlara əti idxal etmək daha sərfəlidir, nəinki istehsal etmək:

"Nəzərə almaq lazımdır ki, heyvandarlıqla bağlı müəyyən məhsullar var ki, biz onları xaricdən idxal edirik. Buraya xüsusilə, dərman preparatları, peyvəndlər daxildir. Bir heyvanın ərsəyə gəlməsi, yem bazaları ilə təmin edilməsi, otlaq sahələrinin artırılması asan proses deyil. Bundan əlavə, həm əhalinin ət məhsullarını sevməsi, həm də turizm sektorunun inkişafı, ölkəyə gələn qonaqların sayının artması ətə olan tələbatı artırır. Hazırkı vəziyyətdə sahibkarlar əti Gürcüstan, Rusiyadan idxal edirlər. Çünki sahibkara əti xaricdən idxal etmək, istehsal etməkdən ucuz başa gəlir. İdxalın artırılması bazarda ət qiymətlərinin ucuzlaşmasında ciddi rol oynayacaq".

Bu sahədə müsbət rəqəmləri görəcəyik

Mütəxəssis vurğulayıb ki, sovet dövründə və ondan öncəki illərdə Kəlbəcər, Laçın ən zəngin örüş zonaları, yaylaqları ilə seçilib. Bu torpaqlar tam şəkildə iqtisadi dövriyyəyə cəlb edildikdən sonra yem bazası təkmilləşəcək və örüş zonaları yenidən kənd təsərrüfatı sektorunun heyvandarlıq istiqamətinə yönəldiləcək:

"Torpaqlarımız işğaldan azad olunub və suveren hüquqlarımızı tam bərqərar etmişik. Bilirik ki, o torpaqların tam iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində kifayət qədər işlər görülüb və davam edir. Bu işlər bitdikdən sonra bu sahədə müsbət rəqəmləri görəcəyik".
İdxal prosesi artıq bazarda sözünü deyir

İqtisadçı Fikrət Yusifov isə bildirib ki, bazarda istənilən məhsulun qiyməti tələb və təklif əsasında formalaşır.

İqtisadçının sözlərinə görə, son bir neçə ildə bazarlarda ətin qiymətində kəskin artımlar yerli istehsalın azalması ilə izah olunurdu. Hazırda isə bu prosesin əksi müşahidə olunur:

"Regionlarda fermerlərin örüş sahələrində daha çox dənli bitkilərin əkilməsinə üstünlük verməsi və bu səbəbdən mal-qara saxlamaq imkanlarının məhdudlaşdırıldığına dair çıxışlara tez-tez rast gəlinirdi. Örüş yerləri əkin yerləri ilə əvəzləndikcə bazarlarda ətin qiyməti davamlı qalxırdı. Son vaxtlar yerli bazarlarda bu prosesin əksi müşahidə edilir. Hazırda ət idxalının keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artması artıq öz sözünü deyir. İdxal səbəbindən bazarda ət təklifi çoxaldığı üçün qiymətlər aşağı düşüb".

Ət regionlarda ucuzdur

Hazırda regionlarda ət şəhərə nisbətən ucuz satılır. Mütəxəssis qeyd edib ki, bunun səbəbi mal-qaranın öz ərazilərində bəslənməsi və əlavə nəqliyyat xərclərinin olmamasıdır:

"Əgər heyvan rayondan Bakıya gətirilirsə və ya heyvan rayonda kəsilir, əti Bakıya daşınırsa, ortada ilk növbədə nəqliyyat xərcləri yaranır. Üzərinə ətin anbarda saxlanma xərclərini də gəldikdə, qiymətin rayonda ucuz olması normaldır".

Hədəfimiz yerli istehsalı artırmaq olmalıdır

Mütəxəssis vurğulayıb ki, idxal hesabına qiymətlərdə stabilləşmə yaratsaq da, hədəfimiz yerli istehsalı artırmaq və daxili bazarın ətə olan tələbatını ilk növbədə istehsal hesabına qarşılamaq olmalıdır:

"Bunun üçün yerlərdə heyvandarlıqla məşğul olan fermerlərə indikindən daha münbit şərait yaradılmalı və ilk növbədə regionlarda örüş yerləri ilə bağlı məsələnin həlli istiqamətində addımlar atılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 632   Tarix: 24 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çin mediası: Ukrayna bu münaqişənin əsas zərərçəkənidir

Ukraynanın İran və ABŞ arasında artan gərginlik fonunda əsas zərər görən tərəflərdən birinə çevrildiyi iddia olunur. xəbər verir ki, bu barədə Çinin Sohu nəşri məlumat yayıb. Məqalədə qeyd edilir ki, Ukrayna prezidenti Volodimir Zelenski Fars körfəzi ölkələri ilə texnoloji əməkdaşlığın genişləndirilməs

12:15 201
.

Vərəqdən ekrana: itirilən dəyər nədir?

"Dərsliklərin tamamilə rəqəmsallaşdırılması ideyası ilk baxışda texnoloji tərəqqi və müasirlik addımı kimi təqdim olunsa da, pedaqoji baxımdan bu qərarın ciddi nəticələr doğura biləcəyi düşünülür. Dərslik təkcə informasiya mənbəyi deyil, həm də şagirdin təfəkkürünün formalaşmasında mühüm rol oynayan

15:14 130
.

Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?

ABŞ-nin "Amerika Milli Elmlər Akademiyasının materialları" elmi jurnalı Azərbaycanın Goranboy rayonundakı çoxtəbəqəli Qaraçinar yaşayış yerindən tapılmış maddi-mədəniyyət nümunələrinin müxtəlif çeşidli analizlərinin gözlənilməz nəticələrinə həsr olunmuş elmi məqaləni dərc edib. Məqalənin həmmüəlliflərində

27.04.2026 283
.

" Nebulium"un sirri açıldı: yeni element olmadığı məlum olub

Uzun illər kosmosda yeni element hesab edilən "nebulium"un əslində mövcud olmadığı müəyyən edilib. xəbər verir ki, 1864-cü ildə britaniyalı astronom Uilyam Haqqins dumanlıqların spektrini araşdırarkən naməlum yaşıl xətlər qeydə alıb. Bu xətlər mövcud elementlərlə uyğunlaşmadığı üçün alimlə

27.04.2026 265
.

Attestatlar elektron formada veriləcək

"Bu ildən etibarən attestatlar elektron formada təqdim olunacaq". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, şagirdlər attestatlarını istənilən vaxt onlayn əld

12:32 214
.

İran müharibəsi ilə bağlı fikir ayrılıqları fonunda Kral Çarlz ABŞ-a dövlət səfərinə gəlir

Britaniya kralı Çarlz və kraliça Kamilla bazar ertəsi günü dörd günlük səfər üçün ABŞ-a gəliblər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin İran müharibəsi ilə bağlı Britaniya hökuməti ilə fikir ayrılığına baxmayaraq, özünü kral ailəsinin fanatı adlandıran Donald Tramp onları qarşılayıb

11:04 167
.

İranın ABŞ-a yeni təklifi: Gərginlikdə diplomatik dönüş mümkündürmü? - POLİTOLOQDAN AÇIQLAMA

İran və ABŞ arasında uzun müddətdir davam edən gərginlik fonunda diplomatik kanallarda yeni hərəkətlilik müşahidə olunur. Son məlumatlara görə, Tehran tərəfi Vaşinqtona münasibətlərin yumşaldılması və müəyyən məsələlər üzrə razılaşma əldə edilməsi məqsədilə yeni təkliflər paketi təqdim edib. Bu təşəbbüsləri

15:30 138
.

Kütləşmiş qayçılar üçün qeyri-adi qaya duzu üsulu

Mətbəxdə qayçınızın əvvəlki kimi kəsmədiyini hiss edirsinizsə, peşəkar itiləmə vasitələrinə ehtiyac duymadan qaya duzu ilə müvəqqəti həll yolu tapa bilərsiniz. BİG.AZ xəbər verir ki, qaya duzu sərt və kristal quruluşa malik olduğu üçün təbii bir aşındırıcı rolunu oynayır. Qayçını duz içində açıb-bağladıqd

27.04.2026 298
.

Hörmüz boğazı və nüvə proqramı: yeni danışıqlar gündəmdə

ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası İranın üçmərhələli danışıqlar təklifinə ehtiyatla yanaşdıqlarını bildiriblər. xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, Vaşinqton Tehranın təşəbbüsünü tam rədd etməsə də, İranı əsas tələbi - uranın zənginləşdirilməsində

11:58 159
.

TOP MP3